Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb

Türk İnvestisiya Fondu (TİF) və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu (ÖQİF) “Qırğızıstan–Özbəkistan: Sənaye əməkdaşlığı, investisiyalar və ticarət” biznes forumu çərçivəsində institusional əməkdaşlığın gücləndirilməsi və investisiya imkanlarının birgə təşviq edilməsi məqsədilə anlaşma memorandumu imzalayıblar.
Capar.info - xəbər verir ki, memorandum Bişkek şəhərində TİF-in Baş direktoru Ramil Babayev və Özbəkistan–Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin sədri Əziz Əliyev tərəfindən imzalanıb.
Tərəfdaşlıq birgə layihələrin müəyyənləşdirilməsi, regional bağlantıların inkişafı, özəl sektorun cəlb edilməsi, yaşıl və iqlimədavamlı investisiyaların təşviqi, eləcə də maliyyələşdirmə və xəzinədarlıq əməliyyatları sahəsində institusional potensialın gücləndirilməsi kimi istiqamətləri əhatə edəcək. Hər iki qurum, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərini, transsərhəd investisiyaların və biznesin genişlənməsinin dəstəklənməsi imkanlarını araşdıracaq.
İmzalanma münasibətilə TİF-in Baş direktoru Ramil Babayev bildirib: “Qırğız Respublikası və Özbəkistan Orta Dəhlizin mərkəzində yerləşir. Bu memorandum strateji əhəmiyyət daşıyan həmin bazarlarda bizimlə ortaq mandatı bölüşən institutlarla əməkdaşlığı dərinləşdirmək öhdəliyimizi əks etdirir. ÖQİF geniş yerli biliklərə və özünü doğrultmuş ikitərəfli əməkdaşlıq platformasına malikdir. Birgə üzv dövlətlərimizdə özəl sektorun inkişafını, regional bağlantıları və iqtisadi inteqrasiyanı dəstəkləyən güclü birgə maliyyələşdirmə layihələri portfelinin formalaşdırılmasını hədəfləyirik”.
TİF və ÖQİF memorandumun icrasını nəzərdən keçirmək və gələcək əməkdaşlıq üçün konkret imkanları müəyyənləşdirmək məqsədilə ən azı altı ayda bir dəfə olmaqla mütəmadi görüşlərin keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Türk İnvestisiya Fondu türk dövlətləri tərəfindən birgə təsis edilmiş, Türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və dayanıqlı inkişafın təşviqinə yönəlmiş ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutudur. TİF-in Təsis Sazişi 16 mart 2023-cü il tarixində Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşündə imzalanıb və 24 fevral 2024-cü il tarixində qüvvəyə minib. Ümumi inkişaf və rifah naminə istifadə olunacaq 600 milyon dollar həcmində nizamnamə kapitalına malik TİF “Türk Dünyasının İqtisadi İnteqrasiyası”na əsaslanan böyük türk vizyonu çərçivəsində təsirli investisiyaların, innovativ həllərin və regional inteqrasiyanın təşviqi üçün platforma rolunu oynayır.
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
22-06-2026, 23:40
Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
21-06-2022, 10:35
KOBİA nümayəndələri Özbəkistanda səfərdə olublar
20-05-2022, 10:43
Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək
4-10-2020, 10:28
Prezident İlham Əliyev Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinə məktub ünvanlayıb
11-01-2019, 14:09
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Gənclər Fondu arasında anlaşma memorandumu imzalanıb
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu