CİBUTİ DEPUTATLARI XOCALI SOYQIRIMINI YAD EDİBLƏR
Fevralın 21-də Milli MəclisdəAzərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşəbbüsüylə Cibuti Respublikası Milli Assambleyasının deputatları ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib. Onlayn formatda keçirilən konfransa Azərbaycanın Cibutidə akkreditə olunmuş Efiopiyadakı səfirliyinin və Cibutinin Moskvadakı səfirliyinin nümayəndələri də qoşulublar. Görüşdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliabbas Salahzadə videokonfransiştirakçılarını səmimiyyətlə salamlayıb. Xocalı soyqırımı qurbanlarının yad edilməsinin 29-cu ildönümünə toplaşmış Cibuti təmsilçilərinin nəzərinə çatdırıb ki, Xocalı soyqırımı 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və terror siyasətinin ən qəddar, ən qandondurucu səhifəsidir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini işğal edərkən mülki əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Həmin hərbi təcavüz zamanı 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 nəfər yaşlı insan xüsusi qəddarlıqla qətlə yetirilib; 8 ailə tam məhv edilib; 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum olunub; 487 dinc sakin yaralanıb; girov götürülən 1275 nəfərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Cibuti Respublikası Milli Assambleyasının 2017-ci il yanvarın 11-də Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verən qətnamə qəbul etdiyinə diqqət yönəldən Əliabbas Salahzadə soyqırımın dünya birliyi tərəfindən tanınması yolunda bu sənədin çox mühüm addım olduğunu vurğulayıb və dərin təşəkkürünü bildirib. Qeyd edib ki, insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımınaCibuti parlamentarlarının göstərdiyi həssaslığı Azərbaycan xalqı çox yüksək qiymətləndirir. Müasir dövrdə beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolundan söz açan işçi qrupun rəhbəri deyib ki, həmin qətnamə Xocalı soyqırımının tanınmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüşdə Cibuti parlamentarlarına məlumat verilib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğala 2020-ci ilin 10 noyabrında son qoyulub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsi müzəffər Ordumuzun parlaq qələbəsi ilə başa çatıb. Azərbaycan tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Regionda yeni reallıq yaranıb. Hazırda işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri həyata keçirilir.Müştərək mənəvi dəyərlərin formalaşmasında islam dininin rolundan söz açan deputatımız 30 ilədək işğal altında qalan Azərbaycan torpaqlarında tarixi irsimizin, mədəni və dini abidələrimizin Ermənistan tərəfindən vandalizmə məruz qaldığını da diqqətə çatdırıb.
Əliabbas Salahzadə işçi qrupun rəhbəri olaraq Azərbaycanla Cibuti parlamentləri arasında münasibətlərin dərinləşdirilməsi üçün əməkdaşlığa hazır olduğunu bildirib.
Videokonfransda Cibuti parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Safia Elmi Cibril ölkəsinin Prezidentinin və Milli Assambleya sədrinin, həmçinin bütün deputatların salamlarını azərbaycanlı həmkarlarına çatdırıb. Vurğulayıb ki, Cibuti Respublikası həm parlament, həm də hökumət səviyyəsində Azərbaycanı dəstəkləyir. Ölkə və xalq olaraq hər zaman Azərbaycanın yanındayıq. 44 günlük Vətən müharibəsində qazandığınız Zəfəri təbrik edir, şəhidlərinizə Allahdan rəhmət diləyirik. Çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Cibuti Milli Assambleyasının deputatı Əhməd Həsən MəhəmmədAzərbaycanla həmrəyliklərindən söz açıb, Xocalı soqırımına dair 2017-ci ildə qəbul etdikləri qətnamədən danışıb. 44 günlük Vətən müharibəsi dövründə daim Azərbaycanı düşündüklərini, Zəfər yolunda çəkilən əziyyətləri başa düşdüklərini, ərazi bütövlüyümüzün təmin olunmasından xoşbəxtlik duyduqlarını diqqətə çatdırıb. Bakıya səfərini yad edərək Azərbaycanı nümunəvi ölkə kimi gördüklərini deyib.
Cibuti Milli Assambleyasının deputatı Abdullah Barkat İbrahiməlaqələrimizin daha da möhkəmlənməsini, əməkdaşlığın genişlənməsini istədiklərini bildirib. Qeyd edib ki, bunun üçün böyük perspektivlər var.
Görüşdə pandemiya şəraitinin çətinliklərindən, dünya miqyasında iqtisadiyyata dəyən zərərdən, insan tələfatından da bəhs olunub. COVİD-19 infeksiyasına qarşı ölkələrin birgə mübarizə aparmasının vacibliyi qeyd edilib.
Söhbətdə ölkələrimiz arasında təcrübə mübadiləsinin faydalı olacağına əminlik ifadə olunub, qarşılıqlı dəvətlər səslənib. Azərbaycanın nəqliyyat sahəsində Cibutiyə dəstək verməsi minnətdarlıqla qeyd edilib.
Görüş zamanı Milli Məclisin deputatları Vüqar İsgəndərov,Anar Məmmədov və Emin Hacıyev bir sıra mühüm məqamlara toxunublar. Bildirilib ki, deputatlarımız ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərindən,Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimizdən, parlamentlərimiz arasında post pandemiya dövründə qarşılıqlı səfərlərin intensivləşməsi vacibliyindən danışıblar. Bakı limanı ilə Afrikanın strateji əhəmiyyətə malik Cibuti limanı arasında, ölkələrimizin kənd təsərrüfatı və digər sahələrində əməkdaşlığın genişləndirilməsinin faydalı olacağı qeyd edilib.
Cibuti deputatlarının nəzərinə çatdırılıb ki, fevralın 26-da hər il dünyanın bir çox ölkələrində qeyd olunan “Xocalıya ədalət!” kampaniyasına Cibutinin də qoşulması və bu kampaniyanı dəstəkləməsi arzu ediləndir.
Videokonfransda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19-02-2021, 13:19
Floridanın Hollondeyl Biç şəhər meri Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb
19-02-2021, 12:50
Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adından indoneziyalı həmkarlarına təşəkkür məktubu ünvanlanıb
13-11-2020, 14:10
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər
3-11-2020, 12:49
Xocalı soyqırımının ən fəal iştirakçısı olan erməni polkovnik vuruldu
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
27-12-2018, 13:37
Parlamentin Dostluq Qruplarının yeni rəhbərləri seçiləcək
Dün, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
Dün, 15:40
Bakıda qətl törədildi
Dün, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
Dün, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
Dün, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
Dün, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi