Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Ermənistanın qəbul edilmiş qətnamələri icra etməməsi ilk növbədə qətnamənin qəbul edilməsində iştirak edən dövlətlərə hörmətsizlikdir”
Siyasət
Oxunub: 230
27 Ekm 2020 | 10:20
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Ermənistanın qəbul edilmiş qətnamələri icra etməməsi ilk növbədə qətnamənin qəbul edilməsində iştirak edən dövlətlərə hörmətsizlikdir” Bu gün bizi sülhə çağıran ölkələrə baxsaq, bunların içərisində, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin olması bir daha bunu deməyə əsas verir ki, təminatsız sülh heç bir vəchlə qəbul edilən deyil. ATƏT-in Minsk qrupunun üzvü olan 3 dövlət 28 ildir ki, heç bir nəticə əldə etmədən “vasitəçilik missiyasını”həyata keçirir. Bu günə qədər saysız-hesabsız səfərlər, nəticəsi olmayan görüşlər və nəhayət münaqişənin 28 ildir ki, dondurulmuş vəziyyətdə qalması, təbii ki, Ermənistanın maraqlarına uyğun idi.
Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanıyan və Ermənistanın tarixi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var, lakin Ermənistan bu vaxta qədər bu qətnamələri icra etməmişdir. Dəfələrlə Birləşmiş Millətlər Təşkilatına müraciətlər edilərək bu qətnamələrin icrasının təmin edilməsi ilə bağlı tələblərə baxmayaraq, ilk növbədə BMT TŞ-yə üzv olan dövlətlər öz qətnamələrinə hörmətsizlik edərək Ermənistanı həmin qətnamələri yerinə yetirməyə məcbur etmədilər. Halbuki, BMT mütəmadi olaraq öz qətnamələrini icra etməyə qadir bir təşkilat idi. Ermənistanın bu özbaşınalığına və qanunsuz davranışlarına görə mütləq qaydada sanksiyalar tətbiq edilməli idi.Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət yalnız Ermənistanı qınamaqla kifayətləndi və bu sahədə heç bir ciddi addım atmadı.
Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev münaqişənin bu qaydada - həll edilməmiş qalması ilə razılaşmadı və artıq ortaya ən sərt şəkildə,ədalətli mövqeyini qoydu. Rəşadətli ordumuz tərəfindənErmənistanın həyata keçirdiyi hərbi təxribatların qarşısı qətiyyətlə alındı və həmin andan etibarən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks hücum əməliyyatları başladı. Ordumuz düşmən tərəfindən yaradılmış təmas xəttini məhv etdi və uzun illərdir davam edən “status-kvo” çox qısa bir müddət ərzində yox edildi.
Apardığımız uğurlu əməliyyatlardan qorxuya düşən Ermənistanın baş naziri müxtəlif ölkələrin rəhbərlərinə müraciət edərək düşdüyü acınacaqlı vəziyyətdən çıxmaq üçün köməklik göstərilməsini xahiş etməyə başladı.Lakin müraciət etdiyi ölkələrin bir çoxu ona bu məsələnin Azərbaycanın haqq işi olmasını, öz əraziləri daxilində və beynəlxalq hüququn tələblərinə uyğun olaraq hərbi əməliyyatlar aparmasını bildirərək ədalətli mövqe ortaya qoydular.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi dövlətlər isə öz ermənipərəst mövqelərini aşkar şəkildə ortaya qoydular. Təbii ki, onların apardıqları bu cür qeyri-obyektiv, ədalətsizsiyasət bütün dünyaya bəlli oldu. Artıq heç kəs Ermənistan tərəfinin cəfəngiyyatlarına inanmır, onların irəli sürdüyü iddiaların absurd olduğunu bildirir.
Hər kəsə bəllidir ki, Azərbaycan hər bir sahədə, o cümlədən hərbi baxımdan Ermənistandan qat-qat güclüdür. Təkcə ehtiyatda olan və səfərbərliyə ilkin mərhələdə cəlb edilə biləcək vətəndaşlarımızın sayı ümumilikdə Ermənistan əhalisinin sayından daha çoxdur. Bu səbəbdəndə bizim kiminsə yardımına ehtiyacımız yoxdur.Azərbaycanın dünyanın bir çox ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq edir, ordumuzun maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində lazımi addımlar atır.
Təkcə Azərbaycan Ordusunun Ermənistana vurduğu ziyanın məbləği hazırda milyardlarla hesablanır. Belə olduqda, nəinki Cənubi Qafqazın, hətta dünyanın ən kasıb ölkələrindən biri olan Ermənistanın bugün bu qədər silah-sursatının olması məntiqsizdir. Azərbaycan ordusu tərəfindən məhv edilən və qənimət olaraq ələ keçirilən silah-sursat faktiki olaraq Ermənistanın bir dövlət olaraq sıradan çıxmasını bir daha göstərir. Artıq məğlub olduğunu başa düşən Ermənistan atəşkəs üçün yalvarır.
Azərbaycan isə, öz növbəsində, münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu hər zaman bəyan edib.İstər hərb, istərsə də sülh yolu ilə həll edilməsindən asılı olmayaraq, problemin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu bir daha dünyanın diqqətinə çatdırdı.
Bugünə qədər 3 dəfə humanitar atəşkəsin elan olunmasına baxmayaraq, hər üç halda atəşkəsin tələbləri Ermənistan tərəfindən pozulmuşdur.Buna baxmayaraq, biz üzərimizə götürdüyümüz öhdəliklərə sadiq qalaraq sülhün təmin olunması istiqamətində zəruri addımları atırıq. Düşmənin atəşkəs rejimini dəfələrlə pozması barədə aidiyyəti təşkilatlara dərhal məlumat veririk və kimin təcavüzkar olmasını bir daha diqqətə çatdırırıq. Bu gün yenidən atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan Tərtər və Ağcabədi rayonlarını atəşə tutmağa davam edir. Şanlı Ordumuz isə qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəlir, düşmənə lazımi cavabı verir.
Biz əminik ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz zəfər yürüşünü davam edəcək, istər diplomatiyada, istərsə də döyüş meydanında ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir. Qələbə əldə edildikdən sonra isə bizə dost olan dövlətlərlə əlaqələrimiz daha da möhkəmlənəcək və qardaşlığımız daimi olacaqdır.
26-10-2020, 10:34
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
21-07-2020, 17:51
Milli Məclis Sədrinin müavini Adil Əliyev:“ABŞ Konqresinin qəbul etdiyi sənəd Ermənistanın işğalçı dövlət olmasını bir daha təsdiq edir”
14-08-2020, 13:38
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
7-10-2020, 10:31
İlham Əliyevin şərtləri dəyişməzdir
30-09-2020, 10:16
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Zəfər bizimdir!”
4-06-2020, 22:33
Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı