Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Zəfər bizimdir!”
Siyasət
Oxunub: 404
30 Eyl 2020 | 10:16
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Zəfər bizimdir!” Ermənistan tərəfinin sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi növbəti təxribatın qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və düşmənə əks hücumda ciddi zərbə vuruldu.
Ermənistan tərəfinin törətdiyi təxribatlar zamanı əsas hədəfləri mülki vətəndaşlar və onların yaşadıqları evlər olmuşdur. Bu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş bütün prinsiplərinin pozulmasıdır. Düşmənin bu dəfə törətdiyi təxribat yenidən onu deməyə əsas verir ki, Ermənistan tərəfi bu təxribata uzun müddət idi ki, hazırlaşırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 75-cı sessiyasında iştirak edərkən, bir daha vurğuladı ki, Ermənistan işğalçı dövlətdir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri bu vaxta qədər icra etmir və hazırda silah-sursat tədarükü həyata keçirir.
Son xəbərdarlıqdan sonra, düşmən növbəti dəfə təxribata cəhd edərkən artıq döyüş əmri verildi. Ermənistan tərəfinin təxribat törətməkdə əsas hədəfi cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Onlar düşünmürlər ki, Azərbaycan xalqı öz Prezidentinə, ordusuna güvənir və öz torpaqları uğrunda hər an döyüşə hazırdır.
Bu gün Azərbaycan Ordusunda çox yüksək əhval-ruhiyyə var. Şanlı Ordumuz zəfərdən-zəfərə doğru inamla irəliləyir. Əhali arasında da ruh yüksəkliyi müşahidə edilir. Hazırda hər kəs Ordumuzun yanındadır, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının ürəyi orduyla döyünür, hamı bir nəfər kimi Azərbaycan əsgərinə dəstək olmağı özünə müqəddəs amal bilir.
Bu gün Azərbaycan Ordusu bütün növ müasir silah və sursatla təmin edilib, ordumuz tam komplektləşdirilib. Cəbhədə olan əsgərlərimizlə yanaşı, sayca ermənilərdən dəfələrlə çox olan Azərbaycan xalqı hər an cəbhəyə hazırdır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər edilir.
Ali Baş Komandanın dediyi kimi, bizim başqasının torpağında gözümüz yoxdur. Hazırda aparılan döyüş isə Azərbaycanın haqq döyüşüdür, ədalətsizliyə, təcavüzə qarşı apardığı döyüşdür.
Şanlı Ordumuz bizi hər an öz qalibiyyət xəbərləri ilə sevindirməkdə davam edir. Düşmənin öz itkiləri ilə bağlı real rəqəmləri gizlətməsinə baxmayaraq, açıqladıqları rəqəmlər belə onların məğlubiyyətini bir daha göstərir.
Yalnız sentyabrın 27-də həyata keçirilən əməliyyatlar zamanı 7 yaşayış məntəqəsi və 2 hündürlük düşməndən azad edilmişdir. Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi əməliyyat nəticəsində Murov zirvəsinin, işğal olunmuş ərazilərimizi Ermənistanla birləşdirən hərbi əhəmiyyətli avtomobil yolunun azad edilməsi, vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi qeyd olunan ərazilərdə düşmənin hərəkət etməsinin qarşısını almağa imkan yaradır.
Talış kəndi ətrafında olan yüksəkliklərin düşmən işğalından azad edilməsi ilə əlaqədar paylaşılan məlumatlardan görünür ki, düşmənə çox ağır zərbələr vurulmaqdadır. Ərazilərimizin işğaldan azad olunması uğrunda əməliyyatlar davam edir.
Əldə olunmuş uğurlar, işğaldan azad edilən ərazilərimiz, ordumuzun şücaəti və göstərdiyi qəhrəmanlıqlar, xalqımızda Ali Baş Komandana və Ordumuza olan inam bir daha onu deməyə əsas verir ki, Zəfər bizimlədir! Tezliklə bütün xalqımız Böyük Qələbəni bayram edəcək!
Yaşa Azərbaycan Ordusu!!! Yaşa Azərbaycan əsgəri!!!
27-09-2020, 13:03
Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var - Anar Eyvazov
21-07-2020, 17:51
Milli Məclis Sədrinin müavini Adil Əliyev:“ABŞ Konqresinin qəbul etdiyi sənəd Ermənistanın işğalçı dövlət olmasını bir daha təsdiq edir”
14-07-2020, 18:41
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Məğlubiyyət Ermənistan tərəfinin taleyidir!”
14-07-2020, 18:32
Milli Məclisinin sədri Sahibə Qafarova Altınbek Mamayusupova, Qabriela KuevasBarrona, Valentina Matviyenkoya müraciətlər ünvanlayıb
13-07-2020, 13:09
"Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir" - DEPUTAT
24-06-2020, 18:04
Milli Məclis Sədrinin müavini Adil ƏLİYEV: “Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur”
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...