Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA
İqtisadiyyat
Oxunub: 410
31 May 2020 | 13:21
Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA Yay gəlir, dünyanın hər yerində təyyarə uçuşları bərpa olunur. Pandemiyanın tam başa çatmadığı zamanda aviasəfərlər yoluxmaya necə təsir edə bilər? Bu şəraitdə hansı addımlar atılmalıdır?
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib ki, əslində belə müzakirələrin yaşanacağı elm adamlarına hələ bu virus yeni yayılarkən məlum idi:
“Sadəcə, virusla mübarizənin ilkin mərhələsində prioritetlər fərqli olduğuna görə, bu mövzu o qədər də ictimailəşməmişdi. İndi isə tətil mövsümü yaxınlaşdığına görə artıq bu mövzu hər kəsi narahat etməyə başlayır. Xüsusən də ölkələr arası uçuşlar zamanı təyyarə kabinində ola biləcək yoluxma halları nəinki sadə vətəndaşları, eləcə də böyük aviaşirkətləri və ölkə rəhbərliklərini də narahat edir”.
N.Abdullayev bildirir ki, son elmi tədqiqatlara görə, virusun yayılmasında əsas yeri damcılardan da kiçik olan aerozollar tutur və virusun 50%-i məhz aerozollar vasitəsi ilə yayılır. Məhz bu aerozollar da təyyarə kabinində yoluxma hallarına səbəb ola bilər. “Amma qeyd etdiyim kimi, bu problem daha öncədən artıq elmə məlum idi və yaranacaq müzakirələrə elmi cavab vermək üçün də artıq bu sahədə də tədqiqatlar var. Həmin tədqiqatlar göstərir ki, təyyarə salonunda hava axınının istiqaməti bəlli olduğundan müəyyən şərtlərə əməl etməklə aerozolla yoluxmanın qarşısını almaq mümkündür. Belə ki, virus daşıyıcılığına şübhə olanların təyyarənin müvafiq yerində əyləşdirilməsi, sərnişinlərin maskalardan istifadəsi və həmçinin məsafənin də saxlanılması həmin şərtlərə daxil olan vacib faktorlardır. Təyyarə kabinində sərnişinlər arasında məsafələrin saxlanılması maliyyə baxımından aviaşirkətlər tərəfindən dəstəklənməsə belə, maskaların aerozolların yayılmasını əngəlləməsi və təyyarələrdə olan hava axınının istiqamətinin öncədən bəlli olması faktları nəzərə alınarsa, yoluxuculuq qabiliyyətinə malik viruslu aerozolların bütün təyyarə sərnişinlərini yoluxdurması halı gözlənilən deyil”.
Maraqlıdır, bu tədbirlərlə yoluxmanın qarşısını almaq olarsa, onda bu günə qədər təyyarələrin uçuşuna niyə icazə verilmirdi?
Həmsöhbətimiz deyir ki, cavab sadədir: “Hər kəs bilməlidir ki, dünyanın hər yerində bu məsələlər siyasi qərarla həll olunur və elmin rolu burada sadəcə siyasətə dəstək olmaqdır. Amma bir şeyi unutmamalıyıq ki, təyyarə uçuşları mümkün olan zaman narahatlıq təkcə kabində yoluxma ilə bağlı deyil. Vacib məsələlərdən biri də virus daşıyıcısı olan insanın hər hansı bir ölkəyə daxil olan zaman müəyyən qrup insanları yoluxdurmasıdır ki, bu da yenidən ölkədə fərqli problemlərə gətirib çıxarda bilər”.
28-05-2020, 12:23
Azərbaycanlı həkimdən SOS: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…”
10-05-2020, 21:41
Alim koronavirusun gizli tərəflərini İFŞA ETDİ: “Ən təhlükəli xüsusiyyətidir”
25-04-2020, 09:33
İmmunitetimizin güclü olduğunu necə yoxlamaq olar? - VİRUSOLOQLAR AÇIQLADI
17-04-2020, 20:09
Azərbaycan Prezidenti: Biz karantin rejimindən mərhələli yollarla çıxmalıyıq
16-04-2020, 19:08
ÜST nümayəndəsi: Pandemiyanın pik nöqtəsi hələ qabaqdadır, vaksin gec hazır olacaq
16-04-2020, 18:13
Azərbaycanlı həkimlərdən yeni model: COVID-19-a gizli yoluxanları saymaq mümkün olacaq
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...