Əbülfəs Qarayev MƏHKƏMƏYƏ GƏTİRİLƏCƏKMİ? - Ortada konkret İTTİHAMLAR VAR...
capar.info : - Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Ötən prosesdə təqsirləndirilən Zakir Sultanov və iş üzrə şahid qismində dindirilən “Azəraqrartikinti” ASC-nin filial müdiri Nüsrət Ömərov keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin məhkəmədə dindirilməsini tələb ediblər. Məhkəmənin sabiq nazirlə bağlı məsələyə münasibəti sentyabrın 16-da keçiriləcək iclasda məlum olacaq.
Hazırda məhkəmədə Azərbaycan Milli İncəsənət Muzeyinin təmirinə ayrılan 31 milyon manat vəsaitlə bağlı epizod araşdırılır. İncəsənət Muzeyinin təmirinə bu qədər böyük vəsait ayrılmasını şahid Ömərov belə izah edib: “Təmir prosesinə xaricilər də cəlb olunmuşdu. İtalyanlar bizdən 12 milyon pul almışdı. Xaricilər yaxşı şəraitli ev, istirahət istəyirlər. Bəzən nağd vəsait lazım olurdu. Bu zaman hesabdan çıxarıb nağdlaşdırırdıq, təyinatı üzrə istifadə edirdik”.
Şahid Ömərov vurğulayıb ki, işlərin necə həyata keçirilməsindən ovaxtkı mədəniyyət naziri Əbülfəs Qarayevin də xəbəri olub: “Xahiş edirəm, onu çağırıb dindirin. Bir çox işlərdən onun da xəbəri var”. Ardınca təqsirləndirilən Sultanov özü də sabiq nazirin məhkəməyə çağırılmasını istəyib.
Mədəniyyət Nazirliyinin sabiq rəhbərliyinin, xüsusən də Əbülfəs Qarayevin fəaliyyətindən xəbərdar olanlar deyirlər ki, bu gün o, yaxasını kənara çəkib özünü heç nə baş verməmiş kimi aparır. Faktiki isə Mədəniyyət Nazirliyinin balansında olan və Bakının ən gözəgəlimli yerlərində yerləşən bir çox kitabxanalar məhz Əbülfəs Qarayevin “yüngül əli” ilə “özgəninkiləşdirilib”. Belə kitabxanalardan biri də İçərişəhərdə olub.
“Əbülfəs Qarayev İçərişəhərdə yerləşən və Mədəniyyət Nazirliyinin balansında olan kitabxanalardan birini satmaq istəyirdi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev isə Əbülfəs Qarayevin bu sövdələşməsinə qarşı çıxmışdı. Buna görə nazirlə idarə rəsinin böyük bir davası olmuşdu. Hətta Əlikram Əliyev Əbülfəs Qarayevə kəskin sözlər demişdi, ondan özbaşınalığa son qoymasını istəmişdi. ”91-lər"dən olan Əlikram Əliyevlə nazir arasında bu əsnada mübahisə yaranmışdı, dava düşmüşdü. O zaman bu dava haqda mətbuatda da yazılar dərc olunub. Bundan az sonra isə Əbülfəs Qarayev Əlikram Əliyevi vəzifəsindən uzaqlaşdırdı. İçərişəhərdəki kitabxana da 850 min manata satıldı", - deyə qaynağımız bildirib. Maraqlıdır ki, bu epizoda cinayət işinin materiallarında rast gəlinmir.
Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Tarixi-mədəniyyət binalarının təmir-bərpası zamanı 6 milyon manata yaxın büdcə vəsaitinin yeyintisində suçlanan Sultanov istintaq dövründə ziyanı ödəyib. Bunun 4 milyon manatı nağd pul şəklində ödənilib. Sabiq xidmət rəisinin 600 min dollarlıq, 130 min, 10 min, və 20 min manatlıq əmlaklarının üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub. O, həmin əmlakların da ziyanın ödənilməsinə yönləndirilməsi üçün razılıq verib. Sultanovla birlikdə həbs olunan mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun məhkəməsi yekunlaşıb. O, rüşvət alma ittihamı ilə 8 il azadlıqdan məhrum edilib. Sabiq nazir müavini özünü təqsirli bilmir.
20-08-2021, 15:07
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib
21-06-2021, 11:50
DTX- nin saxladığı sabiq xidmət rəisindən XƏBƏR VAR
14-09-2021, 20:31
Əbülfəs Qarayev və müavininin “otkat” oyunu - İSTİNTAQ MATERİALLARI
10-08-2021, 15:33
Vəkil nazir müavininə bəraət istədi - "Əmlakları üzərindən də həbs götürülsün"
31-08-2021, 14:23
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
11-08-2021, 12:06
XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı