Qarabağda gizlənən separatçı-cinayətkarları Bakıya necə gətirməli - AKTUAL
Gündəm / Siyasət
Oxunub: 114
22 Ock 2022 | 12:57
Qarabağda gizlənən separatçı-cinayətkarları Bakıya necə gətirməli - AKTUAL
Qarabağda Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənən separatçı tullantıları cəzasız qaldıqca özlərini daha həyasız aparırlar. Belə ki, bu günlərdə mifik qurumun mifik “xarici işlər naziri” David Babayan və komik “dövlət naziri” Artak Beqlaryan Minsk Qrupu və fransalı prezidentliyə namizəd Valeri Pekres haqda sərt açıqlama verən Azərbaycan Prezidentini təhqir ediblər.

Beqlaryan üstəlik, xam xəyallara dalaraq sayıqlayıb ki, “artsax” gec-tez müstəqil dövlət kimi tanınacaq. O, “peşəkar ordu”dan da dəm vurub, lakin hələlik “artsax ordusu”na çağırışların davam edəcəyini söyləyib. Separatçı başı Araik Arutunyan isə geydirmə “artsaxın özünü müdafiə naziri” Kamo Vardanyana “general-leytenant” rütbəsi verilməsi haqda saxta “sərəncam” imzalayıb.

Bəs Azərbaycan dövləti və onun başçısının ünvanına belə hədyanlar söyləməyə davam edən, qanunsuz “sərəncamlar” imzalayan bu cinayətkarları tutub necə Bakıya gətirməli? Bunun bir sonu olacaqmı? Bəlkə sülhməramlıların yeni komandanına və ya Rusiya rəhbərliyinə müraciət etmək lazımdır: Bunun faydası olarmı? Yaxud bəlkə zərgər dəqiqliyi ilə bir antiterror əməliyyatı keçirməyin vaxtı çatıb? Ümumiyyətlə, nə etməli? Çünki bu ünsürlər getdikcə daha da azğınlaşırlar. Əlavə edək ki, onların hər üçünü Azərbaycan beynəlxalq axtarışa verib. 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndinə əsasən isə qanunsuz silahlı dəstələr Rusiya sülhməramlıları ərazidə yerləşən kimi çıxarılmalı idi. Bəs, məsələnin həll yolu nədir?

DİA.AZ xəbər verir ki, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”ın suallarına cavabında bunları söylədi: “Separatçı qurum və onların tör-töküntüləri də başa düşürlər ki, ən çoxu kimlərinsə əlində vasitə və oyuncaq ola bilərlər. Çünki hazırda onların statusu quldur dəstəsindən və ya terror təşkilatlarından heç nə ilə fərqlənmir. Sual oluna bilər ki, onlar hansı vəsaitlə ordu saxlayırlar, idarəçi aparata malikdirlər, hansı sənaye potensialları var? Yaxud nə vaxta qədər öz havadarlarının maddi dəstəyi ilə yaşayacaqlar və ya daha doğrusu mövcud olacaqlar? Fransalı prezidentliyə namizəd Valeri Perkes və digərlərinin qanunsuz, daha doğrusu, qaçaq yolla gələrək, bir ovuc tör-töküntü ilə görüşməsi bunları hələ də hansısa xam xəyallarla yaşamağa ürəkləndirir. ”Peşəkar ordu" adı ilə regiona yenə də terror dəstələrini gətirməyə yönəlik meyllər artıb. Son vaxtlar Ermənistan da onlardan üz döndərib, diaspora ümumiyyətlə, az miqdarda maddi dəstək göstərsə də, heç bir perspektivə inanmır".

A.Nağıyevin sözlərinə görə, bu quldurlar hələ ki, sülhməramlı missiyanın arxasında gizlənərək müxtəlif ləyaqətsiz, şərəfsiz bəyanatlar səsləndirilər: “Bilirlər ki, ən yaxşı halda onların vasitəsilə qaça biləcəklər. Artıq yerli əhali də başa düşür ki, sonluq o qədər də uzaqda deyil: ya gizli yolla qaçmaq, ya da bir-bir məhv edilmək, eyni zamanda beynəlxalq hüquq müstəvisində mühakimə olmaq onların qisməti, son dayanacaqlarıdır. Məlumdur ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən Araik Arutunyana qarşı Cinayət Məcəlləsinin 15 maddəsi ilə cinayət işi qaldırılıb və axtarışdadır. Bu maddələrin ən ağır maddələr olduğunu o, özü də başa düşür və sonluğun çox acınacaqlı olacağını dərk edir. Sadəcə olaraq həm özü, həm də komandası bu gün Fransa və digər havadarların çətir altında gizlənirlər”.

Deputatın sözlərinə görə, tərəfimizdən istər antiterror, istərsə də digər əməliyyatların keçirilməsi mümkündür ki, bu cinayətkarların sonuna çıxaq: “Lakin hazırda əsas məsələ sərhədlərin tam bağlanması, yəni delimitasiya və demarkasiya prosesləri, Ermənistanı sülh sazişini imzalamağa məcbur etmək və ərazi bütövlüyümüzün tanınması, təbii ki, böyük qayıdışı həyata keçirməkdir. Zənnimcə, bu məsələlərin həlli Arutinyan və digərlərinin sonu deməkdir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, istənilən dövlət üçün nəzarət edə bilmədiyi ərazilərdə onun əleyhinə yönəlmiş hərəkətlərin, o cümlədən cinayətlərin qarşısını sivil yolla ala bilməsi adətən qeyri-mümkün olur: “Xankəndindəki separatçı rejimin 30 ildən çox mövcudluğu Azərbaycana qarşı ən böyük dövləti cinayətdir və onun liderlərinin zaman-zaman söylədiklərinə, verdikləri bəyanatlarına hüquq müstəvisində qarşılıq vermək imkan xaricindədir. Hətta, İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra nəinki rejim liderlərinin, Azərbaycan hərbiçilərinin postuna qumbara atan Norayr Mirzoyanın belə, Rusiya sülhməramlıları tərəfindən bizə təhvil verilməməsi bir daha sübut etdi ki, Rusiya dövləti öz nəzarətində saxladığı məlum ərazilərdəki cinayət törədənləri bizə verməyəcək. Azərbaycanın bu cinayətkarları beynəlxalq axtarışa verməsi formal xarakter daşıyır. Moskvanı ”su yolu"na döndərən bu cinayətkarlara qarşı bizim axtarış tədbirlərimiz nəzərə alınırmı? Yox. Sabah Araik Arutunyan Valeri Pekresin dəvətilə Parisə də getsə, eyni münasibəti görəcəyik".

İ.İsmayıl qeyd etdi ki, mövcud situasiyada vəziyyətdən iki çıxış yolu var: “Birincisi, Azərbaycan Xankəndi və ətrafına dövlət nəzarətini bərpa etmək üçün 10 noyabr üçtərəfli razılaşmasına əsasən, elə siyasət yürütməlidir ki, birinci beşillik müddət bitən kimi Xankəndində Azərbaycan bayrağını ucalda bilsin. Amma müharibədən sonra aparılan siyasət və mövcud vəziyyət göstərir ki, Rusiya Qarabağa qeyri-müəyyən müddətə gəldiyini de-fakto nümayiş etdirir. İkinci variant əməliyyat tədbiridir. Azərbaycan separatçı rejimin liderlərinin terrorçuluğunu sübut edən - bunun üçün kifayət qədər sübutlar mövcuddur - faktları bir daha elan edib, həmin şəxslərin harada olmağından asılı olmayaraq, zərərsizləşdirəcəyini bildirməlidir”.

Təhlükəsizlik eksperti konkret misallar da çəkdi: “Çeçenistanla müharibə bitəndən sonra Rusiya Federasiyasının qanunvericiliyinə belə bir maddə əlavə edildi ki, Rusiya əleyhinə terror törətmiş şəxslərin dünyanın harasında olmağından asılı olmayaraq, fiziki cəhətdən məhv edilməsi və ya digər yollarla zərərsizləşdirilməsinə icazə verilir. Çeçen liderlərin xarici ölkələrdə Rusiya tərəfindən öldürülməsi faktdır. Başqa bir misal: İsrail dövləti neçə illər keçməsinə baxmayaraq, İkinci Dünya müharibəsi zamanı yəhudilərin soyqırımında iştirak etmiş faşistlərin yerini xarici ölkədə müəyyənləşdirəndə həmin şəxs yaşadığı dövlət tərəfindən təhvil verilmədiyi halda belə, əməliyyat yolu ilə cinayətkarı İsrailə gətirib mühakimə ediblər. 1960-cı ildə MOSSAD hərbi cinayətkar Adolf Eyhmanı Argentinadan əməliyyat yolu ilə İsrailə gətirə bilmişdi”.

İ.İsmayıl qeyd etdi ki, Azərbaycan təhlükəsizlik qüvvələrinin bu tip əməliyyatları Xankəndində, o cümlədən başqa ölkənin ərazisində həyata keçirməsi tamamilə mümkündür: “Xankəndi probleminin həlli danışıqlar yolu ilə baş tutmadığı halda, bu tip əməliyyatların keçirilməsi zərurət olacaq və bir uğurlu əməliyyat profilaktik xarakter daşıyacaq”.

Politoloq İlyas Hüseynov isə bildirdi ki, əli dinc və günahsız azərbaycanlıların qanına batmış cinayətkarlar mütləq məhkəmə qarşısında cavab verməlidirlər: “Gəncə, Bərdə və Tərtər terrorunda fəaliyyəti qeydə alınan hər kəs qanunun aliliyinə tabe olmalıdır. Lakin Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının kölgəsində gizlənən separatçılar cəzasızlıqlarından istifadə edərək daha da ruhlanırlar. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın 4-cü bəndinə görə, Azərbaycan ərazisinə yerləşdirilən Rusiya sülhməramlıları ilə paralel olaraq Ermənistan silahlı qüvvələrinin bölmələri də Azərbaycan ərazisini tərk etməlidir. Əslində 4-cü bəndin tam şəkildə icra olunması regionda sülhün, təhlükəsizliyin və sabitliyin qarantı olmalı idi. Lakin hələ də 4-cü bəndin ikinci hissəsi icra olunmur. Buna görə də David Babayan, Artak Beqlaryan, Araik Arutunyan, Kamo Vardanyan kimilər cəzasızlıq şəraitində qanunsuz əməllərinə davam edirlər və mifik xəyallar qururlar”.

İ.Hüseynov qeyd etdi ki, fransalı prezidentliyə namizəd Valeri Pekresin onları ziyarət etməsi də onları lap ürəkləndirib: “Lakin onların tutulması ilə bağlı işlər davam etdirilməli, Rusiya sülhməramlılarının yeni komandanı ilə təmaslar kontekstində onların Bakıya gətirilməsi təşkil olunmalıdır. Rusiya rəhbərliyi ilə keçirilən danışıqlarla məsələnin kökündən həllini tələb etmək lazımdır. Çünki bu cür qanunsuz əməllər həm də gərginliyin artırılmasına xidmət edir. Vaxtilə Ermənistan rəhbərliyinin Azərbaycan ərazisinə qeyri-qanuni səfərləri, Cıdır düzündə yallı getməsi və saxta inauqurasiya mərasiminə qatılması Vətən müharibəsi ilə nəticələndi”.

Politoloq əlavə etdi ki, bu gün regionda yeni geosiyasi reallıqlar yaranıb: “Azərbaycanın qanunlarına tabe olmayan və beynəlxalq axtarışda olan şəxslərin məsuliyyətə cəlb olunmaması da eskalasiya risklərini çoxaldır. Regionda təhlükəsizliyin təmin olunmasına məsul olan Rusiya sülhməramlıları da bu amilə ciddi fikir verməlidirlər”.

Bu arada həm Fransadakı anti-Azərbaycan mövqeyin yenidən baş qaldırması, həm də Rusiya tərəfin qeyri-müəyyən davranışları, sülhməramlıların silahlı erməniləri görməzdən gəlməsi, həmçinin Xankəndi, Xocavənd, Ağdərə ərazisində, o cümlədən Laçında məskunlaşmış 28 min ermənini himayə etməsi separatçı-terrorçu qüvvələrin də yenidən revanşa cəhd etməsinə stimul yaratmaqdadır. Amma bu qüvvələr Azərbaycanın Qarabağın əsas hissəsini işğaldan azad etməsinə mane ola bilmədikləri kimi, heç şübhəsiz erməni canilərin cəzalandırılmasının da qarşısını kəsə bilməyəcəklər. Necə ki, dövlət başçımız son müsahibələrinin birində Laçın dəhlizinə nəzarətlə bağlı kifayət qədər ciddi mesajlar vermiş oldu. Bu həm də qarşı tərəfə düşünmək üçün sonuncu xəbərdarlıq sayıla bilər...
13-01-2022, 11:02
 “Bu gün Qarabağda dəlilər yaşayır…” – Lusine Qaraxanyan
10-11-2021, 12:22
Xankəndindəki separatçı “parlament”in növbəti təxribatçı bəyanatı və dünya gücləri... - NƏ BAŞ VERİR?
16-10-2021, 10:13
Yoxsa, cənab Putin “əhmədlərin hamısını” çağırıb ki, məsələni biryolluq həll etsin..? - NƏ BAŞ VERİR?
9-09-2021, 10:57
“Ya yeni müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək” - Separatçıların nümayəndəsi
3-09-2021, 10:18
Sülhməramlıların arxasında gizlənən separatçı ünsürlər... - təzədən ölkəmizə meydan oxumağa başlayıb
27-10-2020, 11:18
Separatçı rejimin "müdafiə naziri" ağır yaralanıb
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir
21-04-2024, 15:00
Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT
21-04-2024, 14:58
Ən çox qumar oynayan BÜRCLƏR
21-04-2024, 14:55
İki helikopter qəzaya uğradı: Yeddi nəfər itkin düşdü
21-04-2024, 14:52
13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı
21-04-2024, 14:51
Tayvanda güclü zəlzələ oldu
21-04-2024, 14:49
8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı
21-04-2024, 14:47
Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapıldı
21-04-2024, 14:45
Azərbaycanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA
19-04-2024, 14:28
İsrail İrana raket zərbəsi endirdi
19-04-2024, 14:20
Meksikada güclü zəlzələ