Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər
Noyabrın 12-də Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.Görüşdə işçi qrupunun rəhbəri Soltan Məmmədov qeyd edib ki, Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir. 2010-2017-ci illərdə bu qrupa hazırda Azərbaycanın I vitse-prezidenti olan Mehriban xanım Əliyeva başçılıq edib. Heydər Əliyev Fondunun xətti ilə Fransada bir sıra mühüm layihələr həyata keçirilib. VI çağırış Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna 20 deputat daxildir.
Soltan Məmmədov daha sonra Azərbaycanın Vətən müharibəsi haqqında qonaqlara məlumat verərək deyib ki, sentyabrın 27-də işğalçı Ermənistanın dinc yaşayış məntəqələrimizə hücumundan sonra əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu qısa müddətdə uzun illərdir işğal altında saxlanılan torpaqlarımızın xeyli hissəsini azad etdi. Təəssüf ki, həmin günlərdə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Fransa neytrallığını qoruya bilməyib və birtərəfli mövqe ifadə edib. Bu da Azərbaycan cəmiyyətində böyük narazılıq doğurub.
İşçi qrupun rəhbəri erməni silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizdəki dinc yaşayış məntəqələrinə, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətlər barədə konkret faktları qonaqların diqqətinə çatdırıb.
Görüşdə çıxış edən Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber həmin günlərdə Azərbaycan həqiqətlərini dünyada yaymaq istiqamətində və Fransadakı erməni diasporuna qarşı apardıqları informasiya və təbliğati işlər barədə danışıb. O, mətbuatda və sosial mediada yaydığı bir sıra məqalələrlə bağlı ermənilərdən 20 mindən çox mənfi reaksiya, hətta təhdid dolu mesajlar aldığını bildirib.
Sonra görüşdə Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Mişel Viale fikirlərini bölüşüb, bəzi həmkarlarının laqeyd və ya birtərəfli mövqeyinə görə təəssüflərini ifadə edib. Vurğulayıb ki, dostluq qruplarının vəzifəsi belə hallarda öz münasibətini bildirməkdir. Mişel Viale 10 noyabrın Azərbaycan tarixində mühüm hadisə olduğunu söyləyib.
Görüşdə qeyd olunub ki, fransız deputatların Gəncəyə və Bərdəyə nəzərdə tutulmuş səfərləri baş vermiş hadisələri yerindəcə öz gözləri ilə görüb obyektiv gerçəkliklə tanış olmağa imkan verəcək.
Söhbət zamanı parlamentlərarası əlaqələrin, dostluq qruplarının əməkdaşlığının daha da möhkəmlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun katibi Jan-Lük Reitser, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, işçi qrupun üzvlərindən Sevinc Fətəliyeva, Kamal Cəfərov və Tural Gəncəliyev iştirak ediblər.
30-09-2020, 10:27
Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli İtaliya parlamentinin üzvlərinə təşəkkür məktubları ünvanlayıb
8-09-2020, 12:55
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək
23-07-2020, 16:36
ÇEXİYA PARLAMENTİ İLƏ ƏLAQƏLƏRİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
11-06-2020, 11:36
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
27-12-2018, 13:37
Parlamentin Dostluq Qruplarının yeni rəhbərləri seçiləcək
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...