Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Maraqlı
Oxunub: 1
31 Tem 2026 | 14:30
İqlimşünaslar bildirirlər ki, Sakit okeanda güclənən El Nino hadisəsi ən azı son 150 ildə müşahidə olunmayan miqyasa çata bilər.

Capar.info xəbər verir ki, "Nature" jurnalının yazdığına görə, proqnozlar təsdiqlənərsə, okeandan istiliyin atmosferə ötürülməsi nəticəsində yaranan istilik dalğası və insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişiklikləri birlikdə 2027-ci ili müşahidələr tarixinin ən isti ili edə və dünyanın bir çox bölgəsində ekstremal hava hadisələrinə səbəb ola bilər.

"Berkeley Earth" təşkilatının iqlimşünası Zik Hausfater bildirib ki, bir sıra iqlim modellərinin proqnozlarına əsasən, El Ninonun pik gücü əvvəlki rekordu "çox böyük fərqlə" üstələyəcək. Onun sözlərinə görə, bu hadisə iqlim dəyişiklikləri ilə birlikdə 2027-ci ilə qədər orta qlobal temperaturu sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,7 dərəcə Selsi artıra bilər.
Dartmut Kollecinin iqlimşünası Castin Mankin isə qeyd edib ki, builki hadisə alimlərin yalnız əsrin sonlarına doğru görməyi gözlədikləri ssenarilərə çox bənzəyir. Bu da antropogen iqlim dəyişikliklərinin təsirinin güclənməsi ilə əlaqələndirilir.

ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) son proqnozunda ilin sonuna qədər "çox güclü" El Nino hadisəsinin baş vermə ehtimalını 80 faiz qiymətləndirib. Agentlik həmçinin bu hadisənin və onun yaratdığı iqlim şəraitinin ən azı 2027-ci ilin aprel ayına qədər davam edəcəyini yüksək ehtimalla proqnozlaşdırıb.

Bununla belə, Zik Hausfater hesab edir ki, NOAA-nın proqnozu həddindən artıq ehtiyatlı ola bilər. O, 14 iqlim modelini müqayisə edərək müəyyən edib ki, Sakit okean regionunda dəniz səthinin pik temperaturu ilə bağlı median proqnoz 2015-2016-cı illərdə qeydə alınmış əvvəlki rekorddan təxminən 0,8 dərəcə Selsi yüksəkdir.

Nəşrin yazdığına görə, hadisənin təsiri aylar keçdikcə daha da güclənəcək. Bu isə o deməkdir ki, rekord isti yalnız 2027-ci il deyil, artıq yaxın aylarda da müşahidə oluna bilər. Nəticədə 2026-cı il də əvvəlki temperatur rekordlarını yeniləyə bilər.

El Ninonun iqtisadi təsirləri də ciddi ola bilər. Castin Mankin və həmkarlarının hesablamalarına görə, bu hadisə ilə əlaqəli istilik dalğaları, quraqlıqlar, daşqınlar və meşə yanğınları 2032-ci ilə qədər dünya iqtisadiyyatına 10 trilyon dollar həcmində zərər vura bilər.

Daha əvvəl daha güclü El Nino olubmu?

Arizona Universitetinin paleoiqlimşünası Kaustub Tirumalay bildirib ki, Yerin iqlim tarixini daha dərindən araşdırdıqda, bu hadisə bəlkə də indiyədək müşahidə edilmiş ən güclü anomaliya olmayacaq.

Onun sözlərinə görə, mərcanlardan əldə edilən məlumatlar XVII əsrdə çox güclü El Nino hadisəsinin baş vermiş ola biləcəyini göstərir. Lakin onun miqyasını dəqiq qiymətləndirmək mümkün deyil.

Tirumalay hesab edir ki, builki El Ninonun əvvəlkindən cəmi iki il sonra baş verməsi xüsusi əhəmiyyət daşıyır. Bu, qlobal istiləşmənin təsiri altında iqlim dövriyyəsinin tədricən dəyişməsinin əlaməti ola bilər.

Bir çox iqlim modeli göstərir ki, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə bu əsr ərzində El Nino dövriyyəsini dəyişə bilər. Nəticədə belə hadisələr daha intensiv xarakter alacaq və daha tez-tez baş verəcək.
1-02-2025, 16:49
Fevral ayının HAVASI - 18 dərəcə şaxta olacaq
11-01-2024, 20:24
2023-cü il bütün müşahidələr tarixində ən isti il elan olundu
5-10-2023, 19:15
Sentyabr tarixdə ən isti ay olub
18-07-2023, 21:21
Qlobal temperatur rekord səviyyədədir
5-07-2023, 13:17
Dünənin havası rekordları yenilədi - 6 həftə...
26-01-2022, 19:42
Azərbaycanda qar uçqunları ola bilər - Xidmət rəisindən AÇIQLAMA
Bugün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Bugün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Bugün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Bugün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Bugün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Bugün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Bugün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"