Prezidentin mətbuat konfransı informasiya müharibəsində Azərbaycanın daha bir uğurudur
Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən mətbuat konfransı Vətən müharibəsindən sonra meydana çıxan bir çox suallara aydınlıq gətirmək baxımından mühüm əhəmiyyətə malik idi. Mətbuat konfransında həm bu suallara aydınlıq gətirildi, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış kifayət qədər ciddi mesajlar verildi.Bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, bu mətbuat konfransı informasiya müharibəsi müstəvisində Azərbaycanın daha bir uğuru kimi qiymətləndirilə bilər. Onun fikrincə, mətbuat konfransının keçirilməsi ilə bağlı vaxtın düzgün seçilməsi də xüsusi önəmə malikdir:
“Fikrimcə, xarici jurnalistlərlə ünsiyyət üçün vaxt da dəqiqliklə seçilmişdi. Bu, bir tərəfdən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının 29-cu ildönümünə təsadüf edirdi ki, bu da faciə haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, Vətən müharibəsindən sonrakı dövrdə regionda və dünyada baş verən proseslər kontekstində bir çox məsələlərin aydınlaşdırılması zərurəti yaranmışdı. Eyni zamanda, Ermənistana, Cənubi Qafqazda maraqları olan bir çox dövlətlərə müəyyən mesajlar verildi. Azərbaycanın prinsipial, qətiyyətli və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi bir daha ifadə olundu. Hesab edirəm ki, son dövrlər baş verən bəzi hadisə və proseslər kontekstində buna ehtiyac yaranmışdı”.
Millət vəkili vurğulayıb ki, mətbuat konfransının xarici kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, müxtəlif reaksiya və şərhlərə səbəb olması nəticə etibarilə qarşıya qoyulan məqsədə nail olunduğunu deməyə əsas verir. Qeyd edib ki, Ermənistanda revanşist fantaziyalarla yaşayan bəzi siyasi qüvvələrə də kifayət qədər açıq mesajlar verildi. “Həm 2016-cı il aprel döyüşləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirildi, həm də Azərbaycanın ermənilər yaşayan ərazilərinin inteqrasiyası ilə bağlı çox önəmli mesajlar verildi. Ermənistanın bu ərazilərdə təxribat xarakterli fəaliyyətinin izlənildiyinə dair qeyd olunan məqamların hər biri isə əslində xəbərdarlıq kimi qiymətləndirilməlidir”.
S.Məmmədov bildirib ki, Prezidentin mətbuat konfransında toxunduğu vacib məqamlardan biri də işğaldan azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün dövlət tərəfindən atılacaq addımlarla bağlı olub. Deputat qeyd edib ki, azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin, nəqliyyat-logistika planlarının reallaşdırılması ölkənin həyatında yeni bir mərhələnin başlanmasına səbəb olacaq.
2-03-2021, 10:25
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
1-03-2021, 10:32
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır - Deputat
3-09-2020, 09:14
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı
30-06-2020, 12:14
Kamran Bayramov: Cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz və hörmət qazandırır
24-06-2020, 10:06
MTRŞ və Mətbuat Şurasına yeni səlahiyyət verildi
20-06-2020, 14:57
Ali məktəblərə qəbul imtahanları onlayn keçiriləcək? - Aydınlıq gətirildi
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...