Milli Məclis Sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb
Noyabrın 5-də Milli Məclis Sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb.Görüşdə Adil Əliyev Qazaxıstanla Azərbaycan arasında münasibətlərin tarixi köklərindən danışıb, bu əlaqələrinin hazırda da yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Vitse-spiker münasibətlərimizin inkişafında ümummilli lider Heydər Əliyevin və Qazaxıstanın ilk Prezidenti-Elbası Nursultan Nazarbayevin rolunu xüsusi vurğulayıb. Dostluq və əməkdaşlıq ənənələrinin hazırda hər iki ölkənin rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Adil Əliyev ali qanunvericilik orqanları arasında xoş münasibətlərin qurulmasında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin önəmli yer tutduğunu diqqətə çatdırıb və Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq görülən işlərdən, qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri barədə fikirlərini bildirib. Vitse-spiker ikitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan dostluq münasibətlərimizlə yanaşı, digər nüfuzlu parlament təşkilatları çərçivəsində uğurlu əməkdaşlığımızdan söhbət açıb.
Görüşdə Sədr müavini Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatlar barədə də səfirə geniş məlumat verib. Erməni silahlı qüvvələrinin döyüş meydanında müzəffər ordumuzla bacara bilmədiyini gördükdə, Azərbaycanın mülki əhalisini hədəfə almasını, 27 sentyabrdan başlayan hücumların nəticəsində bu günə qədər 91 nəfər mülki vətəndaşımızın həlak olduğunu, 400-dən çox vətəndaşımızın xəsarət aldığını diqqətə çatdırıb. Dağıdılan infrastruktur, yandırılan mülki obyektlər və fərdi yaşayış evləri, ölkəmizin flora və faunasına dəyən külli miqdarda ziyan barədə danışıb. Adil Əliyev ölən və yaralananların içərisində çoxlu sayda uşaq, qoca və qadınların olmasına, raket zərbələrinin cəbhə xəttindən kilometrlərlə kənarda yerləşən yaşayış məntəqələrinə tuşlanmasına xüsusilə diqqət çəkib. Qeyd edilib ki, hücumlar zamanı Ermənistan qadağan olunmuş silahlardan istifadə edir və bununla Çenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur.
Səmimi görüş üçün minnətdarlığını bildirən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov iki qardaş ölkə arasında uzun illərdi davam edən dostluq münasibətlərinin hər keçən gün daha da dərinləşməsini bildirib. Bu dostluq və strateji tərəfdaşlıq münasibətlərimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmli yeri olduğunu deyib. Qonaq Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin həllində dost və qardaş Azərbaycanın mövqeyini müdafiə etdiyini, ölkəmizin ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan edib. Səfir bu yaxınlarda Bərdə şəhərinə etdiyi səfər zamanı Ermənistanın mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi gözləri ilə gördüyünü, bundan bərk təsirləndiyini, dinc əhaliyə qarşı bu münasibətin qəbul edilməz olduğunu ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
6-11-2020, 10:58
Milli Məclisin Sədri Sahibə Qafarova Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb
10-07-2020, 13:14
Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib
15-06-2020, 17:34
Milli Məclisin Gənclər və idman komitəsi “15 iyun Milli Qurtuluş Günü” ilə əlaqədar gənclərlə onlayn konfrans keçirib
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
11-06-2020, 11:36
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
4-06-2020, 22:09
Milli Məclisdə görüş
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...