Mediaya ləkə olan savadsızların zənnimizcə, bir adı var: Şərəfsiz!
Siyasət / Mədəniyyət / Cəmiyyət
Oxunub: 465
19 Tem 2022 | 10:23
Mediaya ləkə olan savadsızların zənnimizcə, bir adı var: Şərəfsiz!
Bilirik ki, Milli Mətbuat hər bir dövlətin xüsusi hakimiyyəti kimi xarakterizə edir. Məhz Azərbaycanda da Millli Mətbuatın dördüncü hakimiyyət hesab olunması bu zəruri prosesin bir məntiqidir. Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Lakin çox təəssüflər olsun ki, qlobal informasiya sisteminə qoşulduğumuz vaxtda mətbuat müstəvisində tərcümeyi-halını belə yaza bilməyən, auditoriya görməyən, azad sözün, azad mətbuatın dəyərlər sistemini pozan şəxslər - bir növ hər yerindən duran qəzet, sayt, digər informasiya şəbəkəsi açır, agentliklər yaradır, öz çirkin xarakterlərini ortaya qoyur, media resurslarına biznes kimi baxır və bununla hazırkı söz bazarında çaxnaşma salır, iyrənc oyunları, gülüş doğuran hoqqaları ilə mətbuat dəyərlərini heçə endirirlər. Elələrinə savad lazım olmur; çünki məqsədləri pul qazanmaqdır deyə, yanlarına bir gözəlçə salır, onu idarələrə, hətta çirkin yuvalara belə ötürürlər. Təki pul olsun. Yazılarını yazmağa adam tapırlar. Bu, onlar üçün dərd deyil. Ürək bulandıran isə odur ki, ona-buna yazdırdıqları hazır yazıların altından utanmadan öz imzalarını qoyur, sinələrini qarpız yemiş xoruz kimi qabağa verirlər. Amma gecə barlarından, küçə kafelərindən, əyyaşlıq klublarından, qoyun-quzu fermalarından, Allah bilir, daha haralardan gəldiklərini dərhal unudurlar.
Əslində, jurnalist yaltaq, qorxaq, məddah, çoxüzlü və riyakar olmamalı, bir qarın yeməyə, beş-on manat pula görə haqqı nahaqqa qurban verməməlidir. Bu işi görənlərin şübhəsiz, mənliyi, ləyaqəti, vicdanı, əqidəsi, olmur. Bir qələm adamı ki, hər şeyini pula satır, ondan başqa nə gözləmək olar? Belələri pul ala bilmədiyi üçün kəskin tənqid atəşinə tutdurduğu məmuru sonradan pul qarşılığında elə təriflətdirir ki, elə bilirsən peyğəmbər haqqında dastan bağlatdırırlar. Bu tiplərin, mediaya ləkə olan bu şəxslərin zənnimizcə, bir adı var: Şərəfsiz! Əbəs yerə deyil ki, elələrinə jurnalist yox, zurnalist - yəni zurnaçı deyirlər.
Ürəkağrıdan haldır ki, yazılı mətbuat demək olar ki, tam sıradan çıxıb. Hazırkı sayt, internet kanalı bolluğu yazılı medianı mənasız, şit, bayağı, əttökən yazı və verilişlərin təsiri ilə ört-basdıra salıb. Səviyyəsiz «jurnalistlər» də hələ ki, kefdədirlər. Az qala kafe, çayxana, küçə və dalanlardan da pul çıxaran bu tiplər üçün nə dövlət anlayışı var, nə mətbuat. Adi bir xəbər belə yaza bilmək bacarıqları olmayan bu köntöy qorxaqlar öz içlərindəki «səviyyə»ni çox rahat nümayiş etdirir, dilənib alacağı pula görə lazım gəlsə, öz ata-anasını, qardaş-bacısını hərraca qoyur. Bunlardan dövlətimizə qarşı istənilən vaxt nə desən, gözləmək olar. Ağıllıları dəli, dəliləri qismən ağıllı olan bu tərz «həşəratlar»ın sayt açmaqda məqsədləri də bəllidir, şəxsi-qərəzlikləri də. Zənn edirəm ki, belələri mətbuata yuyulmaz ləkə və heç yerindən iynə keçməyən yamaqdır. Onlar hətta dövlətimizin mətbuata verdiyi böyük dəyəri də nüfuzdan salırlar. Aidiyyatı orqanların əsas iş və vəziyələrindən biri belə ziyanvericiləri mətbuatdan təmizləməkdir. Çünki ziyanverici həşərat kimi günbəgün çoxalan, alaq otları kimi artan, qaraçıdan heç bir əlamətlərinə görə fərqlənməyən belələrinin ucbatından istedadlı qələm adamları da aşağılanır, nüfuzdan düşür.
Səmimi deyək ki, azad mətbuat savadlı qələm adamlarının təcrübəsi ilə özünün ictimai və dövlət ənənələrini inamlı şəkildə qoruyur. Bu səbəbdəndir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərir. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnalın fəaliyyət göstərməsi də bu labüd ənənənin bir təzahürüdür. Lakin belə
bir halda ölkə və mətbuat dəyərlərini nüfuzdan salan, qaraçı təsiri bağışlayan şəxslərin haradansa peyda olub pul qazanmaq naminə min cür hoqqalardan çıxması aidiyyatı orqanların diqqətindən yayınmamalıdır. Bu kimi çirkin hallar ümummilli lider Heydər Əliyevin başladığı, cənab İlham Əliyevin uğurla davam etdirdiyi mətbuat zəminlərinə bir zərbə, bir ləkədir.

Raqif Nazimoğlu
2-03-2021, 10:25
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
2-03-2021, 11:09
Prezidentin mətbuat konfransı informasiya müharibəsində Azərbaycanın daha bir uğurudur
17-01-2020, 16:50
MSK mətbuat qrupunun tərkibini dəyişdirdi
6-06-2022, 20:05
Ramiz Mehdiyevsiz MEDİA nə ilə fərqlənir? - İNCƏLƏMƏ...
3-09-2020, 09:14
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı
22-07-2020, 15:35
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür.
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı