Azərbaycanda varlıların ən çox əziyyət çəkdiyi məqamlar - Kasıblara həsəd aparırlar
Gündəm / Mədəniyyət
Oxunub: 370
7 Ağu 2019 | 12:47
Azərbaycanda varlıların ən çox əziyyət çəkdiyi məqamlar - Kasıblara həsəd aparırlar

Amerikalı psixoloq Harv Eker cəmiyyətdə insanların maraqlı məqamlarını üzə çıxaracaq müşahidələr aparıb. Alim müşahidələri nəticəsində insanları maddi durumuna görə iki təbəqəyə bölüb və belə qənaətə gəlib ki, bu, nəinki insanların gündəlik həyatına, eyni zamanda, psixologiyasına təsir göstərir. O, özünün “Milyoner kimi düşün” kitabında da bu barədə maraqlı məqamlara toxunub.

“Dünya ölkələrində varlıları birləşdirən məqamlar bənzər olduğu kimi, kasıbların da problemləri oxşardır. Varlılar əmindir ki, həyatları öz əllərindədir. Kasıblar isə bir qədər pessimist düşünərək, həyatda heç nəyin onlardan asılı olmadığını düşünürlər.

Varlılar sərvətinə sərvət qatmaq, kasıblar isə daha da yoxsul olmamaq üçün çalışırlar. Varlılar bütün problemləri qlobal düşünür, kasıblar isə hər şeyə səthi yanaşır. Varlılar bütün mövcud imkanları nəzərdən keçirdiyi halda, kasıblar ən kiçik problemlərdə belə ilişib qalırlar”, - deyə Harv Eker yazıb.

Bəs Azərbaycanda varlı və kasıb insanlar psixoloqlara hansı problemlərlə müraciət edirlər?

Psixoloq Aytən Ələkbərova Gundelikxeber.az-a bildirib ki, bu gün insanların ümumi problemi sevgisizlikdən yaranan etinasızlıqdır. Onun fikrincə, sevgisiz insan ən yaxşı ehtimalda pis vərdişlərə yiyələnir.

Onun sözlərinə görə, bu gün təbəqə fərqi olmadan bəylərdə “Piter Pen” sindromu, qadınlarda isə daha çox depressiv vəziyyət müşahidə edilir:

“Bu gün kişilərin əksəriyyətində qərarsızlıq var, sanki nə istədiklərini bilmirlər. Ümumi bir boşluq içərisindədirlər. Bu isə qadınların narahatlığına səbəb olur. Bu sindrom müxtəlif yaş kateqoriyaları üzrə bölünür.



Sindrom 10-15 yaş arası uşaqlarda xarici aləmlə əlaqənin pozulmasına, 16-22 yaş qrupunda olan insanlarda özündən razılıq hissinin itirilməsinə, 23-25 yaş arası şəxslərdə isə həyatın mənasızlaşmasına, narahatlıq hissinin dərinləşməsinə gətirib çıxarır. 26-30 yaş arası şəxslərdə vəziyyət daha da gərginləşir, artıq 45 yaşdan başlayaraq isə onlar hətta uşaqlıq illərinə qayıtmaq istəyir və arzuolunmaz həyat şəraitindən uzaqlaşmağa çalışırlar. Hətta deyərdim ki, qadın və kişilər arasında bərabər səviyyədə yayılan ipoxondriya sindromu da bu gün ən çox şikayət edilən məsələlərdəndir. Statistikaya görə, əhalinin 7-14 faizi bu sindromdan əziyyət çəkir”.

Psixoloqun fikrincə, kasıblar varlıların həyatına, varlılar da müəyyən mənada kasıbların həyatına həsəd aparır:

“Necə deyərlər, Allah bir qapını açanda, o biri qapını bağlayır. Çox qəribə bir paradoks var. Ümumiyyətlə, öz təcrübəmdən deyə bilərəm ki, varlılar kasıbların sevgisinə, bir-birinə olan qayğısına həsəd aparır. Onların problemi sevgisizlikdir. Milyonları, biznesi olan insanlar var ki, bir ovuc sevgiyə, qayğıya möhtac olduqlarını deyirlər. Ətraflarındakı insanlar sadəcə pula, şəxsi nüfuzlarına görə onların yanındadır. Seanslarda onlara qulaq asdıqca həqiqətən də xoşbəxt olan imkanlı şəxslərin az olduğuna inanmağa başlamışam.

Kasıblarda isə vəziyyət fərqlidir. Onlar, sadəcə, maddi çətinliklərlə qarşılaşırlar ki, bunun da həlli var. Onların ətrafındakı insanların dəyərləri fərqlidir. Çünki onları bir-birinə bağlayan təməl səbəblər sevgi və qayğıdır. Varlıların milyonlara sahib olduğu halda “sevgini, qayğını ala bilməmələri” onu sübut edir ki, “pulsuz xoşbəxtlik olmur” ifadəsi yanlışdır”.

A.Ələkbərovanın sözlərinə görə, sırf xoşbəxt olmaq üçün kasıb olmağı arzu edən imkanlı pasiyentlər də olub:

“İmkanlı şəxslər ünsiyyət qurmaq baxımından problem yaşayır. Varlılar özlərini kasıblardan daha imkansız hesab edir, çünki sərvətlərinin böyük əksəriyyətini milyonlarla dəyərində olan kredit hesabına əldə ediblər. Onlar bu sıxıntı üzündən ailə üzvləri ilə oturub söhbət etməyə, dərdləşməyə belə vaxt tapa bilmirlər. Bizneslə əlaqədar daim işgüzar səfərlərdə olduqları üçün belə insanlarda ailə dəyərləri formalaşmamış qalır. Hətta bütün var-dövlətini mehriban münasibət, qayğı görmək üçün qurban vermək istəyənlər var.

Kasıbların isə bütün problemləri pessimist, neqativ düşüncələrdən qaynaqlanır. Bu, özünə güvənməmək sindromudur. Onlar həvəsdən düşür, özlərini cəmiyyətdən təcrid etməyə çalışırlar. Bu isə cəmiyyətdəki qeyri-sağlam yanaşmalarla və maddi durumla bağlıdır”.



Görünür, bütün günü müxtəlif gözəllik salonlarında, bahalı geyim mağazalarında alış-veriş etmək də xoşbəxtlik gətirmir. Psixoloq deyir ki, imkanlı qadınların problemləri daha çox olur:

“Bəzən imkanlı kişilər həyat yoldaşlarından başqa bir qadına aşiq olduqları üçün psixoloq yardımına ehtiyac duyurlar. Xanımlar isə daha çox övladlarına görə narahatdırlar. İmkanlı şəxslərin düşmənləri, konflikt yaşadıqları insanlar çox olduğu üçün qadınlar uşaqlarına görə qorxurlar. Pasiyentlərimdən biri deyirdi ki, həmin insanların uşaqlarına zərər yetirəcəklərindən narahatdır. Bəlkə də belə bir məqam yoxdur, ancaq bu hal onların psixologiyasına təsir edən məqamlardan biridir.

Maddi durumu yaxşı olmayan qadınların sıxıntıları isə ailə büdcəsinə dəstək olmaqla bağlıdır. Onları düşündürən əsas şey özlərinə normal iş tapıb ailə büdcəsinə, yoldaşına dəstək olmaqdır”.
7-08-2019, 12:10
“Bizimkilər ya pomidor əkir, ya da xiyar” - İstixanalarla bağlı maraqlı TƏKLİFLƏR
28-12-2018, 12:49
UNICEF-in uşaq ölümlərinə dair hesabatı açıqlanıb
29-11-2018, 12:48
DAHA ÇOX ƏSGƏR YOXSA DAHA ÇOX SƏRVƏT...!?
10-11-2018, 12:00
Azərbaycanda həbsxana psixoloqları hazırlanır
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var