MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA FRANSA MİLLİ ASSAMBLEYASININ SƏDRİ RİŞAR FERRANA MƏKTUB ÜNVANLAYIB
Milli Məclisin Sədri Sahibə Qafarova Fransa Milli Assambleyasının Sədri Rişar Ferrana məktub ünvanlayıb. Məktubda Milli Məclisin Sədri oktyabrın 16-da Fransa Milli Assambleyasının Rəyasətində qeydiyyatdan keçmiş “Artsax respublikasının tanınması” haqqında qətnamə təklifi ilə əlaqədar ciddi narahatlığını və narazılığını ifadə edib.Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və heç bir dövlət, o cümlədən Fransa tərəfindən tanınmamış qanunsuz separatçı rejimin Fransa tərəfindən tanınması məqsədini daşıyan bu təklif Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasına yönələn və heç bir hüquqi əsası olmayan akt kimi qiymətləndirilir. Belə bir təklif Fransanın beynəlxalq, Avropa və ikitərəfli öhdəliklərinə ziddir və ölkələrimiz arasında münasibətlərə ciddi zərər vura bilər.
Qeyd olunur ki, Fransa Minsk Qrupunun həmsədr ölkəsi kimi ATƏT-in prinsipləri və BMT Nizamnaməsi əsasında öz üzərinə öhdəlik götürmüş, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrinin qəbul edilməsinə səs vermişdir. Həmin qətnamələr Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın bir hissəsi olduğunu təsdiqləyir, Azərbaycan ərazilərinin işğalını pisləyir, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edir və erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Eyni şəkildə, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə yaradan və ya təhdid edən bütün addımları qadağan edir.
Sözügedən qətnamə təklifi, eyni zamanda, Fransanın “Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə” üzrə qarşılıqlı öhdəliklərinə ziddir.
Milli Məclisin Sədri Sahibə Qafarova məktubda xatırladır ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək “Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş” (1996), eləcə də “2018-2020-ci illər üçün Azərbaycan-Avropa İttifaqı arasında Tərəfdaşlığın Prioritetləri”ndə də təsdiq edilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstək prinsipinin Avropada sülh və sabitliyin qorunmasına töhfə verəcəyi təsbit edilmişdir.
Məktubda bildirilir ki, Fransa vasitəçi kimi qərəzsizliyini və bitərəfliyini qorumalı, beynəlxalq hüququ pozan və münaqişənin danışıqlar yolu ilə həllinə mane olan bütün qanunsuz hərəkətlərin qarşısını almalıdır. Əks təqdirdə bu, Fransa üçün Minsk Qrupunun həmsədri kimi məsuliyyyət doğuracaqdır.
Belə ki, sözügedən qətnamə təklifi qəbul ediləcəyi təqdirdə o, Minsk Qrupu çərçivəsində danışıqlar prosesinə kobud və təhlükəli müdaxilə kimi münaqişənin sülh yolu ilə nizamlanmasına ciddi xələl gətirəcəkdir.
Milli Məclisin Sədri Sahibə Qafarova məktubun sonunda bildirib ki, belə bir addım Azərbaycan-Fransa əlaqələrinə qarşı ciddi çağırışdır və ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın heçə endirilməsi ilə nəticələnə bilər.
13-10-2020, 12:19
Milli Məclisin Sədri Sahibə Qafarova ilə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko arasında telefon danışığı olub
7-10-2020, 10:05
Milli Məclisin Sədri Sahibə Qafarova ilə Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay arasında telefon danışığı olub
30-09-2020, 10:02
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb
12-09-2020, 11:21
Milli Məclisin sədri Türkiyədə səfərdədir
31-05-2020, 12:47
Milli Məclisin sədri deputatlara irad bildirib
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
Bugün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək