Xankəndindəki separatçı “parlament”in növbəti təxribatçı bəyanatı və dünya gücləri... - NƏ BAŞ VERİR?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 173
10 Kas 2021 | 12:22
Xankəndindəki separatçı “parlament”in növbəti təxribatçı bəyanatı və dünya gücləri... - NƏ BAŞ VERİR?

capar.info : - 30 ildən çoxdur ki, Xankəndində qondarılmış və 1 il öncəki 44 günlük savaşdan sonra da tör-töküntüləri Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentnin himayəsində Qarabağda sülənən separatçı-terrorçu rejimin qanunsuz “qanunverici orqanı” dünən – noyabrın 9-da növbəti iclasını keçirib.

Moderator.az xəbər verir ki, üzdəniraq iclasda separatçı “parlament” yekdilliklə “Artsax xalqının azad və müstəqil həyata danılmaz hüququ haqqında” bəyanatını qəbul edib.

Qanunsuz qurumun sədri Artur Tovmasyan öz çıxışında “Azərbaycan tərəfinin dinc əhaliyə qarşı yönəlmiş növbəti təxribat və cinayət əməlini pisləyib”, və həmişəki kimi 44 günlük savaşla bağlı Azərbaycan və Türkiyəyə qarşı məlum hədyanları çərənləyib.

Zəruri şərh:
Belə bir bəyanatın məhz Azərbaycanın Zəfər bayramını qeyd etdiyi gündə - noyabrın 8-də Şuşada bir erməninin ölümü, 3-nün yaralanmasıyla nəticələnmiş təxribatdan sonra verilməsi təsadüfi deyil. Nəzərə alsaq ki, həmin gün Şuşada Azərbaycan Prezidenti və 1-ci Vitse-prezidenti ilə yanaşı, Türkiyənin Müdafiə naziri də olub, digər tərəfdən, atəşkəsə dair 10 noyabr üçtərəfli razılaşmasının ildönümü ərəfəsi olması bunun erməni təbliğatı üçün hansı “kozır” olduğunu söyləməyə gərək yoxdur. Təəssüf ki, Azərbaycan XİN və MN-in bəyanatlarında Şuşadakı qətlin dolayısıyla “Azərbaycan ordusu tərəfindən törədilməsi” etiraf edilir və bunun təxribat olduğu ətraflı və əsaslı şəkildə izah edilmir. Bunun ardınca isə noyabrın 9-da Rusiya MN-in rəsmi saytında sözügedən insidentin “Azərbaycan ordusu tərəfindən törədilməsini” təsdiqləyir...
Belə bir vəziyyətdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə bürosu “Dağlıq Qarabağda Şuşa yaxınlığında mülki vətəndaşın qətlini pisləməsi” haqda bəyanat verir...
Xankəndindəki üzdəniraq bəyanat həm də ABŞ və Avropa ölkələrinin, xüsusən də Fransanın dövlət qurumlarının Azərbaycan dövlətindən Qarabağdakı ermənilərə “status” verilməsi tələbi və bu məqsədlə ATƏT-in Minsk qrupunun dirçəldilməsi cəhdlərinin olduğu, eyni zamanda Moskvada gözlənilən ölkə rəhbərləri səviyyəsində üçtərəfli görüşün baş tutmadığı bir şəraitdə verilir...
Həmçinin bu ərəfədə qəsbkar Ermənistanın Müdafiə naziri Arşak Karapteyanın Azərbaycanın Qarabağ torpaqlarına səfəri, onun oradakı qanunsuz erməni hərbi hissələrini və onların səngərlərdəki mövqelərini ziyarət etməsi, işğalçı hərbçiləri mükafatlandırması və bunun xarici mediada da tirajlanması ermənilərin Qarabağa iddialarının nə qədər ciddi olduğunun dünyaya çatdırılması məqsədi daşıyır...
Bütün deyilənlər göstərir ki, 44 günlük savaşdakı böyük uğurlarımıza rəğmən Qarabağ məsələsində Azərbaycana qarşı ciddi cəbhə ilə oradakı və Ermənistandakı ermənilərdən daha çox Minsk Qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa da daxil olmaqla super xarici güclər çıxış edir. Və onlar hər vəchlə öz maraqları təmin olunmayınca tərəflər arasında sülh sazişinin imzalanmasına mane olurlar. Odur ki, müvafiq qurumlarımız sayıqlığını itirməməli, xüsusən düşmənlərimiz tərəfindən Qarabağda və Ermənistanla sərhəddə ordumuza qarşı təxribatların törədilməsi mexanizmi ciddi araşdırılmalı, günahkarlar cəzalandırılmaı və növbəti təxribatların, böhtanların qarşısı mümkün qədər alınmalıdır...
27-09-2021, 15:55
Ermənilər Ağdərə ətrafında partlayış səsləri eşidilməsini belə izah etdi... - Həmin ərazidəki erməni postları öz yerindədir?..
3-09-2021, 10:18
Sülhməramlıların arxasında gizlənən separatçı ünsürlər... - təzədən ölkəmizə meydan oxumağa başlayıb
26-08-2021, 14:17
Separatçı rejimin seçki OYUNU - "Sülhməramlıların qarşısında tələb qoymalıdır ki,.."
4-11-2020, 09:46
Separatçı rejimin bəzi "vəzifə"li şəxsləri işdən qovuldu
27-10-2020, 11:18
Separatçı rejimin "müdafiə naziri" ağır yaralanıb
5-10-2020, 13:21
Ermənilərin Şuşada "andiçmə mərasimi" keçirdiyi bina darmadağın edildi
Bugün, 20:30
Hansı yazıçı daha çox kitab yazıb? 4000-ə yaxın roman
Bugün, 20:17
Bakıda evdən meyit tapıldı
Bugün, 20:13
Dünyada ən təhlükəli nəqliyyat növü budur
Bugün, 20:11
Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər
Bugün, 20:09
Braziliyalı ulduzdan depressiya və intihar etirafı
Bugün, 20:07
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
Bugün, 20:03
"Milan" "Boka Xuniors"un futbolçusunu alacaq
Bugün, 20:01
Qan damarlarının divarlarını məhv edən məhsullar
Bugün, 19:56
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
Bugün, 19:54
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
Bugün, 19:52
Əməkdar artist 27 ildir qardaşı oğlunu axtarır
Bugün, 19:49
Keçmiş nazir Namiq Abbasov VƏFAT ETDİ
Dün, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
Dün, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
Dün, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
Dün, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
Dün, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
Dün, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
Dün, 17:10
Abşeronda QƏZA: Ölən var
Dün, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
Dün, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
Dün, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu