“Vəziyyət çox pisdir" - Toysuz qalan müğənnilər indi necə dolanırlar? - SORĞU
Şou-biznes
Oxunub: 506
18 Haz 2020 | 14:31
“Vəziyyət çox pisdir" - Toysuz qalan müğənnilər indi necə dolanırlar? - SORĞU Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbiylə Azərbaycanda toylar daxil olmaqla, bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır. Buna görə də gəlir yeri yalnız konsertlər, toylar olan musiqiçilər, artıq 4-cü aydır işsiz qalıb. Karantin rejimi yumşaldılsa da, bir çox sahələr fəaliyyətini bərpa etsə də, toylarla bağlı qadağalar qalmaqdadır. Sənət adamları toy mövsümünün açılmaması ilə bağlı nə düşünür? Onlar maddi problemlərini necə həll edirlər?
Lent.az bu vəziyyətlə bağlı ölkənin bir neçə tanınmışına müraciət edərək, sözügedən qadağaların onların maliyyə vəziyyətinə təsir edib-etmədiyi ilə bağlı maraqlanıb.

Müğənni Nazənin Salayeva deyir ki, bu vəziyyətin onun büdcəsinə təsiri yoxdur

“Mən sırf toylarla dolanan müğənni deyiləm. Həyat yoldaşım çalışır və evin bütün xərclərini o qarşılayır. Təkcə indi yox, ümumiyyətlə, oxumadığım, toya getmədiyim günlər çox olub. Bu müddətlərin hamısında da evi dolandıran həyat yoldaşım olub. Bütün bu olanların mənə adiyyatı yoxdur. İstər oxuyum, istər oxumayım, eynidir. Əvvəldən işimi elə qurmuşam ki, taleyim toylardan asılı deyil”.

Tanınmış ifaçı Damla da həmkarı ilə eyni fikirdədir

“Azərbaycanda bəlkə də yeganə müğənniyəm ki, toyların başlamasını səbirsizliklə gözləmirəm. Başlasa, lap gözəl olar. Amma bütün gün oturub toy olmadığını, niyə olmadığını, bundan sonra necə olacağını fikirləşmirəm. Əvvəllər oxumuşuq. Bu günümüzə şükür. Heç bir yatırımım yoxdur. Əlavə qurduğum iş, yaxud da biznesim də yoxdur. Gəlirim həmişə ifaçılıqdan olub. Reklamlar və Instaqram səhifəmdə olan paylaşımlardan, sosial şəbəkələrdən az miqdarda gəlir var. Yaranan maddi problemlərimi bunlarla həll edirəm”.

Müğənni Ayaz Qasımov isə vəziyyətdən gileyləndi

“Təbii ki, büdcəyə pis, hətta çox pis təsir edib. Başqa gəlir yerim də yoxdur. Hətta olsaydı belə, bu ümumi problem olduğuna görə, yenə də çətinlik yaradırdı. Büdcəni tənzimləmə məsələsinə gəldikdə, mən də bütün müğənnilər kimi hərəkət edirəm. Hesab edirəm ki, əsas can sağlığıdır”.

Rəqqasə Renka deyir ki, heç bir gəliri yoxdur

“Vəziyyət çox pisdir. Gəlirim də yoxdur. Bu bir yana qalsın, heç bizi anlayan da yoxdur. Hamı elə bilir ki, bizim pulumuz çoxdur. Amma elə deyil. Güclə dolanırıq. 3 uşaqla, gəlir yeri olmadan dolanmaq çətindir. Qarşıdan da məhərrəmlik ayı gəlir”.

Müğənni Nadir Qafarzadə: "Toylardan təkcə biz yox, bir çox insan çörəkpulu qazanır"

“Müğənni var ki, 10 il oxumasa da, yığdığı var-dövlət ona bəs edəcək. Müğənni də var ki, 10 gün oxumasa, acından öləcək. Təkcə müğənnilər yox, bir çox adamlar belə vəziyyətdədir. Hazırda heç bir gəlirim yoxdur. Hərdən həyat yoldaşım deyir ki, vaxtında bir biznes qurmadın. Belə baxanda, bizneslə məşğul olsaydım da, eyni vəziyyət yaranacaqdı. Bu gün insanlar əllərində olan pulu verib heç nə almaq istəmir. Sabah nə olacaq, heç kim bilmir. Bu vəziyyət nə qədər davam edəcək, hər kəs xəbərsizdir. Həyata olan ümid kəsilib. Mart ayından başlayaraq toylar yoxdur. Artıq 4 aydır. Əlimizdəki pulu da camaatla bölüşdük. Çünki insanların buna ehtiyacı var idi. Artıq olan da qurtardı. Pul yerdən çıxmır. Ardı gəlmir. Əsas odur ki, övladlarıma təhsil vermişəm. Özümə, övladlarıma ev və maşın ala bilmişəm. Hələ gücüm də var. İşdən qorxan adam deyiləm. Vaxtı ilə fiziki işdə də işləmişəm. Yenə də işləyərəm”.
Sonda onu da qeyd edək ki, toyların olmaması təkcə sənət adamlarının maddi durumuna yox, bir çox sahələrə mənfi təsir edir. Yəni, toylardan, sadəcə yalnız musiqiçilər qazanmır. Bu sektor, mağazaları, gözəllik salonlarını, gül-dekor xidmətini, şirniyyatı, aşpazları, fotoqrafları, videoqrafları, xidmət sektorunu, avtomobil icarəçilərini, dərziləri, geyim dükanları, ziynət əşyaları satanı, elektronika malları da daxil olmaqla böyük bir ölkəni işlə təmin edən sistemdir.
31-05-2020, 13:21
Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA
17-01-2020, 16:37
Yanğın nəticəsində evsiz qalan ailə yardım gözləyir - VİDEO
7-08-2019, 12:47
Azərbaycanda varlıların ən çox əziyyət çəkdiyi məqamlar - Kasıblara həsəd aparırlar
24-01-2019, 12:46
Nazəninə görə Təranə və Musaya qadağa qoyuldu
23-01-2019, 10:13
Məşhur idmançıya şok ittiham: arvadının yanında başqa qadınla yatıb
14-01-2019, 14:15
"Bəzilərinə baxanda, adam ölmək istəyir" - Nadir
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"