"Tibbi maska istehsalına başlanılması üçün Prezident birbaşa göstəriş verib" - Adil Əliyev
Siyasət
Oxunub: 428
7 Nis 2020 | 20:00
"Tibbi maska istehsalına başlanılması üçün Prezident birbaşa göstəriş verib" - Adil Əliyev “Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə geniş miqyaslı islahatlar aparılır. Təbii ki, bu islahatların içərisində iqtisadiyyatın inkişaf etdirilməsi çox mühüm yer tutur. Belə ki, Dünya Bankının “Doing business” hesabatlarında ölkəmiz biznes mühitinin yaxşılaşdığı qabaqcıl ölkələr sırasında yer alır”.
Bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.
Onun sözlərinə görə, lakin, son dövrlər dünyada geniş yayılmış koronavirus (Covid-19) infeksiyası, təəssüflər olsun ki, görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq ölkəmizdən də yan keçməyib: “Hazırda fövqəldövlətlər qeyd olunan xəstəliyin əlində acizdir, yoluxan və ölənlərin sayı narahatedicidir. Bunlara baxmayaraq, cənab Prezident tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun şəkildə zəruri addımların atılması nəticəsində xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verilmədi və hazırda bu siyasətin nəticəsi kimi vəziyyət nəzarət altındadır”.
Əliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus dünya liderlərinə ünvanlandığı məktubda koronovirus pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və görülən işləri təqdir edərək, ölkəmizin təcrübəsini örnək göstərib.
Milli Məclis sədri müavininin sözlərinə görə, əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşıldığı üçün hələ iki həftə əvvəl ölkəmizdə tibbi maska istehsalına başlanılması üçün Prezident tərəfindən birbaşa göstəriş verilib: “Bu məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları qısa müddətdə sahibkarlara kreditlər verib, nəticədə tibbi maska istehsalı ilə bağlı avadanlığın və xammalın Azərbaycana çox qısa zamanda gətirilməsinə nail olunub.
Uzaqgörən siyasətin və aparılan iqtisadi islahatların məntiqi davamı olaraq, bu gün Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı oldu. Beləliklə, koronavirusla mübarizədə dünyanın bir çox ölkələrində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapır.
Yeni açılan müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilməsi nəzərdə tutulub. Yaxın günlərdə isə istehsal həcminin 2 dəfə artırılaraq, gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, artıq ölkəmiz tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yeni yaradılan müəssisə həm steril maskaların, həmçinin N95 və digər xüsusi növlərdən olan maskaların istehsal edilməsi üçün nəzərdə tutulub”.
A. Əliyev deyib ki, iki həftə ərzində günlük 250 min tibbi maska hazırlaya biləcək müəssisənin qurulması və istehsala başlanılması ölkəmizin iqtisadi qüdrətinin əyani sübutudur. Onun sözlərinə görə, sevindirici haldır ki, maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur: “Bu gün ölkəmizdə yaradılmış şərait imkan verir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsal sahələrinin təşkilində çox qısa zamanda uğur qazanaq. Bu, həm də dövlətin özəl sektora qayğısının, dövlət və özəl sektorun tərəfdaşlığının, dövlətin özəl sektorun inkişafı istiqamətində atmış olduğu addımların məntiqi nəticəsidir.
Xatırlatmaq istərdim ki, Sumqayıt Kimya Sənaye Parkı da cənab Prezidentin təşəbbüsüylə yaranıb və burada məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması ilə bağlı olub.
Dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, insanlar xəstəliyə yoluxmasın, onların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür. Eyni zamanda, vətəndaşlar daha da məsuliyyətli olmalı və şəxsi gigiyenalarına fikir verməli, özlərini və yaxınlarını bu xəstəliyə yoluxmaqdan qorumalıdırlar”, - Adil Əliyev bildirib.
7-04-2020, 19:59
"Prezidentin bu addımları Azərbaycan xalqını sevindirir” - Tahir Kərimli
30-01-2020, 13:12
Ölüm saçan virus bütün ölkəni bürüdü, ölənlərin sayı kəskin artdı
23-01-2020, 16:04
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
11-01-2019, 13:54
Rufiz Qonaqov: Qoşulmama Hərəkatına sədrlik Azərbaycana öz həqiqətlərini dünyada daha geniş yaymaq üçün əlavə imkanlar verəcək
25-12-2018, 14:49
Əli Əhmədov: İnkişaf təkcə Bakı ilə məhdudlaşmır
1-12-2018, 13:13
“Qadına qarşı şiddətə son” şüarı ilə sosial aksiya keçirilib
Bugün, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
Bugün, 15:40
Bakıda qətl törədildi
Bugün, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
Bugün, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
Bugün, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
Bugün, 14:52
Süni intellekt oğruları
Dün, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
Dün, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
Dün, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi