Avropa Parlamenti ilə Milli Məclis arasında video-konfrans keçirildi
Siyasət
Oxunub: 349
21 Tem 2020 | 17:45
Avropa Parlamenti ilə Milli Məclis arasında video-konfrans keçirildi İyulun 21-də Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri Cavanşir Feyziyevin təşəbüsü ilə Avropa Parlamentinin üzvləri və Milli Məclisin deputatları arasında video-konfrans keçirilib. Video-konfransda Avropa Parlamentindən Latviyalı deputat Andris Ameriks, Polşalı deputat Riçard Çarnezski, Bolqarıstanlı deputat İlhan Küçük, Xorvatiyalı deputat Ruza Tomaşiç və İspaniyalı deputat Herman Terç, Milli Məclisdən isə millət vəkilləri – Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avronest PA üzrə nümayəndə heyətinin rəhbəri Azər Kərimli və Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev iştirak ediblər.Video-görüşdə həmçinin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Baş katibi Riçard Milsom, Alyansın siyasi direktoru Temistoklis Astenidis, “European Journal” mətbuat orqanının baş redaktoru Naved Xan və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev iştirak ediblər.
Görüşü Cavanşir Feyziyev açaraq konfrans iştirakçılarına Ermənistan hərbi qüvvələri tərəfindən iyul ayının 12-də Azərbaycan-Ermənistan sərhədindətörədilmiş təxribat və onun nəticələri haqqındageniş məlumat verib. Millət vəkili bildirib ki, Ermənistanın bu addımı atmaqda məqsədi danışıqlar prosesini ləngitmək, mövcud status-kvonu mümkün qədər uzatmaq və bu müddət ərzində işğal etdiyi Azərbaycan ərazilərini qeyri-qanuni məskunlaşdırmaq, münaqişəyə Ermənistanın daxil olduğu KTMT üzv dövlətlərini cəlb etmək və Azərbaycanla KTMT üzv dövlətləri arasında münasibətlərə xələl gətirmək olub. Bundan əlavə, millət vəkili qeyd edib ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan sərhədində strateji yüksəklikdə yerləşən Azərbaycan Sərhəd Qoşunlarının mövqeyini tutmağa cəhd göstərib və bununla da Azərbaycandan Avropaya istiqamətlənmiş neft və qaz kəmərlərini, həmçinin nəqliyyat-kommunikasiya infrastrukturunu nəzarətə götürmək məqsədi güdüb.
Avropa Parlamentinin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatı qətiyyətlə pisləyib, təxribat zamanı hərbi qulluqçuların və mülki şəxslərin həyatını itirməsinə görə dərin təəssüf keçirdiklərini bildirib və həlak olanların ailə üzvlərinə başsağlığı ifadə ediblər. Avropalı deputatlar münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların mövcud vəziyyəti haqqında suallar veriblər. Onlar öz çıxışlarında xatırladıblar ki, Avropa Parlamenti tərəfindənqəbul edilmiş QətnamədəŞərq Tərəfdaşlığı ölkələrindəki münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Avropalı deputatlar bu münaqişənin davam etməsində kənar güclərin də maraqlı ola biləcəyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verdiklərini, Avropa Parlamentinin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsində maraqlı olduğunu bir daha təsdiq ediblər. Avropalı deputatlar Azərbaycanı Avropa üçün siyasi cəhətdən etibarlı qonşu, iqtisadi cəhətdən isə getdikcə daha əhəmiyyətli bir tərəfdaş hesab etdiklərinibildiriblər.
Millət vəkilləri Azər Kərimli və Tural Gəncəliyev də Ermənistanın davamlı xarakter alan təxribatları və nail olmağa çalışdığı məqsədləri haqda fikirlərini bölüşüblər. Millər vəkilləri həmçinin ATƏT-nin Minsk Qrupu çərçivəsində uzun illərdir davam edən və heç bir nəticə verməyən danışıqlar prosesinin getdikcə daha az ümidverici olduğunu qeyd ediblər.
Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı adından qurumun Baş katibi Riçard Milsom söz alaraq Ermənistanın təcavüzkar siyasətini ciddi şəkildə qınadıqlarını, Alyans olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam və qeyd-şərtsiz dəstəklədiklərini bəyan edib və qurumun bu məsələ ilə bağlı Bəyanat yaydığını diqqətə çatdırıb.
Milli Məclisin Beynəlxalq Münasibətlər şöbəsinin müdir müavini Babək Ağayevin moderatorluğu ilə keçirilən video-konfransda sonda hadisələri yaxından izləmək üçün yaxın vaxtlarda növbəti bir görüşün keçirilməsi qərara alınıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
19-06-2020, 23:46
Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
15-06-2020, 17:34
Milli Məclisin Gənclər və idman komitəsi “15 iyun Milli Qurtuluş Günü” ilə əlaqədar gənclərlə onlayn konfrans keçirib
11-06-2020, 16:08
İlk dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirilib
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
2-06-2020, 17:25
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi
22-04-2020, 22:13
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında iki məsələ müzakirə olunub
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi