Kremlin antierməni ritorikası arxasındakı motiv - Rusiya “valı” dəyişir

Azərbaycanın təpki və narazılıqlarının ardınca son vaxtlar Rusiya tərəfdən Bakıya ünvanlı bəzi reveranslar müşahidə edilməkdədir. Özü də erməniləri qıcıqlandıran reveranslar. Məsələn, ərazimizdə bloklanan “RİA-Novosti” dövlət agentliyi separatçı-quldur Beqlaryanla təxribatçı müsahibəsini sildi. Ardınca “Rossiya-24" kanalı Azərbaycan (Qarabağ, Şuşa) haqda erməniləri qəzəbləndirən 9 dəqiqəlik reportaj yaydı.
İki gün öncə isə Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən “stepanakert” adı silinib. Bundan əlavə, iyunun 7-də Moskva muzeyində Edmond Petrosyan ad-soyadlı erməni rəssamın əsərlərinin sərgisi öncə “Edmond Petrosyan. Dağlıq Qarabağdan sirlər” reklam lövhəsi ilə təqdim olunsa da, sonra “Dağlıq Qarabağ” sözü yığışdırılıb, üstəlik, sərginin təsvirində “stepanakert” sözünün qarşısında mötərizədə şəhərin gerçək adı - Xankəndi göstərilib.
Moskva erməniləri sərginin ilkin adının dəyişdirilməsinə nəyin səbəb olduğunu öyrənmək qərarına gəliblər. Şərq Muzeyi direktorunun müavini, Rusiya Elmlər Akademiyasının professoru İlya Zaitsevin cavabı isə onlar üçün çox məyusedici olub: “Fakt budur ki, siz də bunu bilməlisiniz, Dağlıq Qarabağ ərazisi beynəlxalq birlik və Rusiya tərəfindən Azərbaycan Respublikasının bir hissəsi hesab olunur. Məndən soruşursuz ki, niyə ”stepanakert" sözünün yanında şəhərin azərbaycanca adı yazılıb. Çünki bu, Azərbaycan hakimiyyəti tərəfindən tanınan şəhərin rəsmi adıdır. Əgər Rusiyanın bu ərazinin Azərbaycan Respublikasının bir hissəsi kimi tanınması ilə bağlı mövqeyi varsa və bu, Rusiyanın rəsmi mövqeyidirsə, siz muzeyin Rusiyanın rəsmi mövqeyinə zidd getməsini istəyirsinizmi?"
Bəs görəsən ən yüksək səviyyədə “dobro” alındığı şübhə doğurmayan bu kimi jestlər davamlı olacaqmı, yoxsa müvəqqəti xarakter daşıyır? Məqsəd nədir? Rusiya öz satellitini bu yolla həm də cəzalandırmaq istəyir, yoxsa bu sırf Lavrovun Bakı səfəri öncəsi Bakının “könlünü” almağa hesablanmış gedişlərdir? capar.info -nın məlumatına görə, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, əsas məqamlardan biri məhz Rusiya xarici işlər naziri Serqey Lavrovun İrana səfərindən sonra Azərbaycana gəlməsidir: “Eyni zamanda, səfərin Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistan səfərindən sonrakı ərəfəyə təsadüf etməsidir. Deməli, Rusiya xarici siyasətində prioritet olan və Avropa, Türk dünyasının təsiri məsələsini də gündəmdə saxlamağa çalışır və siyasətini buna uyğun korrektə edir. Cənab İlham Əliyev görüşlə bağlı qeyd etdi ki, Rusiya xarici işlər naziri ilə müzakirələrin mövzusunun Cənubi Qafqaz regionundakı vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi olacaq və əsas mövqeyimiz də regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Təəssüf ki, bu suallar hələ cavabsız qalır, lakin biz hələ də bu təklifin qəbul ediləcəyinə ümid edirik. Yəni bizim əsas fikrimiz Ermənistan-Azərbaycan münaqişəsinə nöqtə qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tutan 4-cü bəndinə aiddir. Məlumdur ki, ən ciddi məqam Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginliyə gətirən əsas amildir”.
A.Nağıyev qeyd etdi ki, Lavrovun Tehranda apardığı danışıqlar da İranın nüvə sazişinin gələcəyi, Ukrayna və Əfqanıstanla yanaşı, Qafqazdakı vəziyyət və enerji və nəqliyyat sahəsində əsas layihələrin həyata keçirilməsinə Qərbdən asılı olmamaq üçün öz iqtisadi əlaqələrini yenidən baxılması vacibdir: “Azərbaycan olaraq bizim mövqeyimiz həm də Rusiya və Azərbaycan prezidentləri tərəfindən fevralın 22-də Moskvada imzalanmış müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsidir. Rusiya öz tərəfdaşı kimi erməni tərəfinə sual etsin ki, niyə məhz bu görüş ərəfəsində ənənəyə uyğun olaraq atəşkəsi pozur, iyunun 20-nə keçən gecədən 21-i səhər saatlarına qədər Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə kəndləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan Azərbaycan ordusunun mövqeləri atəşə tutur?
Yenə də 10 noyabr sazişinə qayıtsaq, 4-cü bəndin yerinə yetirilməsinin təminatçısı Rusiya hesab edilir və onun əməl etməməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına maneələrdən biri olaraq qalır. Sənədin 4-cü bəndində belə deyilir: “Ermənistan silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir”. Rusiya özünü danışıqlarda moderator qismində görürsə və Qərbin iştirakından qısqanırsa, dəqiq addımlar atmalıdır və bəyan etməlidir ki, Qarabağdakı ermənilərin iki yolu var: birinci, Azərbaycan cəmiyyətinə hüquq sahəsinə reinteqrasiyadır. İkincisi, bununla razılaşmayanlar ölkəni tərk etməlidirlər. İndi seçim erməni əsilli Azərbaycan vətəndaşlarınındır. Təbii ki, Rusiyanın müəyyən üstünlüyü var, lakin Brüssel getdikcə fəallaşır və Moskva ilə rəqabət aparmağa çalışır. Ona görə də Rusiyanın da əsas işi Ermənistan-Azərbaycan nizamlanmasında davam edən əsas rolunu nümayiş etdirmək olmalıdır".
A.Nağıyev hesab edir ki, bu gün Rusiyanın belə bir şansı var: “Bizim məqsədimiz sülhə nail olmaq və gələcək işlərimizi qurmaqdır. Rusiya dərk edir ki, biz vətəndaşlarımızın rifahı naminə nəinki Rusiyaya qarşı sanksiyalara qoşulmadıq, hətta ticari-iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduq və bu ilin birinci yarısında Rusiya buğdasının alışını kəskin artırdıq. Paralel olaraq qeyd edək ki, Qərb məhsullarının Rusiya bazarından geri çəkilməsindən sonra region ölkələri, o cümlədən İran və Türkiyə ilə ticarət əlaqələrinin əhəmiyyəti artır, yeni logistika marşrutlarının, həmçinin Azərbaycandan keçən marşrutların əhəmiyyəti artır. Bunda Moskva və Bakının maraqları üst-üstə düşür - Zəngəzur dəhlizinin açılması məsələsinin həlli də ən mühüm məsələlərdən birinə çevrilir. Bir sözlə, Rusiya da Ermənistan da başa düşür ki, regionun ən ciddi siyasi , iqtisadi və humanitar, mədəni və deyərdim ki, ləyaqətli ”oyunçusu" məhz Azərbaycandır..."
Politoloq İlyas Hüseynov isə bildirdi ki, Rusiya diplomatiyası hər zaman öz marağın olan addımlar atmaq lazım olanda proseslərə müdaxilə edir və bu müdaxilə hüququnu özündə saxlayır: “Sanki əsas istək ”qırmızı" və “yaşıl işığı” zamanında yandırmaqdan ibarətdir. Yaxın keçmişdə bir sıra bu cür yanaşmaların şahidi olmuşuq. Ölkəmizdə bloklanan “RİA-Novosti” dövlət agentliyinin separatçı-quldur Beqlaryanla təxribatçı müsahibəsinin silinməsi və “Rossiya-24" kanalının Azərbaycan (Qarabağ, Şuşa) haqda erməniləri qəzəbləndirən 9 dəqiqəlik reportaj yayması da nümayiş etdirir ki, rəsmi Kreml münasibətlərə yenidən baxmaqda maraqlıdır. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı regionda fəallaşıb və cəmi 1 ay fasilə ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə 2 görüş keçilib. Ermənistanda müxalifətin fiaskoya uğrayan nümayişləri də bir nəticə verməyincə ”B planı" işə salınıb".
İ.Hüseynov qeyd etdi ki, Rusiya Cənub sərhədlərində möhkəmlənmək və öz ətrafına tərəfdar toplamaqda maraqlıdır: “Məhz bu səbəbdən Avropaya səfəri alınmayan Rusiyanın xarici işlər naziri Sergey Lavrov regionda səfərdədir və bir sıra mühüm məsələlərin müzakirəsini həyata keçirir. Ermənistan baş naziri Nikol Paşinyanın Minskdə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə Aleksey Overçuk və Mqer Qriqoryanın da iştirakı göstərir ki, Rusiya regional kommunikasiyaların açılmasında maraqlı və bütün təşəbbüslər bu yöndə davam edirilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Şəhidlər Xiyabanını ziyarət etməsi də bu qəbildən olan yanaşmalardır. Lakin bu yanaşmaların müvəqqəti xarakter daşıyacağı qənaətindəyəm. Çünki paralel olaraq Rusiya Azərbaycandan Həştərxana göndərilən 47 ton pomidoru geri qaytarıb. Ərzaq təhlükəsizliyinin ən aktual mövzu olduğu dövrdə məhz bu sahədə gərginliyin yaradılması da siyasi xarakter daşıyır”.
Rusiya XİN rəhbəri Sergey Lavrovun görüşləri, bu görüşlərdə milli maraqlarımıza toxunan hər hansı mövqe ifadə etməməsi, eyni zamanda Şəhidlər Xiyabanını ziyarət etməsi kimi məqamlar perspektivlə bağlı müsbət düşünməyə əsas yaradır. Ancaq yenə də nəticə çıxartmağa tələsməyək. Çünki cəmi iki həftə əvvəl İrəvanda Fərrux kəndindən bəhs edərkən delimitasiya söhbətini ortaya atmışdı...
7-03-2022, 19:49
Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə
18-12-2020, 10:34
Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir - Putin
26-08-2021, 14:17
Separatçı rejimin seçki OYUNU - "Sülhməramlıların qarşısında tələb qoymalıdır ki,.."
23-11-2020, 10:27
Putindən Qarabağla bağlı son söz
9-12-2021, 13:15
Qarabağdakı RUS İCMASI HOQQASI: Kimin marağındadır? - Kremlin xəbəri yoxdur?
23-11-2020, 10:58
Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərdi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı