Rus və erməni mediasından ABSURD İDDİA - “Xocavənddə bir rus əsgəri öldürülüb, biri isə yaralanıb”
capar.info : - Oktyabrın 12-də Xocavənd rayonunun Tağavard kəndi yaxınlığında bölgədə xidmət edən rus sülhməramlıların bir əsgəri öldürülüb, biri isə başından aldığı güllə yarası səbəbindən hospitala yerləşdirilib. JAMAZ.İNFO xəbər verir ki, hadisənin hansı şəraitdə baş verdiyi barədə dəqiq məlumat yoxdur. Yaralı rus əsgərinin isə vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, bəzi rus mətbuatı, habelə erməni mediası bütünlüklə iddia edir ki, guya, rus hərbçilərinə Azərbaycan Ordusu hücum edib. Aralarında insident yaşanıb və onlar güllələnib. Hətta sosial şəbəkələrdəki erməni seqmentində məsələni bir qədər də böyüdərək, guya, Azərbaycan Ordusu oktyabrın 12-də Tağavarda hücum edib. “Onların qarşısını almağa çalışan rus sülhməramlıları döyüş zamanı yaralanıblar. Onlardan biri ölüb, digərinin isə vəziyyəti ağırdır”.
Bu əsnada Rusiya hərbi sənaye kompleksinə yaxın olan Avia.Pro saytı da iddia edib ki, guya, həmin rus hərbçiləri Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldürülüb.
Qeyd edək ki, Azərbaycan Ordusu nəinki Xocavənd, ümumiyyətlə, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə hər hansı əməliyyat, hücum və sair keçirməyib. Tağavard kəndində isə ümumiyyətlə, hər hansı atışma baş verməyib. Əgər belə bir hal baş versəydi, rəsmi qurumlar bunu təsdiqləyərdilər.
Bildirək ki, hazırda Qarabağda xeyli sayda başıpozuq silahlı dəstələr var. Onlar nəinki separatçılara, ümumiyyətlə, heç kimə tabe olmurlar. Hələ 10 noyabr anlaşmasından sonra Çanaxçıda 70 erməni diversantın saxlanılması, Ağdərə və Xocavənddə mövqelərimizə hücumların baş verməsi halları da təsdiq edirdi ki, Qarabağdakı silahlıların bir çoxu özünə ayrıca komandanlıq seçib və kimsəyə də tabe olmaq fikrində deyil.
Bundan başqa, Türkiyənin samballı mediası ilə yanaşı, siyasi dairələr də bəyan edirdilər ki, atəşkəs imzalanandan bu ilin yanvarın ortalarına kimi, Qarabağda ermənilərin hücumları nəticəsində 11 rus hərbçisi öldürülüb. Eyni zamanda, bir müddət əvvəl Ağdərədə ermənilərin rus sülhməramlılarına hücum etməsi, aralarında atışmanın olduğu barədə də təsdiqlənmiş məlumatlar vardı.
Görünən odur ki, ermənilər Rusiyadakı bəzi havadarları ilə birləşərək, Azərbaycan əleyhinə kampaniyaya start veriblər. Onlar rəy yaratmağa çalışırlar ki, guya, Azərbaycan tərəfi rus sülhməramlılarına atəş açır, onları öldürür və bununla da bölgədən getmələrinə nail olmağa çalışır. Bu xeyli müddətdir davam edən prosesin detallarından biridir və buna paralel olaraq, ermənilərin təxribatlara əl atdıqları da sirr deyil.
Aydın məsələdir ki, bütün bunlar yalan məlumatdır. Yəni, cinayət ermənilər tərəfindən həyata keçirilib və günahı bizim üzərimizə atmaq istəyirlər. Tağavardda əgər belə bir hadisə baş veribsə, rusların güllələnməsini ermənilər özləri həyata keçiriblər. Şübhəsiz ki, onların bu təxribatları baş tutmayacaq, planları isə başlarında çatlayacaq. Ağıllarınca aranı vurmaq istəyirlər.
15-10-2021, 11:17
İLGİNC: Dünən gecə Qarabağda nə baş verib? - TƏFƏRRÜAT Tarix: Bu gün, 10:09 | Çap et
27-09-2021, 15:55
Ermənilər Ağdərə ətrafında partlayış səsləri eşidilməsini belə izah etdi... - Həmin ərazidəki erməni postları öz yerindədir?..
24-09-2021, 10:25
Qarabağdakı erməni ordusuna güclü axın... - 800 dollara yaxın maaş... Amma...
10-08-2021, 14:24
Milli parkda ceyran güllələnib? - AÇIQLAMA
28-12-2020, 11:10
Xocavənddə qanunsuz erməni silahlı qrupu ordumuza hücum edib, şəhid və yaralı var- MN
27-07-2020, 12:00
Sərhəddə təxribata əl atan erməni əsgəri MƏHV EDİLDİ
Dün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Dün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Dün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Dün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Dün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Dün, 11:48
Yağış yağacaq – Bu günün havası
Dün, 11:39
Salah seçimini etdi
Dün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU