QALİB ORDUNUN MÜZƏFFƏRALİ BAŞ KOMANDANININ QƏLƏBƏ YÜRÜŞÜ
Siyasət
Oxunub: 219
19 Kas 2020 | 09:58
QALİB ORDUNUN MÜZƏFFƏRALİ BAŞ KOMANDANININ QƏLƏBƏ YÜRÜŞÜ Adil ƏLİYEV
Milli Məclis Sədrinin müavini


Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl və Füzuli rayonlarına səfərini izlədik. 44 günlük müharibənin zəfərlə bitən sonucunda Ali Baş Komandanın dərhal işğaldan azad edilən bu bölgələrə səfəri çox qürürvericibir hadisədir.Vətəndaşların Ali Baş Komandanın bu rayonlara səfərindən doğan böyük sevinc hissiüzlərindən, gözlərindən oxunurdu. Qarşılanma zamanı yaranan izdiham Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən qazanılan bu qələbənin miqyasını açıq göstərirdi, bu təntənə şanlı qələbənin əyani nümayişi idi. 30 il üzünə həsrət qaldığımız bu torpaqlarda artıq üçrəngli bayrağımız insanların ölkə Başçımıza olan sonsuz minnətdarlığının ifadəsi kimi yenidən dalğalanır. Bu da haqlı olaraq hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır.
Ölkə başçımız müxtəlif vaxtlarda regionlara səfər edir və bu cür izdihamlara da hər zaman şahid oluruq. Amma Qalib Ordunun Qalib Komandanı kimi işğaldan azad edilmiş ərazilərimizə- Cəbrayıla və Füzuliyə dərhal səfər etməsi ölkəmizin qarşısıalınmazlığının, məğlubedilməzliyinin göstərilməsi oldu. Bu səfər Müzəffər Ali Baş Komandanımızınqələbə yürüşü idi.
Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentininətrafında daha sıx birləşdi. Dövlət-Xalq-Ordu Birliyi bir nümunəyə çevrildi. Ölkə başçısı bütün çətinliklərə sinə gərdi, bəzən hərbi forma geyinərək döyüş əməliyyatlarının idarə edilməsinə birbaşa nəzarət etdi, bəzən haqlı mübarizəmizin dünyaya çatdırılmasınaxidmət etdi. Dünyanın ən reytinqli televiziya kanallarına,informasiya agentliklərinəmüsahibələr verdi, dünya ictimaiyyətinə Azərbaycanın haqq savaşını ən incə detallarına qədər anlatdı.
Bu müsahibələr zamanıPrezidentimiz ayrı-ayrı ölkələrin maraqlarına xidmət edən jurnalistlərin məqsədli və qərəzli suallarına elə peşəkarlıqla cavab verirdi ki, bu cavab döyüş meydanında düşmənə vurulan zərbə qədər sərt və təsirli olurdu. Ermənistanın əsl simasını, mənfur xislətini, təcavüzkar siyasətini bir daha dünya birliyinə çatdıran Ali Baş Komandan həm işğalçı Ermənistana, həm də onun havadarlarına müharibədə məğlubiyyətə düçar olacaqlarının anonsunu da verirdi. Söhbətləri zamanı daim Ermənistanınsiyasi rəhbərliyininsəriştəsizliyini, “küçə siyasəti” ilə dövlət siyasətinin yerini səhv salmasını, xalqımıza qarşı törədilən cinayətləri, baş verən saysız-hesabsız təxribat hallarını ardıcıllıqla sadalayır, düşmən ölkə tərəfindən beynəlxalq hüququnkobud şəkildə tapdalanmasına diqqət çəkirdi. Prezidentin dediyi sözlərlə döyüş bölgəsindəki uğurlu əməliyyatlar bir-birini dəqiqliklə tamamlayırdı.
Müharibənin başladığı ilk gündən etibarən cənab Prezident şəxsən özü müntəzəm olaraq xalqımızı baş verənlərlə bağlı məlumatlandırırdı. Hər bir Azərbaycan vətəndaşı gündəlik olaraq səbirsizliklə dövlət başçısının televiziyada çıxışınıvə ya “Twitter” sosial şəbəkəsində paylaşdığı xoş xəbərləri, işğaldan azad edilmiş ərazilərimizin elan edilməsinigözləyirdi. Təbii ki, başçısı olduğu ölkədə hər kəsin rəğbətini, məhəbbətini və dəstəyini qazanmaq bir Prezident üçün ən böyük mükafatdır.Bizim Ali Baş Komandan o mükafatın haqlı sahibidir.
Tarixi zəfərdən sonra Cəbrayıl və Füzuli rayonlarına olan səfər Qalib Komandanın öz sevincinixalqı ilə paylaşması məqsədi daşıyırdı. Hərbi əməliyyatların dayandırılmasından qısa zaman keçməsinə baxmayaraq, ölkə başçısının bütün təhlükələri gözə alaraq bu bölgələrə səfər etməsi, qalibiyyət sevincini xalqı ilə bölüşməsi, xalqın öz qalib Sərkərdəsini belə sevinc və izdihamla qarşılamasıhəm də “Mən hər bir azərbaycanlının Prezidentiyəm!” - deyən İlham Əliyevin xalqına olan sevgisinin bariztəzahürü idi.
Bu müddət ərzində istər cənab Prezident, istərsə də Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdilər, onların bütün qayğı və problemlərini diqqətdə saxladılar, hər zaman yanlarında olduqlarını nümayiş etdirdilər. Buna hamımız əyani şahidik. Müzəffər Ordumuzun Ali Baş Komandanınınişğaldan azad olunan bölgələrə səfəri zamanı hərbi qulluqçular tərəfindən gördüyü diqqət bir daha bunu deməyə əsas verir ki, müharibədə qalib gəlməyimizdə dəmir yumruğumuzla yanaşı dəmir iradəmizin və sarsılmaz inamımızın da çox böyük rolu olub.
Çox yox cəmi bir neçə ay əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Ermənistanın baş naziri NikolPaşinyan bu gün çıxılmaz vəziyyətdədir, qəzəbli xalqının gözündən gizlənməyə yer axtarır. Bu 44 gün ərzində erməni xalqı öz baş nazirinin necə zəif və gücsüz olduğunu gördü. İşğalçı ölkə ilə bərabər bütün dünya da gördü ki, torpaqların əsl sahibləri qayıdıb...
Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Qalib Komandanı qazanılmış qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə getdi. Səfər zamanı ölkə başçısının avtomobili özünün idarəetməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, Azərbaycan xalqı və Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir!Qarabağ Azərbaycandır!
18-11-2020, 10:14
Xalq öz Ali Baş Komandanı ilə qürur duyur
18-11-2020, 10:01
Milli Məclis Sədrinin müavini Adil Əliyev İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb
17-11-2020, 11:51
Prezidentlə xanımının Füzuli və Cəbrayıl səfərindən - FOTOLAR
12-11-2020, 13:55
Vətən müharibəsindəki qələbənin 9 sirri
8-11-2020, 10:59
Azərbaycan bayrağı artıq Qarabağda dalğalanır
30-09-2020, 10:16
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Zəfər bizimdir!”
Bugün, 15:45
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
Bugün, 15:38
Azərbaycanda məktəbli qız özünü öldürdü
Bugün, 15:31
İranda yəhudi gənc edam ediləcək
Bugün, 15:26
"Borussiya" artıq çəkiyə görə futbolçunu satmaq istəyir
Bugün, 15:23
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
Bugün, 15:20
Yeni pivə kraliçasının adı məlum oldu
Bugün, 14:58
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
Bugün, 14:48
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
Bugün, 14:43
Sabah leysan olacaq, qar yağacaq, çaylar daşacaq
17-05-2024, 15:13
Artıq “Tiktok”da bir saatlıq videolar yüklənə biləcək
17-05-2024, 15:10
Boşanmaya səbəb olan QADIN VƏRDİŞLƏRİ
17-05-2024, 15:03
Xavi "Barselona"dan göndərildi: Qərar verildi
17-05-2024, 15:00
Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır
17-05-2024, 14:58
Gəncədə kişi qazdan boğulub öldü
17-05-2024, 14:56
İlin ən çox qazanan futbolçusu bəlli oldu
17-05-2024, 14:53
İlham Əliyev Lukaşenko ilə Şuşaya gedib
17-05-2024, 14:49
Xiyar toxumlarını isladın - Məhsulunuz 30 faiz artacaq
17-05-2024, 14:47
Bakıda 2 il əvvəl yoxa çıxan kişi TAPILDI
17-05-2024, 14:46
Müğənnini sevgilisi döyüb öldürdü
17-05-2024, 14:42
Kişi arvadının sevgilisinin qulağını dişlədi
16-05-2024, 21:26
Slovakiyanın baş nazirinə sui-qəsd: 2003-cü ildən bəri Avropada ilk HADİSƏDİR
16-05-2024, 21:25
Xarkov məscidinin imamı da döyüşdə həlak oldu
16-05-2024, 21:23
İsmayıllıda narkotik çəkən sürücü cərimələndi
16-05-2024, 21:18
“Qarabağ”ın qapıçısı Moskvanın bu komandasına keçə bilər
16-05-2024, 21:09
Səhnədə gənc müğənninin üst geyimi açıldı
16-05-2024, 21:03
Bu şəxslərin Qazaxıstana girişi QADAĞAN EDİLİR
16-05-2024, 20:57
MMA döyüşçüsü GÜLLƏLƏNDİ
16-05-2024, 20:48
Basketbol ulduzları Kim Kardaşyanın seksual kampaniyasına qoşuldular
16-05-2024, 20:43
Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı
16-05-2024, 20:39
SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız özünü binadan atdı
15-05-2024, 16:28
"Real" 37 il sonra rekordunu yenilədi
15-05-2024, 16:23
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
15-05-2024, 16:16
Kiçik yataq otağını necə rahat formaya salmaq olar?
15-05-2024, 16:14
Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi
15-05-2024, 16:05
"Mançester Siti" "Tottenhem"ə QALİB GƏLDİ
15-05-2024, 16:01
"Real Madrid" Luka Modriçlə yollarını ayırır
15-05-2024, 15:57
Süd satan qadın xəyanət edən ərini öldürdü
15-05-2024, 15:46
Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
15-05-2024, 15:44
"Torqovı"da ofisiantlar bıçaqlandı