Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır - Deputat
Siyasət
Oxunub: 389
1 Mrt 2021 | 10:32
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır - Deputat “Fevral ayının 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında regiondakı ictimai-siyasi vəziyyət, Qarabağda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi, bərpa-quruculuq, kommunikasiyaların açılması, eləcə də beynəlxalq birlik üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaranan yeni imkanlar və digər mövzuda sualları cavablandırarkən səsləndirdiyi fikirlər olduqca mühüm siyasi mesajlar kimi gündəmdə yer aldı. Dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını 4 saat ərzində 4 dildə cavablandırmaq böyük istedad, siyasi məharət, dərin məntiq və təmkinlilik tələb edirdi. Xarici jurnalistlərdən biri cənab Prezidentin bu qədər geniş və dərin məlumatlı olmasına, bir neçə xarici dildə sərrast cavab verməsinə heyranlığını gizlətmədi. Bütün dünya Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun şahidi oldu.”
Bunu millət vəkili Tamam Cəfərova söyləyib.
Deputat bildirdi ki, mətbuat konfransının məhz fevralın 26-da keçirilməsi təsadüfən şeçilməmişdir. Dövlətimizin başçısı bütün dünya ictimaiyyətinə bəyan etdi ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və beynəlxalq aləmə bir mesaj vermiş oldu ki, bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır. Prezident diqqətə çatdırdı ki, bütün dünya Xocalı soyqırımını tanımalıdır və bu cinayəti törədənlər cəzalandırılmalıdır.
Azərbaycan Prezidenti müdrik siyasi qərarları ilə yeni geosiyasi reallıqlar yaradır, regiona yeni düzən verir və ənənəvi qüvvələr balansını xeyrimizə dəyişir. Qarabağ probleminin həll edilməsi regionun siyasi və iqtisadi xəritəsini dəyişməkdə, yeni transkontinental, birgə əməkdaşlıq platforması daha da möhkəmləndirməkdədir. Azərbaycan yaxın qonşuları olan Türkiyə, İran, Rusiya və Gürcüstanla bərabər, digər dövlətləri də reinteqrasiya proseslərinə dəvət etməklə regional əməkdaşlıq bucaqlarını dərinləşdirir.
Mətbuat konfransında Prezident bir sıra məsələlərə də aydınlıq gətirdi və çox önəmli mesajlar verdi.
Qarabağın statusu ilə bağlı İlham Əliyevin qəti və konkret cavabı da olduqca maraq doğurdu, Prezident möhtəşəm cavabı ilə bu mövzuya da nida işarəsi qoydu: “Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb. Azərbaycan bu münaqişənin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib. Öz çıxışlarımda statusun ünvanını göstərmişəm. Bir daha ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil”.
Prezidentin bəyan etdiyi kimi Azərbaycanın ərazi bütövlüyü təmin edilib və indi Qarabağ Aranlı, Dağlı Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bəzi qüvvələr ermənilərə boş-boş xəyallar qurmaq vədi verir, ancaq bu xülyalar və əsassız istəklər Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Qarabağda hamı bərabərliklə Azərbaycan qanunları ilə yaşayacaq. Burada yaşayan ermənilər digər xalqlar kimi Azərbaycanın vətəndaşlarıdır və Azərbaycan qanunlarına tabedir. Kimlərsə yenə də özlərinə Azərbaycan ərazisində qondarma dövlət qurmaq xülyası ilə yaşayırlarsa, özlərinin sonunu hazırlayırlar: “Onlar deyə bilməzlər ki, onların hansısa “Artsax” adında dövlətləri var. Elə bir dövlət yoxdur, olmayıb, olmayacaq da. Bu sayıqlamaları kənara atıb Azərbaycan vətəndaşları kimi yaşamaq lazımdır. Biz onları beyni yuyulmuş Azərbaycan vətəndaşı hesab edirik”.
Azərbaycan Prezidenti revanşist faşist erməniləri bir daha məsuliyyətli və ağıllı olmağa dəvət etdi: “Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”.
“Mətbuat konfransında səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan bu gün dünya miqyasında nüfuzlu və inkişaf etmiş ölkə kimi bölgənin sabitliyi üçün çox önəmli rola malikdir. Bu baxımdan Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır”, millət vəkili Tamam Cəfərova belə dedi.
1-03-2021, 10:36
Prezident İlham Əliyev mətbuat konfransında təmkinlə ölkəmizin səmimi niyyətini açıqladı - Deputat
24-12-2020, 10:34
Qarabağda status-kvonun dəyişməsi Prezident İlham Əliyevin həqiqi uğurudur - Latviyanın sabiq prezidenti
22-12-2020, 13:46
Prezidentə “Xalq Qəhrəmanı” dövlət mükafatı verilməlidir - Siyasi ekspert
22-09-2020, 11:30
BMT-nin iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bir daha dünyada söz sahibi olduğunu göstərdi - Deputat
30-06-2020, 12:14
Kamran Bayramov: Cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz və hörmət qazandırır
11-01-2019, 13:54
Rufiz Qonaqov: Qoşulmama Hərəkatına sədrlik Azərbaycana öz həqiqətlərini dünyada daha geniş yaymaq üçün əlavə imkanlar verəcək
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...