Ərdoğanın Şuşa səfəri - Ermənistanın havadarlarına açıq mesaj - Deputatlar
Siyasət
Oxunub: 197
16 Haz 2021 | 12:51
Ərdoğanın Şuşa səfəri - Ermənistanın havadarlarına açıq mesaj - Deputatlar İyunun 16-da Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək. İclasda Azərbaycanda rəsmi səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı gözlənilir.
Ərdoğan Şuşaya səfər edəcək və orada ikitərəfli görüşlərdə iştirak edəcək.
Qardaş ölkə prezidentinin Azərbaycana gəlişi haqqında Modern.az-a danışan Milli Məclisin deputatları səfərin dünyaya ötürəcəyi önəmli siyasi mesajlara toxunublar.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaşdır, bunu tarix sübut edib:
“Qardaşlığın, dostluğun əsrlərlə yaşı var. Bu qardaşlıq uzun illər islahatdan çıxıb, XVIII, XX əsrlərdə və sonrakı dönəmdə Türkiyə daim Azərbaycana dəstək olub. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlməsi xalqımız üçün sevincli bir hadisədir. Türkiyə bu gün dünyada öz sözünü deyən, öz siyasətini yeridən və haqqı, ədaləti müdafiə edən, öndə gedən dövlətdir. Cənab Ərdoğanın Azərbaycana ilk gəlişi deyil, onun ölkəmizə etdiyi səfərlərin hər biri Azərbaycan xalqı üçün əlamətdardır. Qarabağ məsələsində də Türkiyə daimi olaraq bizim haqq səsimizi dəstəkləyir. Cənab Ərdoğan bir müddət əvvəl qəti olaraq bildirdi ki, Azərbaycana səfər edəcək, Şuşaya və digər azad olunmuş ərazilərə gedəcək, erməni vandallarının vəhşiliklərini öz gözləri ilə görəcək. O mənfur düşmənin vandallığını nəinki Türkiyədə, hətta beynəlxalq təşkilatlarda çıxışında da dünyaya yayır. Bu səfər ərəfəsində Ərdoğan öz fikirlərini bütün dünyaya bəyan edəcək. Torpaqlarımız 30 il erməni işğalı altında olub, kəndlər, şəhərlər viran edilib. Azərbaycan ərazilərinin işğalı bəşəriyyətə qarşı da bir cinayətdir, vandallıqdır. Cinayətlər yenə də həyata keçirilir, diversiya qrupları təxribatlar törətməyə çalışır. Ərdoğan qəti sözünü söyləmək istəyir ki, münaqişə artıq bitib və Azərbaycan qalib ölkədir. Məsələnin sülh yolu ilə həll olunması üçün qəti addımlar atılmalıdır”.
T.Rzayev vurğulayıb ki, Ermənistanın müəyyən şərtləri qəbul etməsi üçün Rusiya, Türkiyə, Azərbaycan rəhbərləri bütün səylərini ortaya qoyurlar:
“Ərdoğanın Şuşada olması xüsusi bir məna daşıyır. Çünki Şuşada olan mədəniyyət mərkəzlərinin, tarixi abidələrin yerlə-yeksan olmasını Ərdoğan öz gözləri ilə görəcək və beynəlxalq təşkilatlarda əsaslı faktlarla sözünü deyəcək. Cənab Ərdoğan parlamentdə olacaq və bir neçə dəfə də olub. Parlamentdə çıxış edən zaman dəyərli məsləhətlərini verib, qanunvericiliyin möhkəmlənməsi, millət vəkillərinin fəaliyyəti, iki qonşu ölkənin əməkdaşlığının möhkəmlənməsi sahəsində və beynəlxalq aləmdə baş verən reallıqlara öz qəti mövqeyini bildirib. Parlamentlərarası dostluq əlaqəmiz möhkəmdir və gündən-günə möhkəmlənir. Qardaş ölkəyə səfərlərimiz zamanı hər iki ölkə arasında mövcud olan bir çox məsələlərin daha səmərəli həyata keçirilməsi üçün təşəbbüslər göstəririk. Azərbaycanı azad, müstəqil, inkişaf edən, torpaqları işğaldan azad olunmuş ölkə kimi görmək ideasına xidmət edirik. Ərdoğanın Azərbaycana səfərini çox mühüm tarixi hadisə kimi qiymətləndirirəm”.

Deputat Tamam Cəfərova 44 günlük Vətən müharibəsi dövründə, böyük qələbəmizin əldə olunmasında qardaş Türkiyənin ölkəmizə verdiyi mənəvi-siyasi dəstəyi yüksək qiymətləndirib. O qeyd edib ki, müharibə başlayan gündən etibarən qardaş ölkənin prezidenti R.T.Ərdoğanın “Türkiyə hər zaman Azərbaycanın yanındadır!” mesajı ölkəmiz üçün çox böyük və həlledici əhəmiyyəti oldu.
“Şanlı Qələbəmizə həsr olunmuş “Zəfər paradı”nda da iki ölkə başçılarının yanaşı dayanması və qələbəni birlikdə qeyd etməsi bu birliyin sarsılmazlığının, gücünün daha bir təzahürü idi. Bu nöqteyi-nəzərdən Ərdoğanın Qələbədən sonra ölkəmizə budəfəki səfəri qardaşlıq, birlik mesajı olmaqla bərabər, həm də geosiyasi, tarixi baxımdan mühüm əhəmiyyət daşıyır.
Ərdoğanın mədəniyyət paytaxtımız Şuşa şəhərinə səfəri dünyaya mühüm mesaj olmaqla önəmli tarixi-siyasi hadisədir. Bu səfərin NATO-nun zirvə görüşü, Ermənistanda səslənən revanşist çağrışların, Qarabağda son günlərdə ermənilər tərəfindən törədilən təxribatların fonunda baş tutması xarici güclərə və Ermənistana bir xəbərdarlıqdır. Bu səfər Azərbaycan-Türkiyə münasibətlərinin Cənubi Qafqazın geosiyasi dinamikasına böyük təsirinin təzahürüdür. Artıq heç kim şübhə etmir ki, bölgədə real balans bu dövlətlərin əməkdaşlığından birbaşa asılıdır. Həmçinin, bu səfər müharibə dövründə və sonra da iki ölkənin daim bir-birinə dəstək olduğu kimi, Qarabağda quruculuq dövründə də birlikdə olacağını dünyaya nümayiş etdirir”.
T.Cəfərova onu da qeyd edib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri bu gün reallığa çevrilib:
“Cənab Prezident İlham Əliyevin dediyi kimi “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”.

Deputat Aqil Məmmədov da həmkarları kimi, Türkiyə ilə qardaşlıq münasibətlərimizin yüksələn xətlə davam etdiyini söyləyib:
“Xüsusilə, Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi, zəfər sevinci məqamında qardaş Türkiyə prezidentinin Azərbaycana səfəri təqdirəlayiq addımdır.
Ən müsbət hadisələrdən biri isə prezidentin işğaldan azad olunmuş mədəniyyət paytaxtımız Şuşaya səfər etməsi, bir çox sənədlərə imza atılması olacaq. Bu, bəzi dövlətlərə, o cümlədən Ermənistanın tərəfdaşlarına bir mesajdır. Rəcəb Tayyib Ərdoğan Milli Məclisi də ziyarət edəcək, onun iştirakı ilə xüsusi iclas keçiriləcək. Prezident parlamentdə çıxış edəcək. Bu Ermənistanın tərəfdaşlarına açıq mesajdır ki, Azərbaycana dəstək olmasalar belə, Azərbaycan öz gücünü bütün dünyaya göstərdi.
Biz qardaş Türkiyənin bu diqqətini yüksək qiymətləndiririk və bu dostluğun daimi möhkəm olmasını arzu edirik”.
16-06-2021, 10:17
Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək
24-05-2021, 14:38
Ərdoğanın Azərbaycana nə vaxt gələcəyi AÇIQLANDI
8-12-2020, 15:43
Ərdoğanın Bakı səfərinin təfərrüatları açıqlanıb
16-11-2020, 10:06
Ərdoğan: Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı
30-09-2020, 10:32
Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib
8-09-2020, 12:55
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək
Dün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Dün, 15:04
Harri Kasparov həbs olundu
Dün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Dün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Dün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Dün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Dün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Dün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Dün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Dün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir