"Veysəloğlu" bu dövlətin OĞLU DEYİLMİ? - Vergidən yayındığı deyilir...
capar.info: - Veysəloğlu Şirkətlər Qrupundan, şirkətin sahibi Aydın Talıbovdan söhbət düşmüşkən, bir maraqlı və aktual məsələyə nəzər salaq.
Deməli, bir neçə il öncə Ermənistan parlamentində 23 leqal milyonçu deputatın olduğunu oxuyanda xeyli təəccübləndik.
Görəsən, niyə Ermənistandan dəfələrlə, bəlkə də 100 dəfə artıq iqtisadi və maliyyə potensialı olan Azərbaycanda bircə nəfər də olsun milyonçu deputat yoxdur.
Nəinki deputat, hətta rəsmi olaraq milyonçu biznesmenlərimiz də yoxdur.
Hansı ki, Azərbaycandakı milyonçu icra başçıları, milyonçu polis rəisləri, hətta milyarder nazirlər, komitə sədrləri, milyarder monopolist biznesmenlər N qədərdir.
Bəs bunlar niyə öz var-dövlətlərini, mülklərini, milyonlarını leqallaşdırmırlar ?
Məmurları başa düşmək olar. Çünki məmurların bizneslə məşğul olması qanunla qadağandır. Bəs biznesmenlər niyə gizlənirlər ?
Təxminən bir il əvvəl az da olsa Azərbaycanda leqal milyonçu xanımların olduğu barədə informasiya yayıldı.
Onda da bəlli oldu ki, milyonçu xanımların çoxu məmur arvadları, qızları, gəlinləridir. Yəni məmurlar xalqdan oğurladığı milyonları öz xanımlarının, qızlarının, bacılarının adına “oformit” ediblər.
Sözün qısası, bizim milyonçular gizlənməyi sevirlər.
Yuxarıda qeyd etdiyimiz kimi məmurların “qarınağrısını” başa düşdük. Bəs biznesmenlərimiz ?
Məsələn, Veysəloğlu Şirkətlər Qrupunun sahibi Aydın Talıbov milyonçu, hətta on milyonçu, yüz milyonçu olduğunu niyə gizlədir ?
Axı, o məmur deyil, nədən çəkinir, nədən qorxur ?
Bəli, milyonlar, on milyonar, hətta yüz milyonlar ortaya çıxsa, sual olunacaq ki, ay adam, dövlətə nə qədər vergi ödəmisən ?
Bax, buna görə də bizim milyonçu biznesmenlər öz gəlirlərini gizlətməyi və vergidən yayınmağı sevirlər.
Təsəvvür edirsiniz, Qafqazın ən kasıb ölkəsi olan Ermənistanda, Gürcüstanda nəinki milyonçu, hətta leqal milyarderlər var. Bəs bizdə niyə yoxdur ?
Veysəloğlu və onun kimi şirkətlərin sahibləri nəinki vergidən yayınır, milyonarını gizlədir, hətta bəzi məhsulları, qida və ərzağı inhisara alırlar və deməli bazarda süni qiymət artımı yaradırlar.
Azərbaycanda ən böyük problemlərdən biri, bəlkə də birincisi, inhisarçılıqdır. Əbəs yerə deyil ki, prezident İlham Əliyev cənabları dəfələrlə inhisarçılıqla mübarizə barədə konkret tapşırıqlar verib. Ancaq vəziyyət hələ də dəyişmir.
Azərbaycanın qida sektorunun ən böyük inhisarçılarından biri də Veysəloğlu Şirkətlər Qrupudur. Qrup 90-cı illərdən etibarən ölkəyə ərzaq məhsullarının əsas idxalatçılarından, 2000-ci illərdən isə pərakəndə satıcılarındandır.
Veysəloğlunun müxtəlif şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçib. Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, Veysəloğlunun biznes imperatoprluğu.
Şirkətlər Qrupunda 17 min nəfər işçi çalışır. Ancaq bircə dəfə də olsun Əmək Müfəttişliyi şirkətdə əmək qanunvericiliyinin pozulması ilə bağlı monitorinq keçirməyib. Əmək müqavilələrinin olub-olmaması ilə maraqlanmayıb.
QİDA agentliyi, konkret olaraq agentliyin baş direktoru Qoşqar Təhməzli maraqlanmır ki, yüzlərlə satış mərkəzi olan Qrupda ərzaq və qida məhsulları standarta uyğun gəlirmi, ya yox ?
Niyə, Qoşqar Təhməzli Veysəloğlunun “Ulduz” şokolad fabrikindəki məhsullar ilə maraqlanmır ?
Axı, istehlaklçıların bu qədər şikayətləri mediada tirajlanır, yayılır. Bunu dövlət qurumları görmür ?
Təsəvvür edirsiniz, “Veysəloğlu”nun “Araz” supermarketlər şəbəkəsindən AQTA-ya 563 istehlakçı şikayəti olub, bunların 59-u vaxtı keçmiş, istifadə müddəti bitmiş qida məhsulları ilə bağlıdır. Bəs, görəsən, AQTA hara baxır ?
Bəs, görəsən, Dövlət Vergi Xidməti bu işlərə nə üçün reaksiya vermir?
Ötən il Dövlət Vergi Xidməti Veysəloğlu Şirkətlər Qrupuna nə az, nə çox – 2 milyon manat maliyyə sanksiyası tətbiq edib. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilirdi.
Bəs, nəticə nə oldu ? Heç nə.
İndi Veysəloğlu ilə bağlı 2 rəqəmə nəzər salaq:
Qrupa məxsus “Araz” və “Oba” marketlərində birgə 17 min nəfərdən artıq işçi çalışır.
Və bir gündə müştəri sayı 640 min nəfərə çatır. Təkcə “Oba”nın bir günlük müştərisi 300 min nəfərdən artıqdır.
İndi özünüz deyin: Bu boyda şirkətlər qrupunun sahibi nəinki milyonçu, hətta milyarderdir, yoxsa, yox ?
Bəs, onda niyə gizlənir ?
Və ən əsası vergidən neçə milyonları gizlədir ?
Bu artıq medianın deyil, dövlət qurumlarının vəzifəsidir. //gundelik-baku.com//
10-06-2021, 18:19
Deputatlara cavab verməyən məmurların SİYAHISI HAZIRLANACAQ
9-09-2020, 11:51
Azərbaycanlı milyonçunun şadlıq sarayı satışa çıxarıldı
1-06-2020, 14:46
Bu qadınla sevgili olana 134 000 manat veriləcək - BİR ŞƏRTİ VAR
17-01-2020, 18:51
Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…
18-12-2018, 13:30
Binadan insanlara pul atan çinli milyonçu həbs edildi - VİDEO
11-12-2018, 13:44
Çexiya BMT-nin konfransını boykot etdi: daha 30 ölkə...
Dün, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
Dün, 15:40
Bakıda qətl törədildi
Dün, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
Dün, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
Dün, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
Dün, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi