ÇEXİYA PARLAMENTİ İLƏ ƏLAQƏLƏRİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB
Siyasət
Oxunub: 326
23 Tem 2020 | 16:36
ÇEXİYA PARLAMENTİ İLƏ ƏLAQƏLƏRİN  PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB
Çexiya səfiri Ermənistanın Tovuz rayonu istiqamətində insan tələfatına səbəb olmuş təxribatı qətiyyətlə pisləyib.

İyulun 23-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekertilə onlayn görüş keçirib.
Videokonfransda Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin, siyasi-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını qeyd edib.
Başçılıq etdiyi işçi qrupun bu ilk görüşündə günün aktual məsələlərinə toxunan Milli Məclisin deputatı öncə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlərdən söz açıb. Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətindən danışan millət vəkiliyoluxmanın qarşısını almaq üçün görülən işlərdən söz açıb. O, qeyd edib ki, Azərbaycan COVID-19-la mübarizə məqsədilə dünyanın 30 ölkəsinə yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ayırıb.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVID-19-la mübarizəyə həsr olunmuş Zirvə toplantıları keçirilib, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib.
İşçi qrupun rəhbəri Elnur Allahverdiyev səfirin diqqətinə çatdırıb ki, dünyanı cənginə almış olan pandemiyaya baxmayaraq qonşu Ermənistan təcavüzkarlıq əməllərindən əl çəkmir. İyulun 12-də dövlət sərhədinin Tovuz rayonu ərazisində işğalçı Ermənistan daha bir təxribata əl atıb. Bir neçə gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan 12 şəhid verib, bir mülki vətəndaş həyatını itirib, əhalinin mülkünə və infrastruktura böyük ziyan dəyib.
Videokonfransda Dağlıq Qarabağdan uzaqda yerləşən, ermənilərin hücum etdiyi Tovuz bölgəsinin yalnız Azərbaycan üçün deyil, Avropa ölkələri və digər ölkələr üçün xüsusi strateji mövqedə yerləşməsi Çexiya səfirinin diqqətinə çatdırılıb. Təcavüzkarın əsl simasınınÇexiya rəhbərliyinə və ictimaiyyətinə tanıdılması, Ermənistan tərəfindən törədilən təxribatın gerçək mahiyyətinin ifşa olunmasınınvacibliyi vurğulanıb.
Sonra videokonfransda Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ermənilərin Tovuzla sərhəddə törətdikləri hərbi-siyasi təxribat barədə ətraflı məlumat verib.
Görüşdə iştirak edən millət vəkili Fatma Yıldırım23 iyultarixinin Ağdamın işğalı günü olduğunu qeyd edib. 27 ildir ki, Ağdamın erməni təcavüzkarları tərəfindən qəsb olunduğu vurğulanıb.
ÇEXİYA PARLAMENTİ İLƏ ƏLAQƏLƏRİN  PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB
Deputat Jalə Əhmədova Tovuz bölgəsində baş vermiş hadisələrlə əlaqədar Los Ancelesdə soydaşlarımızın keçirdiyi etiraz aksiyası zamanı erməni diasporunun törətdiklərivəhşiliklərdən söz açıb, Azərbaycan bayrağına edilən hörmətsizliyin bütün beynəlxalq aləmdə qınanmalı olduğunu vurğulayıb.
Hazırkı pandemiya dövründə ünsiyyətin onlayn modelindən istifadə imkanı yaradıldığına görə təşəkkür edən Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert iyulun 12-dən etibarən Tovuz bölgəsində baş verən erməni təcavüzü nəticəsində yaranmış vəziyyətdən narahatolduqlarını bildirib, insan tələfatına səbəb olmuş təxribatı qətiyyətlə pisləyib. Səfir münaqişənin danışıqlar yolu ilə nizamlanmasının vacibliyini qeyd edib. Ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirən səfir Milan EkertParlamentlərarası əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olacağına əminliyiniifadə edib,görüşlərin və təcrübə mübadiləsinin intensivləşməsinin vacib olduğunu vurğulayıb. Səfir videokonfrans formatında növbəti dəfə iki ölkənin parlamentləri arasında görüş təşkil olunmasını təklif edib.
Səfir Milan Ekert Milli Məclisin deputatlarına məlumat verib ki, iyulun 24-də Praqada azərbaycanlılar Azərbaycan-Ermənistan sərhədində baş vermiş təxribatla əlaqədar etiraz aksiyası keçirəcəklər.
Videokonfransda Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Çex Respublikasının Azərbaycandakı səfirinin müavini Daniel Putik iştirak edirdilər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
10-07-2020, 13:14
Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib
19-06-2020, 23:46
Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
11-06-2020, 11:36
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
22-04-2020, 22:13
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında iki məsələ müzakirə olunub
27-12-2018, 13:37
Parlamentin Dostluq Qruplarının yeni rəhbərləri seçiləcək
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...