Deputat: “Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyəni dünyada söz sahibinə çevirəcək”
“Türkiyə ilə müttəfiqlik haqqında imzalanan Şuşa Bəyannaməsi cənab Prezident İlham Əliyevin dövrün tələblərinə, çağrışlarına uyğun olaraq çevik reaksiya verib, Azərbaycanın milli maraqlarına uyğun olaraq gələcək inkişafı, təhlükəsizliyi baxımdan strateji əhəmiyyət kəsb edən bir sənəddir. Bu sənəd Azərbaycanın geostrateji, geosiyasi, geoiqtisadi baxımdan, o cümlədən dünyadakı mövqeyinin və nüfuzunun daha da artmasına xidmət edəcək. Şuşa Bəyannaməsi bir daha Azərbaycanın xilaskar lideri cənab Prezident İlham Əliyevin nə qədər uzaqgörən və müdrik rəhbər olduğunun sübutudur”.Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov deyib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi təkcə işğaldan azad olunan torpaqlarımızda Böyük qayıdışı təmin edən bərpa-quruculuq işlərinin sürətləndirməyəcək, bütövlükdə Azərbaycan iqtisadiyyatının ən müxtəlif spektrlərini, o cümlədən hərbi-sənaye kompleksinin inkişafına, regional iqtisadi əməkdaşlığa da öz töhfəsini verəcək.
“Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaratmaqla yanaşı, investisiya mühitinə əlavə qarant kimi qiymətləndirilməlidir. Sənəd iqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Bundan sonra isə qarşılıqlı əməkdaşlıq üçün yeni üfüqlər açılacaq. Artıq bununla bağlı hər iki ölkənin lideri Şuşada müəyyən mesajlar verdilər. Türkiyə Prezidenti cənab Ərdoğan çıxışında üçüncü ölkədə enerji sahəsində, xüsusən də SOCAR-la birgə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etdi. İmzalanan sənəd eyni zamanda qarşıdakı dövrdə iki ölkə arasında iqtisadi-ticari, gömrük və vergi sistemində də əməkdaşlığın yeni müstəviyə çıxmasına gətirib çıxaracaq”.
Millət vəkili əlavə edib ki, Şuşa Bəyannaməsi iqtisadi sferanın hərbi sənaye sahəsinin inkişafında da müstəsna rolu olacaq: “Artıq cənab Ərdoğan bu sahədə də gələcək əməkdaşlığın daha dərinləşdirilərək birgə pilotsuz uçan aparatların (PUA) Azərbaycanda birgə istehsalını mümkünlüyü barədə anonsunu verdi. Onsuz da iki ölkə arasında bu sahədə əməkdaşlıq mövcuddur və bu gələcək də daha da dərinləşəcək. Bununla da Azərbaycan Türkiyənin dəstəyi ilə müdafiə sənayesi sahəsində ixrac, idxalın əvəzlənməsi və qlobal dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən imkanlar qazanır.
Bəyannamədə regional əməkdaşlıq baxımından Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı məsələnin yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir: “Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir. Odur ki, Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi bu baxımdan Şərq-Qərb üzrə gündəlik milyardlarla dollar daşıma həyata keçirən kommersiya qurumlarına və onların maraqlarını müdafiə edən başda Çin və Avropa olmaqla dövlətlərə sərfəlidir. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Şuşa Bəyannaməsində əksini tapan iqtisadi məsələlər bütün region ölkələrinin, o cümlədən Ermənistanın maraqlarına xidmət edir. Bu həm də bölgənin yeni əməkdaşlıq formatında irəliyə aparılmasında Azərbaycanla Türkiyə lokomtiv rolunu oynayacaq. Nəticə etibarı ilə Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin gücünə əlavə güc qatmaqla, dünyada güc mərkəzinə və söz sahibinə çevrilməsinə gətirib çıxaracaq”.
Son olaraq millət vəkili deyib ki, Şuşa Bəyannaməsi siyasi cəhətdən düşmənlərimizin məkrli planlarının reallaşdırmasını puça çıxarmaq və ölkəmizə qarşı gözləniləcək xarici təhdidlərin aradan qaldırılması baxımından müstəsna rol oynayır: “1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan üçün hansı tarixi əhəmiyyətə malik idisə Şuşa Bəyannaməsi də eyni ilə böyük tarixi əhəmiyyətə malikdir. “Əsrin müqaviləsi” həmin dövrdə Azərbaycanın bir müstəqil dövlət olaraq möhkəmlənməsinin və inkişafının təməl daşı oldusa, 15 iyunda Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünü təmin edildikdən sonrakı yeni inkişaf dövrünün, bölgədə və dünyada oynayacağı aktiv oyunçu kimi mövqeyinin möhkəmlənməsi, nüfuzunun artması baxımdan mühüm rol oynayacaq”.
17-06-2021, 10:25
Şuşa bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri daha yüksək zirvələrə daşıyacaq - Deputat
17-06-2021, 10:39
Şuşa Bəyannaməsi - Başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər
16-06-2021, 12:55
Türkiyə Qarabağda təhlükəsizliyin təminatçısı olacaq - Millət vəkili
26-05-2021, 16:27
Milli Məcliskomitələrinin birgə iclasında Şuşa şəhəri haqqında qanun layihəsi müzakirə olunub
14-01-2021, 11:24
Moskvada imzalanmış üçtərəfli bəyanat regionda sülhün təmin edilməsinə xidmət edir - Deputat
16-06-2021, 12:51
Ərdoğanın Şuşa səfəri - Ermənistanın havadarlarına açıq mesaj - Deputatlar
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı