Süni intellekt oğruları
Gündəm
Oxunub: 7
3 Ağu 2026 | 14:52
Bir kəlmə sözü olmayanlar indi “ədəbi təhlilçi” olublar...

Son aylar təhlili yazıları yazanların sayı çoxalıb. Bu adamların da əksəriyyəti bizim əvvəldən tanıdığımız başıboş, yazı yazmaq qabiliyyəti olmayanlardır. Bəs necə oldu ki, onlar birdən-birə müxtəlif məzmunlu şeirlər, yeni şeir kitabları haqqında təhlillər aparırlar? Tanımayanlar bilməyə bilər, biz həmin adamları yaxşı tanıdığımızdan əminik ki, onlar bu təhlilləri süni intellekt vasitəsilə əldə edirlər...
Süni intellekt zəka və bilik dolu beyinlərin – dünyada fərqlənən elm adamlarının indiyə qədər inkişaf etdirdiyi texnologiyadır. Yəni süni intellekti də insan beyni dormalaşdırıb. Bəs insan belə bir elmi kəşfə niyə imza atıb? Axı bu metod bilikli insanla savadsızı qarşı-qarşıya qoyur... Hətta iş o yerə çatır ki, savadsız insan – süni intellektin hesabına nəsə əldə edən biri elmli insana “meydan oxuyur”. Yəni bu elmi yeniliyi ərsəyə gətirərkən mümkün olmazdımı ki, savadsızların bu texnoloji imkanlardan istifadəsinə qadağa qoyulsun?
Mənim özümün tanıdığım onlarla adam var ki, süni intellektə qədər, ayıb da olmasın, hırnan-zırı qanmırdı, adını belə yaza bilmirdilər, indi onlar “əməlli-başlı” “təhlilçi” olublar, sosial çəbəkələrdə az qala partlayış törədirlər. Bu, bir qədər də belə davam etsə, mən şəxsən gələcək yazılarımda süni intellekt hesabına qələm sahibinə çevrilənlərin adlarını açıqlamaq məcburiyyətində qalacağam.
İndi müasir oxucu ayırd edə bilmir həqiqi qələm sahibi kimdir, süni intellekt hesabına qələm sahibi olan kimdir.
Söz yox, onsuz da süni intellekt heç bir halda insan kimi düşünə və ya yaza bilmir. Ancaq cəmiyyət çox halda bunun fərqinə varmır, əksinə, süni intellektdən oğurluq edənləri həqiqi qələm sahiblərindən daha çox sevir və təqdir edirlər.
Təbiidir ki, süni intellekt ondan nəsə tələb edənlərin arzularına xidmət edir. Fırıldaqçılar özlərini qələm adamı kimi cəmiyyətə sırımaq üçün bu yeni elmi metoddan öyrənir, guya fikirlərini əsaslandırır, guya hansısa problemin həllinə nail olur, özlərini qavrayışlı adamlar kimi göstərirlər. Bir çoxları guya şeirləri novatorcasına təhlil edir, ssenarilər qurur, fəaliyyətlərini davamlı şəkildə genişləndirirlər. Hansı ki, bütün bunları süni intellekt yerinə yetirir.
Xülasə, o adamlar ki, süni intellektin hesabına kişilənirlər, boşuna sevinməsinlər, onsuz da biz qələm adamları doğru ilə yanlışı dərhal ayırd edə bilirik. Allah bizə elə fəhm verib ki, hətta quşu belə gözündən tanıyırıq. Yəni yaza bilmirsinizsə, yazanların yerini dar etməyin. Yoxsa bir gün o oğurluq etdiyiniz süni intellektin haqqı gözlərinizdən bir-bir gələcək.
Məndən deməkdir, gerisi sizə qalsın. Sabah deməyin ki, bilirdilər, demədilər.

Raqif Nazimoğlu,
şair-alim
1-07-2026, 09:56
Çində təhsil müəssisələrində süni intellekt məcburi fənn olacaq
1-08-2025, 22:31
Qadınlara BƏD XƏBƏR: Süni intellekt sizi işsiz qoyacaq
27-10-2024, 14:42
Radioda inqilab - Aparıcıları süni intellektlə əvəzlədilər
6-09-2024, 23:49
İnternetdəki məzmunların nə qədərini süni intellekt hazırlayır?
10-12-2023, 15:59
“X” sosial platforması süni intellekt proqramını istifadəyə verir
30-09-2023, 16:07
İnstagramı süni zəka idarə edəcək: Hansı yeniliklər olacaq?
Bugün, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
Bugün, 15:40
Bakıda qətl törədildi
Bugün, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
Bugün, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
Bugün, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
Bugün, 14:52
Süni intellekt oğruları
Dün, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
Dün, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
Dün, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi