Sülhməramlıların arxasında gizlənən separatçı ünsürlər... - təzədən ölkəmizə meydan oxumağa başlayıb
Gündəm / Siyasət / Hadisə
Oxunub: 183
3 Eyl 2021 | 10:18
Sülhməramlıların arxasında gizlənən separatçı ünsürlər... - təzədən ölkəmizə meydan oxumağa başlayıb

capar.info : - Xankəndində separatçı elementlərin miskin qalıqları və onların başında duranlar - Azərbaycan həbsxanalarının darıxdığı avantüristlər, həmçinin İrəvandan Qarabağa “arxa qapı”dan soxulmuş radikal-revanşist elementlər, daşnak-terrorçular mifik “müstəqllik günü” ilə bağlı növbəti təxribatçı hərəkətlərə yol veriblər. Dünən və srağagün Azərbaycan dövlətinə, onun ərazi bütövlüyü və suverenliyinə qarşı hədyanlar və bəyanatlar səslənib.

İndi bir daha qənaət hasil olur ki, Qarabağdakı terror yuvasında sonuncu erməni ram edilməyincə, bu cür demarşlar davam edəcək. Xarici havadarlarına güvənən Ermənistanla Azərbaycan arasında böyük sülh sazişi əlçatmaz olaraq qalacaq. Bu da növbəti “isti” faktlar.

*****

“Ermənistan dəfələrlə ən yüksək səviyyədə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesini məlum prinsiplər, yəni güc tətbiq etməmək və ya güc təhdidi olmadan, bərabərlik və öz müqəddəratı müəyyən eləmək əsasında bərpa etməyə hazırdır. 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra ATƏT-in Minsk Qrupu həmsədrləri bir sıra bəyanatlar verdilər (ermənipərəst bəyanatlar nəzərdə tutulur - red.) Ermənistan tərəfi bu bəyanatları bölgədə sülh üçün yol xəritəsi olaraq alqışlayır”.

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Ermənistan XİN-in başçısı Ararat Mirzəyan İrəvanda söyləyib.

“Erməni tərəfi ardıcıl olaraq «artsax» xalqının öz müqəddəratını təyinetmə hüququnun, öz vətənində sərbəst və ləyaqətlə yaşamaq hüququnun həyata keçirilməsinə ardıcıl şəkildə dəstək verməyə davam edəcək”. Bunu da Mirzəyan söyləyib.

Eyni təxribatçı fikirlər dünən Ermənistan XİN-in qondarma “artxasın müstəqillik günü” ilə bağlı yaydığı bəyanatda, baş nazir Nikol Paşinyanın və prezident Armen Sərkisyanın müraciətlərində yer alıb.

Göründüyü kimi, Ermənistan işğalçı ordusu darmadağın olunandan sonra da Azərbaycan torpaqlarında ikinci saxta erməni dövləti yaradılması ideyasına dövlət səviyyəsində dəstək verməkdədir və bundan imtina eləməyə əsla hazırlaşmır.

*****

Öz növbəsində Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan srağagün İrəvanda erməni-alman turizm forumunun açılışı ərəfəsindəki çıxışında özündənrazı şəkildə iddia edib ki, “Bakının hərəkətlərindən asılı olmayaraq, Sünikdə (Zəngəzurda - red.) və Qarabağda turizm inkişaf etdiriləcək”.

“Azərbaycanın hərəkətlərindən və bəyanatlarından asılı olmayaraq, Sünik (Zəngəzur - red.) və Qarabağ Ermənistanın qonaqları üçün erməni turizm məkanları olaraq qalır” - Korobyan bildirib.

Ermənistan İqtisadiyyat Nazirliyinin Dövlət Turizm Komitəsi sədrinin müavini Alfred Koçəryan da nazirdən geri qalmayaraq, özündənrazı şəkildə deyib: “Qarabağa gəlincə, Ermənistan və Rusiyadan olmayan turistlərin girişində müəyyən çətinliklər var (Bakının icazəsi məsələsi nəzərdə tutulur - red.) Buna rəğmən, siyasi nizamlanma irəlilədikcə bu məsələlər həllini tapacaq və Qarabağ əvvəlki kimi erməni turist paketlərində qalacaq”.

*****

Azərbaycan və Türkiyəyə münasibətdə guya mötədil siyasətə üstünlük verən Paşinyan hökumətinə daxil olan şəxslərin, o sırada, erməni baş diplomatının, Ermənistan XİN-in radikal mövqeyi belədir. Görün, Ermənistan parlamentində müxalif “Mənim şərəfim” fraksiyasının rəhbəri, Nikol Paşinyanın qatı opponentlərindən olan Artur Vanetsyan srağagün Xankəndində, qondarma “Artsax parlamenti”ndəki (!!) çıxışında nə çərənləyib?

Sitat: “Fəlakətli müharibədən və çoxsaylı itkilərdən sonra bizim iki dövlətimizin (?! - red.) üzləşdiyi çoxsaylı təhdidlər şəraitində bu günün (saxta ”müstəqillik" gününün - red.) xüsusi mənası və əhəmiyyəti var və bu məna «artsax»la birliyimizdədir. Məhz «artsax»da xalqımızın layiqli bir millət, dövlətçilik daşıyıcısı olaraq gələcəyinə qərar verilir və veriləcək. Biz «artsax» məsələsinin həllinə, «artsax»ın öz müqəddəratını təyin etməsinin və müstəqil dövlət statusunun beynəlxalq səviyyədə tanınmasına hər cür dəstək verəcəyik. Bunun alternativi ola bilməz".

*****

Beləcə, ermənilər Bakının humanistlik göstərərək, icazə verdiyi Laçın dəhlizindən 10 aydır gen-bol, sui-istifadə edərək ölkəmizə qarşı yeni çirkin, məkrli, xəbis planlar qururlar. Ayrı sözlə, bu, təkcə radikal müxalifətçi Artur Vanetsyanın mövqeyi deyil. Yuxarıdakı sitatlardan aydın göründüyü kimi, Paşinyan hökuməti də aşağı-yuxarı, eyni mövqedədir. XİN rəhbəri Mirzəyanın az öncə Moskvada, ardınca isə İrəvandakı son sarsaq açıqlamaları buna şəkk-şübhə saxlamır.

Yəni Ermənistanda dövlət, müxalifət və cəmiyyət səviyyəsində ölkəmizə qarşı irəli sürülən ərazi iddiası nəinki öz aktuallığını itirməyib, hətta kapitulyasiyadan sonra yeni və daha həyasız miqyas alıb. Bu isə Vətən müharibəsinin 1-ci ildönümünə (27 sentyabr) sayılı həftələr qaldığı ərəfədə yeni müharibəyə çağırış deməkdir. Deyəsən, ermənilər dövlət, müxalifət və cəmiyyət olaraq, 44 günlük müharibədə aldıqları “Dəmir yumruğ”un ağır zərbəsini unudublar və yenə qaşınırlar. O zaman təkrarına hazır olsunlar.

Azərbaycan paralel surətdə beynəlxalq məhkəmələrdə Ermənistana qarşı böyük təzminat davası açmağı tezləşdirməlidir. Bununla həm işğal faktını, erməni vəhşiliklərini beynəlxalq gündəmə qaytarmış olarıq, ermənilərin və onların havadarlarının status iddialarını daha mənasız hala gətirərik, həm də revanşist, ağılsız və qaynar erməni başları üçün soyuq duş effekti yaradarıq...
“Yeni Müsavat”
3-09-2021, 10:42
30 illik “xəyalın sonu”: Xankəndində matəm, Şuşada çal-çağır... - GƏLİŞMƏ
26-08-2021, 14:17
Separatçı rejimin seçki OYUNU - "Sülhməramlıların qarşısında tələb qoymalıdır ki,.."
21-04-2021, 10:04
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
30-10-2020, 16:08
“Azərbaycan Ordusu Şuşa qala divarlarının yaxınlığındadır” - Erməni general
27-10-2020, 11:18
Separatçı rejimin "müdafiə naziri" ağır yaralanıb
26-10-2020, 10:12
Ermənistan Dağlıq Qarabağa gətirdiyi PKK terrorçularına Azərbaycanın hərbi formasını geyindirir
Dün, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
Dün, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
Dün, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
Dün, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
Dün, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
Dün, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
Dün, 17:10
Abşeronda QƏZA: Ölən var
Dün, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
Dün, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
Dün, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu
25-03-2024, 13:36
25 mart iki bürc üçün xüsusi gündür: Uğur gətirəcək
23-03-2024, 13:04
Prezident İlham Əliyev Putinə başsağlığı verdi
23-03-2024, 13:01
Bu ölkə dizel və benzinin qiymətini artırdı
23-03-2024, 12:59
İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı
23-03-2024, 12:56
Kanaldan naməlum kişi meyiti tapıldı
23-03-2024, 12:54
Məktəbli avtobusu ilə betonqarışdıran toqquşub, ölənlər var
23-03-2024, 12:51
Keşiş qızının sevgilisi üçün killer tutdu
23-03-2024, 12:48
Martda 40 dərəcə şaxta XƏBƏRDARLIĞI
23-03-2024, 12:46
Qubada Türkmənistan vətəndaşı qazdan boğuldu
23-03-2024, 12:44
Prezident İlham Əliyev Putinə başsağlığı verdi
23-03-2024, 12:42
Moskvada terror törədən 4 nəfər tutuldu
20-03-2024, 13:39
BMW piyada keçidində piyadaları vurdu