Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Əməkdaşlıq və inkişaf əsas prioritetimizdir”
Siyasət
Oxunub: 223
15 Nis 2021 | 10:11
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Əməkdaşlıq və inkişaf əsas prioritetimizdir” İşğal altında olan ərazilərimiz hər zaman yerli və xarici gündəliklərimizdə əsas yer tutan məsələlərdən biri olub. Belə ki, düşmənin 30 ilə yaxın müddət ərzində davam edən özbaşınalıqları, habelə işğalla yanaşı, müxtəlif vaxtlarda həyata keçirdiyi təxribatlar barədə həqiqətlərin dünyaya çatdırılması daim bizim üçün prioritet məsələ olub.
Prezident cənab İlham Əliyev dünən ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışında Vətən müharibəsində Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi hücumlarına diqqət çəkərək, bununla düşmən dövlətin beynəlxalq humanitar hüququn tələblərini pozmasını bildirib.
Ermənistan tərəfinin müharibə dövründə mülki əhalimizin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutması, Gəncə şəhərinə ballistik raketlərin atılması Ermənistanın əsl simasını dünyaya bir daha nümayiş etdirdi. Ballistik silahlardan mülki əhaliyə qarşı qəddarcasına istifadə edilməsi Ermənistanın təcavüzkar xislətinin bariz nümunəsidir. Bu raketlərin əsas hədəfi mülki əhalinin yaşadığı evlər idi, atışların gecə vaxtı həyata keçirilməsinin məqsədi isə mülki əhalinin evdə olarkən qətlə yetirilməsi idi.
Lakin, buna baxmayaraq, Şanlı Azərbaycan ordusu tərəfindən Hadrutda ermənilər tərəfindən yaşlı olduqları üçün özləri ilə aparmadıqları qocalara normal rəftar edildi, onlar xəstəxanalarda müayinə və müalicə olundu. Sonra Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinə müraciət edərək onların öz ölkələrinə qaytarılmasını təmin edib.
Ermənistan silahlı qüvvələri hətta yas mərasiminə belə hücum etməkdən çəkinməyib. Onların istifadə etdiyi “İsgəndər-M” raketi ilə bağlı məsələ isə hal-hazırda da gündəmdədir. Azərbaycan dövləti olaraq bu gün Ermənistandan bu silahların haradan və necə əldə etdikləri barədə rəsmi cavab tələb edirik.
Ermənistan müharibədə məğlubiyyətə uğrayıb, çoxlu itkilər verib və bu gün də bu ölkədə qeyri-sabit, acınacaqlı vəziyyət hökm sürür. Ermənistan tərəfi artıq bilməlidir ki, Azərbaycanın dəmir yumruğu hər zaman yerindədir və onların qisasçılıq niyyəti özlərinin süqutu ilə nəticələnəcək.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra bizim əsas amalımız sülhün dəstəklənməsi məqsədilə konstruktiv mövqeyin nümayiş etdirilməsidir. Azərbaycanlılar və ermənilər arasında münasibətlərin qurulması qarşılıqlı istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Eyni zamanda, müharibədən sonra biz əməkdaşlığın və sülhün tərəfində olmağımızı bir daha diqqətə çatdıraraq, yalnız Ermənistanla deyil, digər ölkələrlə münasibətlərin müsbət dinamikada inkişafının zəruriliyini bildirmişik. Ermənistan tərəfi də bu əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirməli və buna səy göstərməlidir. Lakin Ermənistan müharibədə uğradığı məğlubiyyəti həzm edə bilməyərək öz aqressiv hərəkətlərini davam etdirir. Ermənistan bilməlidir ki, inkişaf və əməkdaşlığa nail olmaq üçün bundan sonra onların yeganə yolu, həm Azərbaycana, həm də qardaş Türkiyəyə qarşı iddialardan birdəfəlik əl çəkmək, bu iki dövlətin liderliyi ilə regionda həyata keçirilən nəqliyyat, enerji və digər layihələrdə iştirak etməkdən ibarətdir.
Azərbaycan həmişə regionda sülhü ən çox arzu edən və əmin-amanlığın daim bərqərar olmasına çalışan dövlət olub, habelə, bölgədə söz sahibi olmaqla, qarşılıqlı əməkdaşlığa töhfə verib və verməkdədir.
30-09-2020, 10:16
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Zəfər bizimdir!”
6-11-2020, 10:56
Milli Məclis Sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb
13-11-2020, 14:40
Fransa parlamentinin üzvləri Gəncəyə gediblər
18-11-2020, 10:01
Milli Məclis Sədrinin müavini Adil Əliyev İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb
13-10-2020, 12:19
Milli Məclisin Sədri Sahibə Qafarova ilə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko arasında telefon danışığı olub
24-06-2020, 18:04
Milli Məclis Sədrinin müavini Adil ƏLİYEV: “Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur”
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı