Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib
Dünən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubioilə onlayn görüş keçirdi. Videokonfransda Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriXuanRodriqoLabardini Flores və digər rəsmi şəxslər iştirak edirdilər. Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ilk dəfə rəhbər seçildiyini bildirən Jalə Əliyeva öncə Meksika Senatının üzvlərinə Azərbaycan Milli Məclisinin Sədri, professor Sahibə Qafarovanın salamlarını çatdırdı. Qeyd etdi ki, məhz dövlət qadın siyasətinin nəticəsidir ki, Azərbaycanın I vitse-prezidenti xanım Mehriban Əliyevadır, VI çağırış Milli Məclisə də xanım Sahibə Qafarova sədr seçilib. Dünya siyasətində qadınların artan rolu Meksika parlamentinin hər iki palatasının – Senatın və Deputatlar Palatasının sədrlərinin də qadın olmasında özünü parlaq nümayiş etdirir.
Ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafında diplomatik münasibətlərin rolundan danışan işçi qrupun rəhbəri parlamentlərarası əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Milli Məclisdə və Meksika parlamentində yaradılmış dostluq qrupları ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayır.
Meksika parlamentinin 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı obyektiv gerçəkliyi əks etdirən sənədlər qəbul etdiyini minnətdarlıqla vurğulayan Jalə Əliyeva Azərbaycanın haqq işini və ədalətli mövqeyini dəstəklədiklərinə görə Meksika parlamentarlarına minnətdarlıq bildirdi.
Sonra videokonfransda Meksika-Azərbaycan dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubiopandemiya şəraitində onlayn görüşün təşkilinə görə təşəkkür etdi. VI çağırış Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etdiyini, seçkinin şəffaf və demokratik keçirilməsindən məmnun qaldığını söylədi. Azərbaycan mədəniyyətinə heyranlığını bildirdi. Ölkələrimiz arasında elm, texnologiya, kənd təsərrüfatı, enerji, nəqliyyat, vulkanologiya, turizm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə ikitərəfli faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etdi. Milli Məclislə əməkdaşlığın möhkəmlənməsi istiqamətində bütün imkanlardan istifadə edəcəklərini bildirdi. Parlamentlərarası əlaqələrin daha da genişlənməsiüçün hər iki tərəfdən deputatların qarşılıqlı səfərlərinin, görüşlərin və təcrübə mübadiləsinin intensivləşməsini vacib saydı.
Söhbət zamanı Azərbaycan-Meksika əlaqələrinin inkişafında səfirlərin mühüm xidmətləri olduğu vurğulandı.
Görüşdə Meksikanın ölkəmizdəki səfiri XuanRodriqoLabardini Flores və Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov xalqlarımız arasında dostluq və ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq münasibətlərinin genişlənməsi perspektivlərinə dair fikirlərini açıqladılar.
Söhbət zamanı perspektivdə duran bir sıra məsələlər müzakirə edildi. COVID-19 pandemiyasının tezliklə bitməsi, bəşəriyyətin bu bəladan xilas olması və parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin baş tutması arzulandı.
Sonda videokonfransdaölkələrimiz arasında diplomatik münasibətlərin yarandığı dövrdən etibarən Meksika-Azərbaycan münasibətlərinin inkişaf templərini, iqtisadi əlaqələri, ticarət dövriyyəsinivə s. əks etdirən slaydlar nümayiş olundu.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
19-06-2020, 23:46
Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
11-06-2020, 11:36
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
27-12-2018, 13:37
Parlamentin Dostluq Qruplarının yeni rəhbərləri seçiləcək
11-12-2018, 13:45
Heydər Əliyevlə bağlı Türkiyə və Gürcüstanda anım tədbiriləri keçiriləcək
1-12-2018, 13:07
ABŞ, Kanada və Meksika arasında üçtərəfli yeni ticarət sazişi imzalanıb.
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...