Milli Məclisin Sədri Sahibə Qafarova Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb
Siyasət
Oxunub: 407
6 Kas 2020 | 10:58
Milli Məclisin Sədri Sahibə Qafarova Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb Noyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova Latviya Respublikasının ölkəmizdəki səfiri Daynis Qarançs ilə görüşüb.
Sədr qonağı salamlayaraq bildirib ki, Azərbaycan dost və tərəfdaş Latviya Respublikası ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük önəm verir. Qeyd edilib ki, hər iki ölkə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni bir dövr başlayıb; siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın uğurlu inkişafı yoluna qədəm qoyulub.
Əlaqələrimizin inkişafında dövlət başçılarının rolundan danışan Spiker ölkə liderlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, münasibətlərimiz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələrimiz hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan və Latviya arasında Avropa strukturları, Şərq tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq mövcuddur.
Görüşdə dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolundan danışan Sədr hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb, millət vəkillərinin qarşılıqlı səfərlərinin pandemiyadan sonra da davam etdirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini qeyd edib.
Söhbətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Spiker cəbhə bölgəsindəki vəziyyət barədə danışıb, erməni tərəfinin təxribatları haqqında geniş məlumat verib.
Görüşdə Covid-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanda və Lativiyada həyata keçirilən tədbirlərlə bağlı da fikir mübadiləsi aparılaraq, bu sahədə beynəlxalq əməkdaşlığın rolu qeyd olunub.
Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.
Diplomat səfir kimi iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyərək, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının rolunu yüksək qiymətləndirib.
Söhbətdə səfir qeyd edib ki, Cənubi Qafqazın bu bölgəsində baş verən proseslər onların da diqqət mərkəzindədir. O, regional münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması barədə öz dövlətinin mövqeyini bir daha səsləndirib.
Həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın müxtəlif aspektləri, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
6-11-2020, 10:56
Milli Məclis Sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb
10-10-2020, 11:55
Milli Məclisin Sədri Sahibə Qafarova Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada iləgörüşüb
24-07-2020, 20:54
Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
17-01-2020, 18:50
Ceyhun Bayramov Latviyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...