Qaraqurtlunun qaranlıq günləri: “Naqillər sallanır, dayaqlar çürüyüb, meh əsən kimi...”
“15 ildir ki, bu kənddə yaşayıram. Bu illər ərzində həmişə qaz və işıq problemi olub. Sənədlərdə bizim bu yaşayış yerlərimiz qazla təmin olunmuş göstərilir, amma fakt olaraq qaz yoxdur”.Xaçmazın Qaraqurtlu kənd sakinləri uzun müddətdir qaz və elektrik enerjisinin olmamasından şikayətçidilər. Onlar qəzalı vəziyyətdə olan elektrik dayaqları və xətlərinin yenilənəcəyi günü gözləyirlər. Yaşadıqları yerin sosial problemlərindən təngə gəldiklərini deyən kənd sakini Tərlan Məhərrəmov, bu vəziyyətin onların yaşayışını çətinləşdirdiyini də bildirib:
“Kəndin yarısı qazla təmin olunub, qalan hissəsi isə yox. Bax bura yol çəkilib. Hə, bu yol çəkilməzdən əvvəl qazı, işığı bizim tərəfə də çəksəydilər yaxşı olardı”.
Kəndin digər sakini Elşən Heybətov da qonşusunun sözlərini təsdiqləyir:
“Bax, yolun o biri üzündən, haradasa 20 metr aralıdan qaz xətti keçir. Amma bizdə qaz yoxdur. Bu nə vaxta qədər belə olacaq? İllərdir bu əziyyəti çəkirik. Müraciət də edirik, deyirlər ki, sənədlərdə qazla təmin olunmusunuz. Bizə söz verdilər ki, qaz çəkiləcək. Amma 6 ay keçib hələ də bir xəbər yoxdur. Kəndin 40-50 evi bu əziyyəti çəkir. Qarşıdan qış gəlir. Biz yenə əvvəlki illərdəki kimi soyuqda qalacağıq”.
Problem təkcə qazla bitmir. Kənd sakinlərini narahat edən digər ciddi problem işıqsızlıqdır. Elə qaz kimi işıq da yolun digər tərəfində mövcuddur. Sakinlər naqillər vasitəsi ilə evlərinə işıq çəksələr də, dəyişən heç nə yoxdur. Kənd sakini Tərlan Məhərrəmov deyir ki, naqillərin yöndəmsiz çəkilməsi qəzalı vəziyyət yaradır:
“Elektrik xətləri pis vəziyyətdədir. Bir balaca meh olanda, yağış yağanda işıqlar sönür. Hələ güclü külək, leysan yağışlar yağanda iflic olmasını demirəm. Saatlarla, günlərlə işığın yanmasını gözləməli oluruq. İşıqlar o qədər zəifdir ki, adi fen, yaxud da başqa bir elektrik əşyasından istifadə etmək istəyəndə tamamilə zəifləyir, ya da sönür. Bir ildir ki, gətirib yolun kənarına transformator qoyublar. Amma kəndi işıqla təmin etmək üçün onu hazır vəziyyətə gətirən yoxdu. Yaranmış duruma görə sözümüzü kimə, haraya deyəcəyimizi də bilmirik”.
Sabah burda bir adamı cərəyan vursa, buna kim cavab verəcək?
Bu sual artıq uzun müddətdir ki, Qaraqurtlu kənd sakinlərini narahat edir. Kəndin təxminən 50-ə yaxın evini əhatə edən və bərbad vəziyyətdə olan elektrik xətləri sakinlərin həyatı üçün əsl təhlükə mənbəyidir. Kənd sakini Elşən Heybətov deyir ki, işıq dirəkləri olduqca etibarsız, naqillər isə istismara yararsızdır:
"Uşaqları az qala bir neçə dəfə cərəyan vura. Naqillə sallanır, dayaqlar pis gündədir, əksəri çürüyüb. Naqillər havada adam boyundan da aşağı hündürlükdən keçir. Naqillərin əksəriyyəti də, izolə olunmadan bir-birinə bərkidilib. Vaxtı-vaxtında işıq pulunu ödəsək də, şikayətimizə baxan yoxdur. Uşaqlar məktəbə gedəndə arxalarınca baxıram ki, naqil qırılıb başlarına düşməsin. Heç kim də gəlib bununla maraqlanmır".
Problemlə bağlı Lent.az -a danışan Xaçmaz Regional Elektrik Şəbəkəsinin rəisi Firudin Ağaxanov bildirilib ki, Qaraqurtlu kəndinin sözügedən ərazisi yeni yaşayış massividir:
“Problemin aradan qaldırılması üçün qurum tərəfindən layihə hazırlanıb. Yaxın günlərdə həmin yaşayış massivlərində elektrik naqillərinin və dayaqların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçiriləcək”.
"Azərişıq" ASC-nin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, deyilən nöqsanların aradan qaldırılması üçün yenidən qurulma layihəsini gözləmək lazımdır. Layihəyə görə, təkcə Xaçmaz rayonunun Qaraqurtlu kəndinin deyil, bu problemin mövcud olduğu ölkənin digər rayon və kəndlərində də işıq sistemi yenisi ilə əvəz olunacaq. Transformatorlar və bütün xətlər yenilənəcək. Amma bütün bunlar sıra ilə olmalıdır.
3-08-2020, 11:15
Bu rayona güclü leysan yağdı, kəndlərin işığı kəsildi
21-06-2020, 12:53
Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırıb
27-12-2018, 13:29
Bakıda sakinlər üç gündür susuz qalıb: Borcu kim ödəməlidir?
16-12-2018, 13:28
Ölkədən ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb
24-11-2018, 15:14
Tam təchizatlı xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında - VİDEO
22-11-2018, 14:31
Neftcala rayonunun Qacaqkənd kəndində hələdə işiqsız evlər var.Adı belə olsun.
Dün, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
Dün, 15:40
Bakıda qətl törədildi
Dün, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
Dün, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
Dün, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
Dün, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi