Qarabağdakı RUS İCMASI HOQQASI: Kimin marağındadır? - Kremlin xəbəri yoxdur?
capar.info : - "Bu təxribatın arxasında Rusiyadakı erməni diasporu və şimal ölkəsinin imperalist dairələri dayanır. Məqsədləri də Moskvanı daha çox dərəcədə Qarabağa cəlb etməkdən ibarətdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Moskvanın Qarabağda rus sülhməramlılarının müvəqqəti nəzarət zonasında "rus icması” yaratmasına münasibət bildirərkən deyib:
"Məsələni qabardan Rusiyadakı erməni diasporudur. Kremlin əslində burada əli yoxdur. Yeni dövrdə xüsusən də Qarabağ erməniləri manevr imkanı qazanmaq üçün müxtəlif yollara əl atır. Dünyadakı erməni diasporunu dəstəyə çağırır, Qərbin prosesə müdaxilə etməsini istəyirlər. Bu manevr imkanları çərçivəsində Qarabağdakı separatçılar Rusiya faktoruna daha artıq dərəcədə əyilmək, ona yaxınlaşmaq yolunu tutur. Ümumiyyətlə, ermənilər rus sülhməramlılarının Qarabağda əbədi qalması üçün bir neçə istiqamətdə çalışır. Rusiyadakı erməni diasporu, habelə Ermənistan hakimiyyətində prezidentləri başda olmaqla bəziləri tez-tez bu amili qabardır. Həmçinin, Rusiyadakı ermənilərlə əlaqəli imperialist dairələr də həmin fəaliyyətin gerçəkləşməsi üçün ruslara xoş gələcək müxtəlif addımlar atırlar. Rus mədəniyyətilə bağlı parkın açılması, Xocalıda provaslav kilsəsinin tikilməsi də həmin addımlardandır. Bu kimi addımlarla Qarabağdakı ermənilər və onların Rusiya və İrəvandakı havadarları tarixi təcrübəyə istinad edərək Kremlin diqqətini Qarabağa yönəltməyə çalışırlar”.
Bu mənada həmsöhbətimizə görə, Xankəndidə rus icmasının yaradılması bölgəyə Rusiyanın diqqətinin daha çox artırılmasına və onun arxasında gizlənərək Qarabağın Azərbaycanın nəzarətindən kənarda qalmasına xidmət edir:
"Ardınca söhbəti ona gətirəcəklər ki, rus icması Qarabağda böyük əziyyət çəkir. Ona görə də Moskva həmin icmanı himayə etməlidir. Bilirsiniz ki, Moskva Rusiya xaricindəki ruslara yönəlik fəal siyasət sərgiləyir”.
Amma həmsöhbətimiz düşünür ki, Kremlin özü Azərbaycanı qarşısına alaraq Qarabağda rus icması məsələsində o qədər də maraqlı olmayacaq:
"Bu səbəbdən də atılan avantürist addım çox da keçərli olmayacaq. Putin hakimiyyəti müharibə dövründə və sonrakı proseslərdə göstərdi ki, məqsədləri heç də Azərbaycanla problem yaratmaq deyil, Azərbaycanla əməkdaşlıq yaradaraq Cənubi Qafqazda yeni səhifə açmaqdır. Digər tərəfdən, İrəvanda da vəziyyət dəyişib. Paşinyan hakimiyyəti Ermənistanın gələcəyini Rusiya ilə bağlamır. Onlar Cənubi Qafqaz daxilində əməkdaşlığa və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına xüsusi önəm verirlər. Bu isə Qarabağ ermənilərini narahat etdiyindən onlar müxtəlif manevrlərlə Rusiyanı bölgəyə daha çox cəkməyə çalışırlar. Rus icmasını yaratmaqla separatçılar həm də Azərbaycanı Moskva ilə münasibətləri gərginləşdirməyə təhrik etmək istəyirlər”.
Qeyd edək ki, mətbuatın yazdığına görə, Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında "rus icması”nın yaradılması prosesinə başlayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordov Qarabağdakı rus icmasına rəhbər seçilib.
13-11-2021, 17:29
"Biz Rusiyanın sülhməramlı qüvvələrindən tam başqa bir şey gözləyirdik" - Ramaldanov
13-11-2021, 17:29
"Biz Rusiyanın sülhməramlı qüvvələrindən tam başqa bir şey gözləyirdik" - Ramaldanov
15-10-2021, 11:45
Rus və erməni mediasından ABSURD İDDİA - “Xocavənddə bir rus əsgəri öldürülüb, biri isə yaralanıb”
11-09-2021, 12:12
Türkiyənin Qarabağda hərbi operativ qərargahları yaradılmalıdır - ÇAĞIRIŞ
26-08-2021, 14:17
Separatçı rejimin seçki OYUNU - "Sülhməramlıların qarşısında tələb qoymalıdır ki,.."
18-08-2021, 11:54
Rusiya Dağlıq Qarabağda pasport paylamağa hazırlaşır? - BU QƏRAR SAVAŞA SƏBƏB OLA BİLƏR...
Dün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Dün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Dün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Dün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Dün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Dün, 11:48
Yağış yağacaq – Bu günün havası
Dün, 11:39
Salah seçimini etdi
Dün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU