Sahibə Qafarova pakistanlı həmkarına məktub yazdı
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Parlamentində erməni təcavüzünü pisləyən qətnamənin qəbulu ilə bağlı Milli Assambleyanın sədri Əsəd Qeysərə məktub ünvanlayıb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri məktubda Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri və öz adından başda Əsəd Qeysər olmaqla Pakistan Milli Assambleyasının bütün üzvlərinə dərin təşəkkürünü bildirib və Pakistan Parlamentinin belə bir qətmanə qəbul etməsini yüksək qiymətləndirib, ədalətin təntənəsi olan bu təşəbbüsün reallaşmasını alqışlayıb.
Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Pakistan İslam Respublikası ilə mövcud sıx əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinə mühüm əhəmiyyət verir. Bildirilib ki, ölkələrimizin parlamentləri arasında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi xalqlarımız arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edəcəkdir. Pakistan İslam Respublikası xalqımızı narahat edən məsələlərdə daimi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu mənada, 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə bağlı qardaş Pakistanın ortaya qoyduğu qətiyyətli mövqe xüsusi vurğulana bilər. Pakistan Milli Assambleyasının qəbul etdiyi sonuncu qətnamə də Azərbaycan Respublikasının erməni təcavüzünə qarşı həyata keçirdiyi və ərazi bütövlüyünün bərpa edilməsinə yönəlmiş əks-hücum əməliyyatına mühüm bir dəstəkdir.
"Müasir beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolunu nəzərə alaraq hesab edirik ki, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə bu təcavüzün aradan qaldırılmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə məktubda qeyd olunur.
Qeyd edək ki, cari il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasından sonra Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının və Senatın Sədrlərinə erməni təcavüzünün və işğalının qətiyyətlə pislənilməsi və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı müraciət etmişdi.
Cari il oktyabrın 28-də isə bu müraciətə cavab olaraq Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə qəbul edilib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib.
30-10-2020, 10:21
MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA TBMM SƏDRİ MUSTAFA ŞENTOPLA TELEFONLA DANIŞIB
27-10-2020, 10:15
Milli Məclisə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən təcavüzü pisləyən məktublar gəlməkdə davam edir
25-10-2020, 11:19
MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA FRANSA MİLLİ ASSAMBLEYASININ SƏDRİ RİŞAR FERRANA MƏKTUB ÜNVANLAYIB
30-09-2020, 10:02
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb
5-09-2020, 16:55
AZƏRBAYCAN-PAKİSTAN PARLAMENT SƏDRLƏRİNİN VİDEOKONFRANS FORMATINDA GÖRÜŞÜ OLUB
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi