"Qadın mütləq özünə baxmalıdır ki, ətrafdakılar ondan zövq alsın
Gündəm / Siyasət / Hadisə
Oxunub: 6
12 Ekm 2021 | 10:53
"Qadın mütləq özünə baxmalıdır ki, ətrafdakılar ondan zövq alsın

Capar.info : - Gülüşsüz simalar, səssiz baxışlar... Son illər yəqin siz də küçələrdə belə simaları görməyə adətkar olmusuz. Qaşqabaqlı, fikirli halda sanki hər gün harasa tələsirlər. Sanki gülməyi belə unudublar. Axı niyə insanlar gülümsəyərək ətrafdakılara pozitiv enerji verməyi yaddan çıxarıblar, yaxud da özlərini buna məcbur etmək də istəmirlər?
Bunun kökündə sosial problemlər, qayğıların çox olması dayansa da, bütün çətinliklərə rəğmən həyatda gülümsəyərək mübarizə aparanlar da var. Elə Sputnik Azərbaycan-ın həmsöhbəti Nuranə Hüseynova (şərti ad) kimi. Ona 45-dən artıq yaş vermək mümkün olmasa da, qəhrəmanımızın 61 yaşı var. Bəzi milli, mental "dəyərlər" üzündən cavanlığı, gəncliyi hədər gedib. Amma bununla belə o gülümsəməyi, ətrafındakılara xoş təbəssüm bəxş etməyi unutmur. Ayaqda durmağı bacarıb, həyatla mübarizə aparıb.
11 ildir ki, İçəri Şəhərdə Filarmoniya Bağında çalışan xanım qəhrəmanımız bizim kimi yolunu bu bağdan salan hər kəsin sevimlisinə çevrilir. Bir gülüş, bir təbəssüm, isti münasibət də bizi ayaq saxlayaraq həmsöhbət olmağa vadar etdi.
O bizə əvvəlcə gündəlik iş rejimindən danışır. Deyir ki, bu işi görməkdən çox böyük zövq alır:
"İşim səhər yeddidə başlayır, axşam saat beşədək burdayam. Burada özümü çox xoşbəxt hiss edirəm, təbiətin vurğunuyam, o mənə bir başqa rahatlıq, sakitlik bəxş edir. Bu işdən bezmirəm".

Alın təri ilə çörəyini qazanan qəhrəmanımızı ən çox məyus edən isə bəzi şəxslərin laqeyd münasibətidir:
"Bir insan təbiətə, ətraf mühitə qarşı necə bu qədər laqeyd yanaşa bilər? Necə hər kəsin keçdiyi küçələri tüpürcəklə doldura bilər? Yaxud da necə qarşısından gələn şəxsin qarşısına tüpürə bilər? Küçələri təmizlədiyimizi görüb zibilləyənlər də var, yerə tüpürənlər də var, amma sağ olsunlar, görüb əməyimizi qiymətləndirənlər "əllərinizə sağlıq, bu küçələri necə çiçək kimi etmisiz" deyənlər də var. Hər kəslə hörmətlə davranıram, istəyirəm ki, bu münasibət qarşılıqlı olsun".

Qəhrəmanımız başına gələn maraqlı bir hadisəni nəql edir:
"Bir dəfə yanımdan bir boylu-buxunlu kişi keçirdi. Öz-özümə dedim ki, necə də yaraşıqlıdır. Amma bir neçə dəqiqədən sonra bütün fikirlərim alt-üst oldu. Üz-üzə gəlirdik, o yaxınlaşanda lap qabağıma tüpürdü. Ondan bir qədər uzaqlaşandan sonra geri döndüm, ürəyim partlayırdı ki, içimdəkini deyə bilim. Yaxınlaşıb dedim ki, vücudunuz, simanız gözəldir, gözəl şəxsiyyətə bənzəyirsiz, bəs nə üçün yerə tüpürdünüz? Dedim, bəlkə süpürgəçi olduğum üçün düz qabağımda tüpürdünüz? Həmin adam çox üzrxahlıq etdi, dedi ki, siz bu yaşda mənə mədəniyyət öyrətdiniz, tərbiyə verdiniz".

Müsahibimiz söhbətcil xanımdır, aramla dərdi olan hər kəsi dinləyir:
"Bəzən ayaq saxlayıb mənimlə söhbət edən şəxslərə qulaq yoldaşı olur, dərd-sərlərini dinləyirəm. Bəzən onlaırın dərdlərini dinləyəndə öz dərdim yadımdan çıxır. Bəzi insanların taleyinə çox acıyıram".

Övlad acısı yaşayan qəhrəmanımızın oğlu 7 ildir ki, həbsxanadadır:
"Dörd övladım var, hamısı böyükdür, onlar deyir ki, işləmə. Amma mən oğluma görə işləyirəm. Dərdim çoxdur qızım... Səbrsizliklə övladımın yolunu gözləyirəm. Ana olmaq belədir, çox çətindir. Yaşamaq istəyirəm, övladlarıma kömək etmək istəyirəm. Ruhən cavanam, 61 yaşım olacaq, amma elə bilirəm ki, 41 yaşım var. Yaşlanıram deyə düşünsəydim, çoxdan ölərdim. İnsanın gərək ki, ruhu gənc ola".

Neft-kimya ixtisası üzrə texnikum təhsili alan Nuranə xanımın başı sonradan övladlarına qarışdığı üçün bu peşənin arxasınca gedə bilməyib. Buna baxmayaraq övladları ana çörəyi ilə böyüyüb, min bir əziyyətlə çalışaraq onların qarnını doyurub, gələcəklərini təmin edib:
"Həyat yoldaşım sağdır... Amma sağ olmasaydı, ondan yaxşı idi. Mənə bir cavanlıq, həyat yaşatmadı. İçib gələrək məni döydü, söydü, beləcə gəncliyim, cavanlığım hədər getdi. Min bir zülmlə balalarımı böyütmüşəm. Amma bununla belə o cür adamla birgə yaşamağa dözmüşəm. Nə edərdim ki? İstəmirdim ki, övladlarıma yetim desinlər. İndiki gəlinlər heç nəyə dözmür, tez boşanır. Baxırdım sağ-soluma, qaynanam-qaynatam, anam-atam... Yetim saxlamaqdan da qorxurdum".

Övladlarını min bir əziyyətlə böyütsə də, onlardan gileyli deyil. Gəlinlərini isə daha çox sevir:
"Çox gözəl gəlinlərim var. Həyatda hərə bir şeylə fəxr edir, mən də gəlinlərimlə fəxr edirəm. Gözəl gəlinlərim və bir də təbiət məni yaşadır. Həmişə gəlinlərimə deyirəm ki, hərdən zəif, hərdən də gözəl döyünən bu ürəyim sizlərə qurban olsun".

N.hüseynova xanımlara məsləhət görür ki, ailə qurarkən qarşı tərəfin valideynlərini də yaxından tanısınlar:
"İstəmərəm ki, oğlum gəlinimə bir kəlmə acı söz desin, onu döysün. Çünki mən o günləri çox yaşamışam, cavanlığım elə hədər gedib. Düşünürəm ki, yeni qurulan ailədə valideynin rolu çox önəmlidir. Yoldaşım məni döyürdü, anam gilə gedirdim, onlar isə deyirdi ki, cəhənnəm ol ər evinə qayıt, necə gəlmisənsə, eləcə də get. Anam deyirdi ki, mən artıq səni qəbul edə bilmərəm. Beləcə biz dil tapmağa çalışırdıq".

Amma dil tapmağa çalışırıq dediyi, yola verdiyi bu həyatda cavanlığı, gəncliyi sadəcə olaraq döyülərək keçib. Bəs, özünüz bir ana olaraq qızınıza bu cür davranardınızmı, sualına cavab olaraq həmsöhbətimiz deyir ki, öz anasının təcrübəsindədn yararlanardı:
"Qızımın yoldaşı səviyyəli adamdır. Amma qızımın da taleyi mənimki kimi olardısa belə, deyərdim ki, ərinin dilini tap, birgə yaşa. Amma indiki qızlar dözümlü deyillər. Qətllərə pis baxıram. Bəlkə də mənim də yoldaşım başımı kəsərdi, amma o hər zaman nə desə, baş üstə demişəm. Mən hələ indi şalvar geyirəm, həyat yoldaşım bunadək şalvar geyinməyimə qarşı olub. Oğlum dedi ki, anaya soyuqdur, qoy şalvar geyinsin, bundan sonra mən şalvar geyindim. Oğlum da gəlinimi harasa tək getməyə qoymur. Hərənin bir cür xasiyyəti var, sadəcə dil tapıb yaşamaq lazımdır. Bunun üçün qadında iradə lazımdır, hər xırda şeydən boşanmazlar. Övladları yiyəsiz böyütmək olmaz axı".

Elə nəql etdiyi bir hadisə də bunu deməyə əsas verir ki, bəzən dil tapmağa çalışmaq da mənasız olur. Vaxtında lazımi addımın atılmaması bədbəxt sonluqla nəticələnə bilər. Həmsöhbətimizin bacısı qızı məişət zorakılığının qurbanı olaraq qətlə yetirilib. Səbəb isə milli mentalitetdə olan "tabu"lar olub:
"Bacım qızı gözəllik salonunda işləyirdi, 37 yaşı tamam olacaqdı, əri iş yerinə gələrək onu öldürdü. Əri əyyaş, narkoman idi. Qız nə qədər ata evinə qayıtsa da, valideynləri deyirdi ki, get ərinin yanına, kəndçiyik, ellimizdir, uşaqlarınız var. Ana öldü, uşaqların atasının isə həbsxanada ürəyi partlayaraq öldü, 3 gözəl bala yetim qaldı. Onların ən böyük övladlarının 18 yaşı var, indi bacım o uşaqlara baxır".

O, çalışdığı "Bakı Abadlıq" şirkətindən də razılığını bildirir:
"Şirkətin rəhbəri Bünyat müəllim məni hər dəfə görəndə xüsusi ədəb-ərkanla salam verir, hal-əhval tutur, "yorulmayasız", deyir. Bu cür davranış həqiqətən də müsbət emosiya bəxş edir".

Həmsöhbətimiz deyir ki, qadın peşəsindən, gördüyü işdən, evdar xanım olub-olmamasından asılı olmayaraq baxımlı olmalıdır:
"Nə olsun ki, süpürgəçiyəm, dırnaqlarım hər zaman laklı olub, saçım hər zaman formada olub. Yaşından asılı olmayaraq qadın mütləq özünə baxmalıdır. Süpürgəm, xəkəndazım, süpürdüyüm zibildən asılı olmayaraq hər zaman səliqəli görünməyə çalışmışam. Hər zaman qadının yanında duran şəxs ondan zövq almalıdır".

Aylıq maaşı 600 manat olan qəhərmanızın qida borusunda problem var:
"Şirkətin rəhbəri Bünyat müəllim məni hər dəfə görəndə xüsusi ədəb-ərkanla salam verir, hal-əhval tutur, "yorulmayasız", deyir. Bu cür davranış həqiqətən də müsbət emosiya bəxş edir"."Qida borumda darlıq olduğundan gəlinim hər şeyi üyüdüb verir, elə yeyirəm. Kasıb adamıq, aldığımız maaşı qarnımıza xərcləyirik. Səkkiz min manatlıq əməliyyatdır, bu əməliyyat üçün maddi gücümüz çatmır. Nə qədər maaş alsam da, nə kommunal xərclərə, nə də ki, yeməyə yetir. Amma maddiyyat boş şeydir, əsas can sağlığıdır".
11-08-2021, 10:47
Müvəqqəti həzzin qurbanı olanlar - narkotik artıq onun bütün həyatını alt-üst edib
25-08-2020, 11:53
"Rəhbərin mənəvi haqqı olmalıdır ki..." - İlham Əliyev
8-07-2020, 12:16
İlham Əliyev: “Heç kimin Aprel döyüşləri yadından çıxmasın”
9-06-2020, 16:49
İnsanlar koronavirusa yoluxduğunu niyə gizlədir? - ŞOK SƏBƏBLƏR
11-05-2020, 16:36
Karantinin yumşalmasından sonra insanlar işə niyə uyğunlaşa bilmirlər? – Psixoloq AÇIQLADI
29-01-2020, 15:13
Qadının kişi ilə münasibətinə artıq çəkinin İNANMAYACAĞINIZ TƏSİRİ - 12 mühüm məqam
Dün, 23:03
Bakı Bütöv Azərbaycan ideyasını tətikləyə bilərmi? - AKTUAL
Dün, 22:44
1-ci sinif şagirdi koronavirusdan öldü - Bakıda ŞOK HADİSƏ
Dün, 22:42
Keçmiş nazir raketlərdən nə qədər “otkat” alıb?
Dün, 10:31
Həkim uşaqlarla bağlı iddianı təkzib etdi: - "Olsaydı, məlumatım olardı”
Dün, 10:24
İran İlham Əliyevə cavab verdi, əks-cavabını isə Hindistandan aldı: - Dehli də İranla tranzit əlaqələrini dayandırdı
Dün, 10:13
Yoxsa, cənab Putin “əhmədlərin hamısını” çağırıb ki, məsələni biryolluq həll etsin..? - NƏ BAŞ VERİR?
15-10-2021, 11:51
Zaxarovanın dili ilə Rusiya təxribatları: axmaqlıq, ya düşnülmüş siyasət? - NƏ BAŞ VERİR?
15-10-2021, 11:45
Rus və erməni mediasından ABSURD İDDİA - “Xocavənddə bir rus əsgəri öldürülüb, biri isə yaralanıb”
15-10-2021, 11:21
"İran Azərbaycanla heç məhdud toqquşmaya da cəsarət etməz..." - SINIQ-SALXAQ ORDU İLƏ TƏHDİDLƏR İŞƏ YARAMIR
15-10-2021, 11:17
İLGİNC: Dünən gecə Qarabağda nə baş verib? - TƏFƏRRÜAT Tarix: Bu gün, 10:09 | Çap et
15-10-2021, 10:46
MTN generalının yeni cinayətləri: Bir ailə məhv edildi... - İLGİNC FAKTLAR
15-10-2021, 10:39
DEPUTAT ÖZÜNÜ FİRON SAYIR - FOTOFAKT
15-10-2021, 10:33
Bəlkə o sülhməramlı dəbilqəsini başına qoyan İvan deyil, Arturdur? - HƏQİQƏTƏN DƏ...
15-10-2021, 10:29
Başçı sarıdan bəxti gətirməyən YASAMAL... - NARAZILIQ!
15-10-2021, 10:22
“Rusiya hakimiyyəti ermənilərin Qarabağdan köçündən çox narahatdır...” - Ermənistan KİV
15-10-2021, 10:04
Hamilə arvadını 18 bıçaq zərbəsi ilə öldürdü, həbs cəzası verilmədi - MƏHKƏMƏ
15-10-2021, 09:52
Nazirlik “Sovetski”də vətəndaşın 2 mərtəbəli evini “yoxa çıxarıb” - Belə də olurmuş... Tarix: Bu gün, 08:37 | Çap et
15-10-2021, 09:18
Putinin Cənubi Qafqaz təlaşı: “ayıq-sayıq olun” xəbərdarlığının izi ilə - NƏ BAŞ VERİR?
14-10-2021, 16:17
Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO
14-10-2021, 15:26
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsi təxirə salınıb
14-10-2021, 15:22
“Saxlanılan iranlı sürücülərin qaranlıq işləri ilə bağlı dəqiq bilgilər veriləcək” - deputat
14-10-2021, 15:18
“MTN əməkdaşları məndən 315 min dollar aldılar” - Polkovnik
14-10-2021, 15:13
Pasport varsa, dərs də var: - Neçə tələbə universitetlərə buraxılmır?
14-10-2021, 15:05
Azərbaycan tarixi qərar ərəfəsində: Bunu İran istədi - GƏLİŞMƏ
14-10-2021, 14:35
“Nə Paşinyan, nə də Rusiya Qarabağda gərginlik istəmir” – Bəs atəşkəs niyə pozulur?
14-10-2021, 14:30
İranın qlobal qorxusu, İrəvanın qlobal səhvi - TƏHLİL
14-10-2021, 14:23
Şeyx yerinə oğlunu hazırlayır? - İDDİA
14-10-2021, 14:18
Ermənistan müharibə cinayətlərinə görə mütləq mühakimə olunmalıdır - ÇAĞIRIŞ
14-10-2021, 14:15
AZƏRBAYCANDA İRAN BAZARLARI – Siyasi qarşıdurma fonunda ticarət necə gedir?
14-10-2021, 14:07
Texniki Universitetin REKTOR BƏLASI... - Bəxti gətirmir ki, gətirmir...
14-10-2021, 13:46
Milli Məclis xeyriyyəçiliklə bağlı sənəd HAZIRLAYIR
14-10-2021, 13:42
"Kafedralarda yeniliyi qəbul etməyən diktator professorlar oturub" - ETİRAZ
14-10-2021, 13:30
Deputatlar nəyi və kimi oxuyur? - SORĞU
14-10-2021, 11:52
Bakıda “Zəfər” Yarmarkası keçiriləcək - VİDEO
14-10-2021, 11:49
Yumurta bahalaşdısa, narahat olmağa dəyər? - Bazarımızın "indikatoru"
14-10-2021, 11:34
Bələdiyyədə işləyən qadını əri öldürdü: "Maşında tutdum..." - TƏFƏRRÜAT
14-10-2021, 10:43
"“YAŞAT” Fondundan yararlana bilmirik, deyirlər, siz varis sayılmırsız" - GİLEY
14-10-2021, 10:37
7 marşrut xəttinə sahib şirkətin adı daha bir ölüm hadisəsində keçir
14-10-2021, 10:32
Ağır xəstəliyi üzə çıxan Şeyx Əbdül DANIŞDI - “Canımla əlləşirəm, heç kəs inciməsin”