Bakıda 19 nəfərdən rüşvət alan bağça müdirinin məhkəməsində zərərçəkənlər ifadə verib
Sosial
Oxunub: 574
11 Ara 2018 | 13:41
Bakıda 19 nəfərdən rüşvət alan bağça müdirinin məhkəməsində zərərçəkənlər ifadə veribRüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş şəxs qismində Mina Talışinskaya dindirilib.

O bildirib ki, bağçaya işə düzəlmək üçün elanı "instagram"da görüb: "Həmin vaxtı həm özəl, həm də dövlət işində çalışırdım. İşə ehtiyacım vardı, üç uşaq böyüdürdüm. Tərlan və Aləmzarın yanına gəldim, 4 min manat istədilər. 2000 minə gücüm catacağını dedim. Razılaşdılar. Bakıda qalmağa yerim yox idi. Dedilər ki, həm gecə, həm də gündüz növbəsində çalışarsan. Yatmağa və qalmağa da yer verəcəkdilər. Övladlarım da yanıma qalacaqdı. Pulu verəndən 4 ay məni aldatdılar. Gah analıq məzuniyyətinə çıxartdıqlarını dedilər, gah da başqa bəhanələr gətirdilər. Onlara yalvardım ki, alınmırsa, məni aldatmasınlar, o biri iki işimdən olmayım. Dedilər narahat olma, 1000 manat maaş söz vermişdilər. Lakin aldatdılar. O biri işlərim də əlimdən çıxdı. 1 il acınacaqlı vəziyyətdə qaldım. Uşaqlarımla çöldə qalmışdım. Mənim nələr çəkdiyimi Allah bilir. Hazırda iş tapmışam. Anayam, bunlar da anadır, həbs olunmaqlarını istəmirəm".

Təqsirləndirilən şəxslər yaxın günlərdə zərərçəkən şəxslərə dəymiş ziyanı ödəyəcəklərinə söz veriblər.

Prosesdə daha sonra şahid qismində Şaiq Əliyev dindirilib.

Ş.Əliyev bildirib ki, həyat yoldaşını işə düzəltmək üçüb 1600 manat pul verib: "Yoldaşıma işi söz verdilər, min bir bahanə etdilər, pulumu da qaytarmadılar".

Şahid qismində dindirilən Samir Hüseynov da həyat yoldaşını bağcaya düzəltmək istəyib: "Gedib özüm Tərlan və Əlamzarla "Şamaxinka"da görüşdüm. 2500 manat verdim. Lakin iş alınmadı. Pulumu da qaytarmayıblar. İstintaq məni şahid kimi tanıdı, halbuki mən zərərçəkən olmalıydım".

Şahid Sərnəgül Əliyeva da zərərçəkmiş kimi tanınmadığına etiraz edib: "İşədüzəltmə bürosuna getmişdim. Ordan Aləmzarın yanına göndərdilər. Məndən min manat aldı, dedi ki, bağçada dayə olacaqsan. O pulu da borca almışam. Hələ də qaytara bilmirəm".

Daha bir şahid Aytən Kamilova da bağça rəhbərliyi tərəfindən aldanılıb.

O deyib ki, iş elanını "istagram"da görüb: "Yoldaşım və qayınatamla bunların yanına getdik. Bizə dedilər ki, siz bizə maddi yardım edin, bağçanın vəziyyətini düzəldək, sizi də işçi götürək. Orda 600 manat verdik. Daha sonra Aləmzarla görüşüb 1500 manat verdim. Bizi aldatdılar, pulumu tələb edirəm. İstintaqda bizi zərərçəkmiş kimi tanımadılar, buna etiraz edirik".

Prosesə dekabrın 17-də davam edəcək.

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.
11-12-2018, 13:43
Dələduzluqda təqsirləndirilən direktora cəza verildi - 11 İL
7-12-2018, 15:32
Bakıda qadını döyərək qulağında olan qızıl sırğanı aparan şəxsə hökm oxunub
21-11-2018, 13:22
Metropolitenin həbsdə olan polis əməkdaşı məhkəmə qarşısında
8-11-2018, 15:12
Rəfiqəsini balta ilə hissələrə bölən qadına ağır cəza
5-11-2018, 17:09
Bağça müdiri məhkəmə zalında qandallandı: onun müavini də həbsdədir
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...