Karantinin yumşalmasından sonra insanlar işə niyə uyğunlaşa bilmirlər? – Psixoloq AÇIQLADI
Operativ Qərargah tərəfindən mayın 1-də əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.Mayın 4-dən isə ölkədə bir sıra əhəmiyyət kəs edən iş yerləri fəaliyyətlərini bərpa edib və işçilər yenidən normal iş həyatına qayıdıb.İş adamlarının bəzilərinin evdən işləməsi, əksəriyyətinin isə fəaliyyətlərinin uzun müddət dayanması onları yenidən işə başladıqları zaman bir çox çətinliklərlə qarşı-qarşıya qoyur.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən psixoloq Vəfa Əkbərin fikrincə bu, insanların karantin dövründə özlərinə bir sıra məşğuliyyətləri tapması və yenidən işə qayıtdıqları zaman adaptasiya ola bilməməkləri kimi səbəblərdən qaynaqlanır:
"Karantinin uzun müddət davam etməsi insanların gündəlik həyat tərzinə çevrilib. Beləliklə, onlar evdə qaldığı müddət ərzində ev şəraitinə adaptasiya olunurlar. Evdə uşaqlar özlərinə müəyyən əyləncə növü tapır və böyüklər, yaşlı insanlar da günlərini maraqlı etmək üçün hər hansısa bir məşğuliyyət növü ilə günlərini başa vururlar. Müəyyən dərəcədə dərsləri həmişə çox olan və onlarla məşğul olan, eyni zamanda daimi ünsiyyətdə olan yeniyetmələr və gənclər var ki, onlar karantin günlərində mobil telefon, kompüter və televizor qarşısında artıq özləri üçün oyunlar və əyləncə növləri tapıblar. Beləliklə, həmin şəxslərin işə, məktəbə və cəmiyyətə yenidən dezadaptasiya prosesi başlayacaq. Bununla da təbii olaraq insanların real mühitə uyğunlaşması çətin formada gedəcək. Çünki izolyasiya olunanda da eyni çətinliklər var idi”.
Psixoloq hesab edir ki, həmin şəxslər iş fəaliyyətlərinə yenidən başladıqları zaman ruhdan düşmə, əzginlik, yuxusuzluq və ya tez acma kimi hisslərlə qarşılaşmamaları üçün artıq indidən özlərini iş mühitinə adaptasiya etməlidirlər.
Vəfa Əkbər tövsiyə edir ki, digər insanların da bu kimi hallarla qarşılaşmaması üçün onlar özlərini əvvəlki qrafikə uyğunlaşdırmağa çalışsınlar və dostları ilə virtual olsa belə vaxt keçirsinlər:
"Həmin insanlara elə bu gündən başlayaraq zaman-zaman özlərini adaptasiya etməyə başlamağı tövsiyə edirəm. Əvvəlki qrafikə alışmağa, uyğunlaşmağa çalışsınlar. Səhər erkən durmağa axşam isə tez yatmağa çalışsınlar. Əgər məktəblilər gün ərzindəki 6 saat dərsə gedib gəlirdilərsə onun gəlib evdə 3 saatını hazırlaşırdılarsa, onlayn dərslərdən sonra kitab-dəftəri örtüb daha çox özlərinə vaxt sərf etsinlər. İş adamları isə iş qrafiki onlardan nə qədər zaman alırdısa ən azından o qrafikə özlərini alışdırsınlar. Çalısınlar ki, maksimum dərəcədə hazırda ev əyləncələri, evdə maraqlandığı işlər və yenidən əldə etdikləri davranışları gözdən keçirsinlər. Əvvəl necə ki, sosial çevrə və sosial ünsiyyətləri var idi, artıq buna yenidən adaptasiya olunsunlar. Dostları ilə canlı görüşməsələr belə bunu onlayn etsinlər. Virtual şəkildə dostları ilə əlaqə qurub danışaraq nələrisə müzakirə etsinlər”.
Psixoloq əlavə edib ki, bütün bu proseslər onlar üçün bir müddət çətinlik yaratsa da sonradan mühitə uyğunlaşacaqlar: "Düşünürəm ki, anidən karantin müddəti bitməyəcək. Zaman-zaman buna vaxt veriləcək və tədricən olacaq. O zamandan səmərəli istifadə etməyi bacaranlar sonradan artıq işdə böyük psixoloji problemlərlə üzləşməyəcəklər”.
24-04-2020, 20:54
ÜST rəsmisi Azərbaycanda karantinin ləğvindən danışdı
24-04-2020, 17:28
Azərbaycanda karantin rejimi yumşaldılır - RƏSMİ
23-04-2020, 12:17
ÜST rəsmisindən ŞOK AÇIQLAMALAR: virus uzun müddət bizimlə olacaq
18-04-2020, 20:34
Azərbaycanda xüsusi karantin rejimi mayın 4-dək uzadıldı
11-04-2020, 12:32
Putin və Tramp arasında yenidən telefon danışığı olub
7-08-2019, 12:47
Azərbaycanda varlıların ən çox əziyyət çəkdiyi məqamlar - Kasıblara həsəd aparırlar
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır