Milli Məclisin Sədri Sahibə Qafarova Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada iləgörüşüb
Siyasət
Oxunub: 382
10 Ekm 2020 | 11:55
Milli Məclisin Sədri Sahibə Qafarova Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada iləgörüşüb Oktyabrın 9-da Milli Məclisin Sədri Sahibə Qafarova Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri CuniçiVadailəgörüşüb. Qonağı salamlayan Milli Məclisin Sədri onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirən Spiker hazırda ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini qeyd edib. Xüsusilə, iqtisadiyyat və investisiya sahəsində geniş əlaqələrimizin olduğu məmnunluqla vurğulanıb.
Spiker Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsində ölkə parlamentlərinin rolunu xüsusi vurğulayıb. O, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında bəzi faktları Yaponiya səfirinin diqqətinə çatdıran Sahibə Qafarova ötən dövr ərzində münaqişəyə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumat verib. Sədr 1994-cü ildə atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Ermənistan tərəfinin bu sazişə və digər beynəlxalq öhdəliklərinə əməl etmədiyini, bu günə qədər də təxribatlarını davam etdirdiyini vurğulayıb. O bildirib ki, son zamanlar bu təxribatlar daha da artıb. Spikerin sözlərinə görə, Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatların ardınca, sentyabrın 27-də növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum edib. Ermənistan yenə də mülki vətəndaşları hədəfə alır, Gəncə, Mingəçevir şəhərləri işğalçı ölkə tərəfindən raketlərdən atəşə tutulur. Sahibə Qafarova deyib ki, Ermənistanın intensiv raket atəşinə tutduğu şəhər və rayonlarımızda strateji nəqliyyat, enerji infrastrukturu yerləşir. Bu da Ermənistanın işğalçılıq siyasətinin bütün regionu hədələdiyini və digər region dövlətləri üçün də təhlükə mənbəyi olduğunu göstərir.
Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Şanlı Ordumuzun həyata keçridiyi əks hücum əməliyyatları barədə də səfiri məlumatlandıran Spiker qeyd edib ki, dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, işğal altında olan bəzi ərazilərimiz artıq azad edilib. Milli Məclis Sədri vurğulayıb ki, Azərbaycan əsgərləri öz torpaqlarında döyüşür və bizim heç kəsin torpağında gözümüz yoxdur. Azərbaycan xalqı öz torpaqlarının azad olunmasını istəyir.
Sahibə Qafarova bir məsələni də diqqətə çatdırıb ki, Ermənistan tərəfindən xarici terrorçu qruplaşmaların üzvlərinin, muzdluların Azərbaycan Ordusuna qarşı döyüşmək məqsədilə işğal altındakı torpaqlarımıza göndərilməsi təşkil olunur. Bu da beynəlxalq hüquqa zidd olmaqla, beynəlxalq təhlükəsizliyinpozulmasına şərait yaradan amildir.
Ölkəmizdə yeni fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir CuniçiVadaAzərbaycanın sabit, təhlükəsiz və dinamik inkişaf edən ölkə olduğunu bildirib. O, ölkəsinin parlamentinin rəhbərliyinin salamlarını Milli Məclisinin Sədrinə çatdırıb. CuniçiVada ölkələrimiz arasında münasibətlərin məmnunluq doğurduğunu söyləyib.
O, Yaponiya səfirliyi tərəfindən həyata keçirilən "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində keçirilən layihələr haqqında məlumat verərək ümidvar olduğunu bildirib ki, gələcəkdə bu layihələr Azərbaycanın bütün regionlarında həyata keçiriləcək.
Görüşün sonunda Spiker Sahibə Qafarova səfir CuniçiVadanın fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töfhə verəcəyinə inandığını bildirib.

7-10-2020, 10:05
Milli Məclisin Sədri Sahibə Qafarova ilə Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay arasında telefon danışığı olub
30-09-2020, 10:32
Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib
5-09-2020, 16:55
AZƏRBAYCAN-PAKİSTAN PARLAMENT SƏDRLƏRİNİN VİDEOKONFRANS FORMATINDA GÖRÜŞÜ OLUB
24-07-2020, 20:54
Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib
10-07-2020, 13:14
Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...