Milli Məclis ilə Avropa Parlamenti arasında onlayn formatda görüş keçirilmişdir
Siyasət
Oxunub: 310
7 Ekm 2020 | 10:13
Milli Məclis ilə Avropa Parlamenti arasında onlayn formatda görüş keçirilmişdir 6 oktyabrda Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev Avropa Parlamentindən olan həmkarı xanım Marina Kalyurand ilə onlayn formatda görüş keçirmişdir. Hər iki tərəfdən Parlament Əməkdaşlıq Komitəsinin katiblərinin də iştirak etdiyi görüşdə millət vəkili Cavanşir Feyziyev 27 sentyabrda başlayan növbəti erməni təxribatı və onun nəticələri barədə avropalı həmkarına ətraflı məlumat vermişdir.
Cavanşir Feyziyev Ermənistanın bu təxribatının gözlənilən olduğunu bildirdi: “Azərbaycan bununla bağlı beynəlxalq ictimaiyyəti artıq bir müddətdir ki, xəbərdar edirdi və tədbirlər görülməyəcəyi təqdirdə növbəti təxribatın qaçılmaz olduğunu ifadə edirdi. Lakin təəssüflər olsun ki, Azərbaycanın bu çağırışlarına məhəl qoyulmadı və 30 il ərzində susqunluq göstərən, münaqişə ilə bağlı guya balanslı mövqe tutan təşkilatlar və ölkələr yenə də səssiz qalmağa üstünlük verdilər. Bu isə sonda Qarabağ bölgəsində yeni müharibənin alovlanmasına gətirib çıxardı”.
Millət vəkili son iki ildə Ermənistanın Baş naziri tərəfindən atılmış təxribatçı addımlar haqqında ətraflı məlumat verdi. Millət vəkili bildirdi ki, qondarma rejim tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz seçkilərin keçirilməsi, saxta andiçmə mərasimi, qondarma parlamentin Şuşa şəhərinə köçürülməsi cəhdi, işğal altında olan Azərbaycan torpaqlarına Ermənistandan birbaşa yol çəkilişinə başlanması, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” şəklində məsuliyyətsiz bəyanatı və eləcə də Ermənistan Müdafiə nazirinin “yeni torpaqlar uğrunda yeni müharibə” şüarı hadisələrin bu nöqtəyə gəlib çatmasına səbəb olub. Cavanşir Feyziyev bildirdi ki, 27 sentyabrda Azərbaycan ərazisində yerləşdirilmiş Ermənistan hərbi qüvvələri təmas xətti boyunca yerləşən kəndlərimizdə yaşayan mülki əhalini ağır silahlardan atəşə tutmuş, 200-dən çox ev dağıdılmış, dinc əhali arasında itkilər olmuşdur. Azərbaycan ordusu dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün təmas xətti boyunca düşmənin hərbi obyektlərini məhv etmək əməliyyatına başlamışdır və hal-hazırda bu əməliyyatlar davam etdirilir.
Avropa Parlamentinin üzvü xanım Marina Kalyurand millət vəkilinə ətraflı məlumat üçün təşəkkür edərək, münaqişənin aktiv hərbi əməliyyətlər fazasına daxil olmasından narahat olduqlarını diqqətə çatdırdı və yenidən danışıqlar masasına qayıdılması imkanlarını sorğu etdi.
Azərbaycanlı deputat danışıqlar masasına geri qayıtmaqla bağlı Azərbaycan tərəfinin şərtlərinin Prezident İlham Əliyev tərəfindən açıq və aydın formada ifadə olunduğunu bildirdi və qeyd etdi ki, erməni silahlı qüvvələrinin bütün işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınması hərbi əməliyyatların dayandırılmasına və danışıqlara başlanmasına zəmin yarada bilər. Millət vəkili bildirdi ki, Azərbaycan müharibə istəmir və ona görə də 30 il ərzində BMT TŞ-nın məlum Qətnamələrinin yerinə yetirilməsini gözləyir. Lakin nə ATƏT-in Mİnsk Qrupu, nə də digər beynəlxalq təşkilatlar bu illər ərzində münaqişənin həll olunması üçün Ermənistanı sülhə vadar edə bilmədilər və ya etmək istəmədilər. Bölgədəki bu günkü vəziyyət məhz Minsk Qrupunun uğursuz fəaliyyətinin nəticəsidir.
Xanım Kalyurand millət vəkilinin həmçinin Türkiyədən gələn hərbiçilərin və Suriyadan olan muzdluların da Azərbaycan tərəfdən döyüşlərdə iştirak etməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirməsini xahiş etdi. Avropalı deputat bu xəbərlərin Avropa institutlarında çox cidd narahatlıq və narazıçılıq doğurduğunu da ifadə etdi.
Millət vəkili Cavanşir Feyziyev bu yayılan xəbərlərin hamısının yalan məlumatlar olduğuna, Ermənistan tərəfindən belə saxta məlumatların məqsədli şəkildə yayıldığına diqqət çəkdi: “Bu cür məlumatların yayılması Ermənistanın əsas niyyətini reallaşdırmağa hesablanıb. Belə ki, Ermənistan bu müharibəyə üçüncü tərəfləri də cəlb etmək istəyir və buna zəmin yarada bilmək üçün guya Türkiyənin də Azərbaycanla birlikdə savaşması haqqında yalanı tirajlayır. Azərbaycan Prezidenti rəsmi şəkildə elan etmişdir ki, Azərbaycan tərəfində heç bir xarici ölkənin əsgəri vuruşmur, Azərbaycanda heç bir muzdlu döyüşçü yoxdur və buna ehtiyac da yoxdur. Azərbaycanda hal-hazırda yüzlərlə jurnalist fəaliyyət göstərir ki, bunların da arasında hərbi əməliyyatların getdiyi ərazilərdə olanları vardır və bu günə qədər heç bir jurnalist ermənilərin iddia etdikləri bu yalanları dəstəkləyəcək bir fakt belə tapmayıb. Müasir dövrdə texnoloji imkanlar genişdir və əgər bu deyilənlər doğru olsaydı bu imkanlarla hər hansı bir fakt ortaya qoyulardı”.
Xanım Kaljurand millət vəkilimizə ətraflı məlumat üçün təşəkkür etdi və bildirdi ki, sabah AP-də bölgədə baş verən hadisələrlə bağlı geniş müzakirə olacaq. Bu baxımdan ona verilən məlumatlar hadisələrin əsl mahiyyətini başa düşmək üçün çox faydalıdır.Xanım Kalyurand bildirdi ki, Avropa İttifaqında bu məsələ ilə bağlı vahid mövqe yoxdur, yanaşmalar çox haçalanır. Sonda xanım Kalyurand Azərbaycanlı həmkarı ilə sıx-sıx təmasda olmaq və müntəzəm olaraq məlumat almaq istədiyini qeyd etdi. Həmsədrlər bu cür görüşlərin davamlı keçirilməsi haqqında razılığa gəldilər.
21-07-2020, 17:45
Avropa Parlamenti ilə Milli Məclis arasında video-konfrans keçirildi
22-04-2020, 22:13
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında iki məsələ müzakirə olunub
19-06-2020, 23:46
Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
23-07-2020, 16:36
ÇEXİYA PARLAMENTİ İLƏ ƏLAQƏLƏRİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB
30-04-2020, 19:09
MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
15-06-2020, 17:34
Milli Məclisin Gənclər və idman komitəsi “15 iyun Milli Qurtuluş Günü” ilə əlaqədar gənclərlə onlayn konfrans keçirib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı