“Qadına qarşı şiddətə son” şüarı ilə sosial aksiya keçirilib
Mədəniyyət
Oxunub: 414
1 Ara 2018 | 13:13
“Qadına qarşı şiddətə son” şüarı ilə sosial aksiya keçirilibDaxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyi, Liatris Holdinqin və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvü, sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına qarşı şiddətə son” şüarı ilə sosial aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qadın zorakılığı və ona qarşı mübarizə ilə bağlı videoçarx göstərilib.

Sonra tədbir iştirakçılarına qadın zorakılığının səbəbləri və ona qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, dünyada hər üç qadından biri fiziki zorakılığa məruz qalır. Cinsi zorakılığa məruz qalanların sayı isə daha çoxdur. Heç bir ölkədə qadınlar zorakılıqdan azad deyil. Bunun əsas səbəbləri kimi maddi vəziyyətin aşağı olması, narkotik və içki aludəçiliyi göstərilir. Dünya ictimaiyyətinin narahatlığına səbəb olan ən ağrılı problemə qarşı birgə addımların atılması üçün BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabr tarixini Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Təşkilata üzv olan Azərbaycanda da bu beynəlxalq günə, eləcə də bəşəriyyətin daim üzləşdiyi qadın zorakılığına qarşı müxtəlif tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qadınların ən böyük dəstəkçilərindən olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva çıxışlarında daim bu mövzuya yer ayırıblar.

Tədbirin təşəbbüskarı Ruhi Əliyeva çıxışında hər kəsi qadın zorakılığına son qoymağa səsləyib. O, qadına mərhəmət, nəvaziş göstərməyi alqışlayıb, zərif cinsin nümayəndələrinə qarşı istər fiziki, istərsə də psixoloji şiddəti kəskin qınayıb. R.Əliyeva hər kəsi bu önəmli mübarizədə fəal olmağa, zorakılığa məruz qalan qadınlara yardım əli uzatmağa səsləyib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Ramil Kazımov çıxışında bildirib ki, dünyada qadın zorakılığının qarşısını almaq üçün addımlar atılır. Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür, ölkəmiz beynəlxalq qurumlarla əməkdaşlıq edir. Qadına qarşı zorakılıqla hamı mübarizə aparmalı və şiddətə məruz qalanlara dəstək olmalıdır. Erkən və məcburi nikahlar yolverilməzdir. Bunların qarşısının alınması istiqamətində ölkəmizdə maarifləndirici tədbirlər həyata keçirilir. Sosial aksiya gənclərin bu istiqamətdə məlumatlanmasına öz töhfəsini verəcək.

Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək bildirib ki, qadın zorakılığına qarşı ciddi mübarizə aparılır. Ölkəmizdə aparılan sosial islahatlar bu istiqamətdə müsbət nəticələr verir. Sosial layihələrin təşkili insanların maarifləndirilməsinə kömək edir. Bu da ölkəmizdə belə halların azalmasına şərait yaradır.

Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən A.Əliyev bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsində mühüm addımların atıldığını vurğulayıb.

Sonra jurnalistlər arasında keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə birinci yerə AZƏRTAC-ın müxbiri Səxavət Quliyev layiq görülüb.

Daha sonra rəsm və videomüsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, sosial aksiyanın məqsədi şiddətə məruz qalmış qadınlara dəstək göstərmək, xanımlara əzm hissini aşılamaq, psixoloji durumunda müxtəlif pozuntular olan insanları, xüsusilə qadına şiddət göstərənləri, eləcə də gələcək nəsli maarifləndirməkdir.
28-11-2018, 13:24
Bakıda alimentdən boyun qaçıran 42 yaşlı qadın həbs olundu
26-11-2018, 12:44
DİN-in şöbə rəisi: "Bu il 112 qadın özünü öldürüb, onlardan 11 nəfəri azyaşlı qızlardır"
9-11-2018, 13:17
BMT rəsmisi dünyaya səsləndi:“ABŞ-ın sanksiyaları İran xalqına qarşı müharibədir, əhalinin qorunması üçün...“
8-11-2018, 15:12
Rəfiqəsini balta ilə hissələrə bölən qadına ağır cəza
6-11-2018, 17:02
Rəcəb Tayyib Ərdoğan: "ABŞ-ın İrana qarşı sanksiyaları dünya balansını pozur"
Bugün, 15:30
Körpə yeməkdən sonra qusub öldü
Bugün, 15:19
Bu peşələr demensiya riskini artırır
Bugün, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Bugün, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
Bugün, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
Bugün, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
Bugün, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
Bugün, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
Bugün, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu