Müvəqqəti həzzin qurbanı olanlar - narkotik artıq onun bütün həyatını alt-üst edib
Gündəm / Sosial / Cəmiyyət
Oxunub: 287
11 Ağu 2021 | 10:47
Müvəqqəti həzzin qurbanı olanlar - narkotik artıq onun bütün həyatını alt-üst edib

capar.info: - Onları ani həzzin qurbanları da adlandırmaq olar. Düşüncəsizlik, mənən boşluq, təklik, özünəqapanma, özünü cəmiyyətə yad hissetmə, özünüifadədə problem yaşayanlar, yaşamaq üçün heç bir məna tapa bilməyənlərin getdiyi yoldur bu yol. Bir çoxları üçün geriyə dönüşün olmadığı bir yoldur bu yol. Söhbət "ağ ölüm" adlandırdığımız narkotiklərdən gedir.

Sputnik Azərbaycan "Narkotikə yox deyək!" şüarı ilə yola çıxıb daha bir "qəhrəman"ın acı dolu həyat hekayəsini dinlədi.

Mərdəkanda yerləşən "Həyat Naminə" reabilitasiya mərkəzinin 22 pasiyentindən biri olan 50 yaşlı Fərhad Sadiq 17 yaşından bu bəlaya düçar olub. Artıq 33 ildir ki, narkotik isitfadəçisi olan F.Sadıq deyir ki, yaşadığı əzablı həyat onu bu yola atıb. Uşaqlıqdan atasız böyüyən həmsöhbətimiz ana qayğısından erkən məhrum olub.
"Anam ruhi xəstə idi. 9 yaşımda atam dünyasını dəyişdiyindən ailəni saxlamaq üçün elə uşaq ikən işləməyə başladım, pul qazanırdım. Ailəni saxlamaq üçün demək olar bütün ağır işlərdə işləmişəm. Amma nə olsun, cəmiyyət məni ağ günə çıxmağa qoymadı", - deyə F.Sadiq bildirir.
Azərbaycan Dövlət Neft Akademiyasını bitirən Fərhad Sadiq deyir ki, həyat, cəmiyyət ona ayağa qalxmağa imkan verməyib. Ayağa qalxmaq istəyəndə hər dəfə arxadan vuranlar olub.

"Narkotiki tərgidib normal həyata qayıdanda da məni incidiblər, narkoman olduğumu bilib işdən uzaqlaşdırıblar. Artıq onda başa düşürdüm ki, mən bu cəmiyyət üçün yararsızam. O vaxt 43 yaşım var idi, kursda rus dili müəllimi işləyirdim. Ətrafıma baxırdım ki, bütün müəllimlər normaldır. Çalışırdım ki, mən də onlar kimi olum. Nəticə nə oldu? Narkotiki tərgitmək istəyirdim ki, gördüm tələbələrim azaldı, direktor mənim üçün müxtəlif maneələr yaradırdı. Bir sözlə, onlar üçün lazımsız birinə çevrildim", - deyə həmsöhbətimiz şikayətlənir.
Narkotik rəngsiz bir həyatdır, hətta gülün-çiçəyin rəngini belə görə, onun xoş ətrini hiss edə bilmirsən. Narkomanlar üçün gecə ilə gündüzün fərqi ancaq birinin qaranlıq olması ilə bitir. Narkotikə düçar olan şəxslərin dediyi kimi, onlar quşların səsini eşidə, yağışın şırıltısından, o həzin damcılarından zövq belə ala bilmirlər. Arzusuz, istəksiz və hədəflərsiz bir həyat yaşayırlar. Düşündükləri isə yalnız narkotik olur. Geridə isə böyük bir uçurum yaradırlar. Dönüb geri baxmaq istədikdə arxalarında bir boşluq görürlər. Artıq kimsə onlara əl uzatmır, hər kəs bacardığı qədər yolunu Fərhadlardan, Fərhad kimilərdən uzaq salmaq istəyir.

17 yaşında ikən qohumu ona narkotik verir və beləcə onu sağalmaz bəlaya düçar qoyur.

"Cavanlıqda narkotik asılılığım yox idi, həm də o zamanlar narkotiklər heç indiki keyfiyyətdə də deyildi. Bir sözlə, narkotik istifadə etsəm də, cavanlığımda istədiyim hər şeyə nail olurdum. Lakin son 10 ildə həyatım cəhənnəmə çevrildi. Anam xəstə idi. Anam, qardaşım mənlə qalırdı. Kirayə pulundan tutmuş, kommunal xərclər, yeməyədək hər şeyi mən həll edirdim. Amma nə olsun, həyatım boyu bu adamlardan nə çox sağ ol eşitdim, nə də ki, xoş bir şey gördüm. Onlara çörək verirdim, məni söyüb təhqir edirdilər. Qonşu-qohum da bizə quyu qazırdı, çalışırdılar ki, evimizi də əlimizdən alsınlar və sonda buna da nail ola bildilər", - deyə F.Sadiq vurğulayır.
Bəzən narkotik istifadəçilərinin ailə üzvləri, yaxınları, tanışları nikaha daxil olmağı çıxış yolu bilirlər. Düşünürlər ki, bəlkə ailə həyatı qursa, hər şey müsbətə dorğu dəyişər. Fərhad da belələrindəndir. O, həyatına bir məna qatmaq üçün 45 yaşında ailə həyatı qursa da, hər şey heç də gözlədiyi, arzuladığı kimi olmayıb.

"Həyat yoldaşım da ailə qurmazdan öncə məndə narkotik asılılığının olduğunu bilirdi. Özümdən 5 yaş kiçik qadınla ailə qurdum, qızım dünyaya gəldi. Problemlər yaxamdan əl çəkmədi, daha da artdı. Heç kəs çağırıb demədi ki, gəl sənə bir iş verim. Rəsmən boşanmasaq da, bir yerdə yaşamırıq, alınmır. Qızımı çox sevirəm, amma o mənə soyuq yanaşır. Sən demə, yoldaşımın bu həyatda öz məqsədi varmış və buna görə də mən artıq ona lazım deyiləm", - deyə o köks ötürərək əlavə edir.
Digər narkotik istifadəçilərinin həyatı kimi onun da həyatı bir boşluqdan, əzabverici səssizlikdən ibarətdir. Dostun pisi olmur. Fərhad isə həyatda özünə bir dost da qazana bilməyib. Özü kimilər onu yalnız pulu olanda arayıb-axtarıb, yenidən uçuruma yuvarlayıblar.

"Narkoman dostlarım məni yoldan çıxarırdılar. Pulum olanda deyirdilər ki, gəl birgə vaxt keçirək. Pulum olanda onları heç öz evimdən qova da bimirdim. Gərək ki, qan düşəydi, yoxsa onlar evimdən çıxmırdılar. Pulum olmayanda isə heç biri itirib-axtarmırdı. Narkotik əldə etmək üçün artıq satmağa da nəsə tapa bilmirdim. Bilirsiniz, məndə vəziyyət necədir? Bir var ailən ola, sən kimdənsə pul alasan, bir də var ki, heç bu da olmaya. Ona görə narkotik tapmaq üçün maddi olaraq çox əziyyət çəkirdim", - deyə Fərhad bildirir.
Fərhad bu yolun yolçusu olduğu üçün çox peşman olduğunu desə də, yaşadığı bu həyata görə özünü günahkar bilmir...

Bəli, günahkar axtarmaq mübarizə aparmaqdan daha asandır, sanki bununla hər kəs özünə təsəlli verir...

Fərhad da narkotikdən əziyyət çəkən digər şəxslər kimi, xüsusən də yeniyetmə və gəncləri diqqətli olmağa, bu bəlaya düçar olmamağa səsləyir ki, bir müddətlik həzz onlarda asılılıq yaradaraq həyatlarını cəhənnəmə döndərməsin.

7-01-2021, 10:23
Bələdiyyə sədrinin meyitinin yanından narkotik tapılıb, onunla gələn qız axtarılır
9-08-2020, 13:25
Əməkdar artist ilk sevgisindən danışdı
14-01-2019, 14:18
Komada olan qadın dünyaya uşaq gətirdi
25-12-2018, 14:44
Atasını öldürən oğul: Çağırdım ki, çölə çıx, işim var səninlə - VİDEO
22-12-2018, 15:06
Ruhi xəstə olan 21 yaşlı gənc İTKİN DÜŞDÜ
22-12-2018, 14:41
Ruhi xəstə olan 21 yaşlı gənc İTKİN DÜŞDÜ
Dün, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
Dün, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
Dün, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
Dün, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
Dün, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
Dün, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
Dün, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
Dün, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
Dün, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
Dün, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
16-04-2024, 10:29
Çexiyada göy öskürək kabusu: Rekord sayda yoluxma var
16-04-2024, 10:28
Cəbrayılda minalar aşkarlanıb
16-04-2024, 10:26
Ələt-Astara magistralında təhlükəli vəziyyət - FOTO
16-04-2024, 10:23
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
16-04-2024, 10:20
Bakıda 10 yaşlı oğlan itkin düşüb
16-04-2024, 10:19
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
16-04-2024, 10:16
Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb
16-04-2024, 09:51
Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev Cənablarına
16-04-2024, 09:31
Rusiyada böyük bir şəhərin sakinləri təcili təxliyə edilir