Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…
Gündəm / Sosial
Oxunub: 302
17 Ock 2020 | 18:51
Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…

Bizneslə məşğul omayan xanım maliyyəçi 3 il müddətində necə milyoner oldu?

Əslində Azərbaycanda varlanmaq və milyonçu olmaq üçün möcüzələrin baş verməsinə heç kim inanmır. Çünki bizim bu sevimli ölkəmizdə varlanmaq və bizneslə məşğul olmaq üçün ya karlı bir məmurun “adamı” ya da özün karlı məmur olmalısan. Başqa cür möcüzənin yaranması mümkün deyil. Ya da lotereya da olduğu kimi bəxtin gətirməli və sənə karyera üçün qapılar açılmalıdır. Aşağıda haqqında söhbət açacağımız məmur xanım da elə bəxti lotereyada gətirənlər katoqoriyasına aiddir.

Öncəliklə bir neçə ildə həddindən artıq varlanmağa nail olan xanım məmurun rəsmi bioqrafiyasını təqdim edirik:

Vəsilə Abulova – Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini. Vəsilə xanım eyni zamanda Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidentidir.

22 avqust 1983-cü ildə Bakı şəhərində anadan olan Vəsilə Abulova Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə və Kredit fakültəsini bitirib. İş həyatına 2006-cı ildə “Azərinşaatservis” MMC-də İqtisadçı və Maliyyə mütəxəssisi kimi başlayıb. Daha sonra isə “Azelektromaş” MMC-də Baş Mühasib, 2014-cü ildə “Bakı Elektriktökmə” QSC-də Baş Mühasib, 2015-ci ildə isə “Nurgün” şirkətlər qrupunda Maliyyə müdiri vəzifəsində çalışmışdır.

2016-cı ildə “Azərreyl” Voleybol Klubunda Baş Mühasib, 2 ay sonra isə Klubun Vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. 2016-cı ilin may ayından “Azərbaycan Dəmir Yolları” QSC-də Yükdaşıma Departameninin Maliyyə rəisi, 2017-ci ildən “ADY” QSC-nin Maliyyə rəisinin müavini vəzifəsində çalışır. Vəsilə Abulova eyni zamanda Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidentidir.

Fikir verdinizsə, Vəsilə xanım əsasən mühasib və baş mühasib vəzifəsində çalışıb və AzToday.az-a daxil olan məlumata görə Vəsilə xanım 2016-cı ildə “Azərreyl” Voleybol Klubunda baş mühasib vəzifəsinə təyinat alana qədər Əhmədlidə “Xruşşovka”ların birində kirayə yaşayırmış. Lakin 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-də işə düzəldikdən sonra Vəsilə Abulaovanın karyerasında bir sıçrayış yaşanıb və o sürətlə varlanmağa başlayıb.

AzToday.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olan məlumatda bildirilir ki, Vəsilə Abulova qısa zaman kəsiyində həm karyerasında, həm də maddi durumunda çox böyük irəlilləyişlərə nail olub. Qəribədir ki, mənbəmizin iddiasına görə Vəsilə xanım cəmi iki ay ərzində “Azərbaycan Dəmir Yolları” QSC-də ciddi karyera inkişafına nail olmaqla yanaşı, Cavid Qurbanovla işçiləri “səddə” çevrilməyi bacarıb. Mənbəmiz iddia edir ki, 2016-cı ilədən başlayaraq Vəsilə xanımın başı üzərindən problemləri Cavid Qurbanova çatdıra bilməyib. Bu iddianı digər bir mənbə də təsdiqləyib.

Maraqlıdır ki, Vəsilə Abulova “Azərreyl” Voleybol Klubuna baş mühasib gətirildikdən sonra Klubun yerləşdiyi ünvan dəyişib və “Azərreyl” Voleybol Klubu Cavid Qurbanovun atasına məxsus olan binaya köçürülüb. Hər ay icarə haqqı olaraq Azərbaycan Dəmir Yolları” QSC-nin büdcəsindən 50 000 dollar vəsait Cavid Qurbanovun atasının hesabına köçürülür. Və iddialara görə bu ideyanı Cavid Qurbanova məhz Vəsilə Abulova verib və elə ondan sonra da Vəsilə xanımın Cavid Qurbanova təsir imkanları birdən-birə artıb. Görünür ki, Cavid Qurbanov maliyyəçi xanımın marketinq qabiliyyətindən razı qalıb.

AzToday.az-a daxil olan məlumatda bildirilir ki, hazırda Vəsilə Abulova xanım Azərbaycan Dəmir Yolları” QSC-də aparıcı sima olmaqla yanaşı, eyni zamanda QSC-də çalışan yüksək vəzifəli şəxslər arasında ən varlı məmur kimi də tanınır və “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə işlərində onun izni olmadan bir manatı belə tərpətmək mümkün deyil .

AzToday.az-a müraciətdə mənbəmiz Vəsilə Abulovanın mal varlığı ilə bağlı məlumatları da yollayıb. Belə ki, həmin məlumatlara əsaslanarsaq, 2016-cı ilə qədər Əhmədlidə kirayədə yaşayan Vəsilə Abulovanın hazırda Bakının mərkəzində, Fəhlə prospektində isə dəyəri 1 milyondan artıq olan villası var. Və o, ailəsi ilə birlikdə həmin villada yaşamaqdadır.

Bundan başqa Vəsilə Abulovanın Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri var ki, bu bağ evlərinin də qiymətləri göz qamaşdırır. Eyni zamanda Vəsilə Abulovanın şəhərin bahalı yerlərində yeni tikilən binalarda evlər aldığı da iddia olunur.

Türkiyədə isə Vəsilə Abulovanın 4 otaqlı evinin olduğu bildirilir. Eyni zamanda Azərbaycanın tanınmış voleybol məşqçisi Faiq Qarayevlə Türkiyədə şərikli biznesinin olduğu qeyd olunur.

Vəsilə Abulovanın son 3 ildə yaranmış avtomobil qarajı da xüsusi maraq doğurur. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini və Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə vitse-prezidentinin qarajında bir ədəd “022 Range Rover”, bir ədəd “022 Lexus”, bir əədəd “011 Hyundai”, bir ədəd “BMW 5” və bir ədəd “Pajero Jeep” olduğu bildirilir.

Qeyd edək ki, bütün bu daşınar və daşınmaz sərvəti Vəsilə Abulova son 3 ildə əldə edib. Bundan başqa Vəsilə xanımın ildə 3-4 dəfə 10-15 nəfərlik kampaniya ilə dünyanın ən məşhur kurortlarında və əyləncə mərkəzlərində istirahətə getdiyi də vurğulanır. Həmçinin həftədə bir neçə dəfə Bakının bahalı restoranlarında nahar edən edən Vəsilə xanımın aylıq restoran xərclərinin 100-ə qədər dəmir yolu işçisinin maaşı qədər olduğu vurğulanır. Hər ay Vəsilə xanımın gözəllik salonuna sərf elədiyi vəsait isə 2-3 min arasında dəyişdiyi deyilir.

Açığı bildirmək istəyirik ki, belə xərcləri ancaq milyarder xanım özünə rəva bilər və “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini Vəsilə Abulovanın bu qədər sərvətə necə nail olması ciddi suallar ortaya çıxarır. Yəni “Azərbaycan Dəmir Yolları” QSC-də korrupsiyanın səviyyəsi o qədər böyükdür ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini milyarderlər kimi yaşaya bilir? Bu sual eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova da aiddir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
29-12-2018, 13:29
Gələn ilin ortalarında Bakıətrafı dəmir yolunda bir neçə stansiya istifadəyə veriləcək
19-12-2018, 14:51
Bakıda gənc xanım məmur faciəli şəkildə öldü - FOTO
12-12-2018, 15:24
2019-cu ildə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Türkiyə paytaxtlarını birləşdirəcək
6-12-2018, 16:33
Məşhur “Huawei” şirkətinin direktoru saxlanıldı
1-12-2018, 13:12
Həbibdən xanım aparıcıya qarşı gözlənilməz hərəkət - VİDEO
7-11-2018, 16:16
Arzu Rəhimov kadrının oğlunun ölüm işini necə bağladı? - İlginc iddialar
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var