Rasim Quliyevin məhkəməsində şahid dindirilib: - “Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi”
Gündəm / Siyasət / Hadisə
Oxunub: 333
20 Eyl 2021 | 19:45
Rasim Quliyevin məhkəməsində şahid dindirilib: - “Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi”

capar.info : Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı Feyzi Rizayev dindirilib.

O bildirib ki, tarixi binalar mütəxəssislər tərəfindən qeydiyyata alınır və Nazirlər Kabinetinə göndərilir: “Dilarə Əliyeva 141-in sakinlərindən şikayət gəlmişdi. Biz FHN əməkdaşları ilə binaya baxış keçirdik. Orada çatlar əmələ gəlmişdi. Binanın yanında yaşayış binası tikilirdi. Dedilər ki, həmin tikintiyə görə tarixi binada çatlar əmələ gəlib. Bu barədə aidiyyəti qurumlara məlumat vermişik. Biz əraziyə gedərkən binanın zirzəmisi tikilmişdi".

Vəkillərin suallarını cavablandıran şahid söyləyib ki, Dilarə Əliyeva 145-in sökülməsini sonradan eşidib: "Həmin bina ilə bağlı məndə məlumat olmayıb. Bir müddətdən sonra eşitmişəm ki bina sökülüb. Binanın Mədəniyyət Nazirliyinin tarixi abidələr siyahısından silinməsi barədə heç nə bilmirəm. Həmin binanın tarixi abidə olması ilə bağlı bina sakinlərinin bəzilərində müqavilə var idi. Binaya dəymiş ziyan ilə bağlı FHN akt tərtib etməli idi. Mən binanın vəziyyəti barədə arayış yazdım, olduğu vəziyyəti qeyd etdim. Amma nələri yazmışam onu xatırlamıram".

Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis müavini və baş memarı olmuş Akif Abdullayev ifadə verib.

O bildirib ki, tarixi binalarla deyil, yalnız təzə tikilən binalara baxıb: “Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verəndən sonra mən həmin sərəncamı icra ediridim. Rəis müavini olanda adətən layihələrə baxırdım, Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü Hacıbala Abutalıbovda olurdu. Rasim Quliyevi tanıyıram. Dilarə Əliyeva 141 ünvanının sökülməsi ilə bağlı sərəncam verilmişdir. Sonradan dedilər ki, həmin ərazidə metro stansiyası tikmək istəyirdilər. Ona görə sərəncam dayandırıldı".

Prokurorun suallarını cavablandıran A.Abdullayev deyib ki, R.Quliyevi Aparat rəhbəri kimi tanıyıb: “Rauf Pənahov həm Bakı Şəhər İcra Hakimiyyətinin birinci müavini, həm də Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi səlahiyyətlərini icra edirdi. 2008-ci ildə mən İdarənin rəis müavini təyin olundum. Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra səlahiyyətləri Rasim Quliyev icra edirdi. Amma yenə möhürün kimdə olduğunu bilmirdim. Mən sənədlərə imza atırdım, möhürü kim vururdu, bilmirdim və maraqlanmırdım".

R.Quliyevin sözlərinə görə, Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra çox güman ki, möhür Akif Abdullayevə verilib.

A.Abdullayev isə deyib ki, hər hansısa bina tikintisinə icazə verilərkən sənədləri araşdırmaq ixtiyarı olmayıb: "Memarlıq və Şəhərsalma Baş İdarənin səlahiyyətləri tikinti üzrə sənədləri araşdırmaq idi. Hacıbala Abutalıbov sənədləri araşdırıb qərara gələndən sonra rəylər bizə daxil olurdu, biz də razılıq verirdik".

Prosesdə A.Abdullayev prokurorun suallarını cavablandırmaqdan yayınıb.

Hakim bildirib ki, sualları düzgün cavablandırmaq lazımdı: "Tikinti ilə bağlı müraciət olunarkən araşdırma aparılanda hansısa bir qurum mənfi rəy verdisə, onu kim araşdırırdı?".

A.Abdullayev qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərə mənfi rəy verilmirdi. Yerli icra hakimiyyəti rəy bildirirdi, Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verirdi”.

Dövlət ittihamçısı bildirib ki, A.Abdullayevin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadələr arasında ziddiyyətlər var.

A.Abdullayev deyib ki, tikinti işlərinə nəzarət edib, təzə salınan məhəllələrə, tikilən yollara, kommunikasiya xətlərinə nəzarət edib.

Hakim bildirib ki, A.Abdullayev 45 il Bakı Şəhər İcra Hakimiyyətində işləyib, amma sualları cavablandıra bilmir: "Siz iş üzrə əsas şahidlərdənsiniz. Bu prosesdə sizin iradəniz mühüm rol oynayır. Siz isə suallara cavab verə bilmirsiniz. Yaddaşınızı təzələyin, növbəti prosesdə aydınlıq gətirin".

Məhkəmənin növbəti proses sentyabrın 27-nə təyin olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.
20-08-2021, 15:07
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib
31-08-2021, 14:23
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
11-12-2018, 13:41
Bakıda 19 nəfərdən rüşvət alan bağça müdirinin məhkəməsində zərərçəkənlər ifadə verib
16-09-2021, 20:44
Arvadını qətlə yetirən hakimin oğlu məhkəmədə ifadə verməkdən imtina edib
17-08-2021, 16:40
Mədəniyyət nazirinin sabiq müavininə səkkiz il həbs cəzası verildi
15-09-2021, 09:56
Əbülfəs Qarayev MƏHKƏMƏYƏ GƏTİRİLƏCƏKMİ? - Ortada konkret İTTİHAMLAR VAR...
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı