“AZADLIQ!” yollarında Heydər Əliyevin rolu...
Siyasət
Oxunub: 324
11 May 2020 | 16:46
“AZADLIQ!” yollarında Heydər Əliyevin rolu... Tahir Mirkişili,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Ötən əsrin 60-cı illərində Azərbaycan SSR-nin iqtisadiyyatı yoxsul, primitiv və bərbad vəziyyətə düşmüşdü. İqtisadiyyatın 85%-i yanacaq sənayesinin hesabına formalaşır, respublika SSRİ-də ən geridə qalmış bölgə vəziyyətinə düşmüşdü. Əhali də yoxsul yaşamaqdan bezmişdi. Belə bir şəraitdə SSRİ rəhbərliyində Azərbaycan respublikasının özünü doğrultmadığı, onun ərazisinin Ermənistan, Gürcüstan və Dağıstan arasında bölünməsi ideyası müzakirə olunurdu.
1969-cu ildə ulu öndər Heydər Əliyev belə bir Azərbaycana rəhbər təyin edildi.
15 il sonra Azərbaycan artıq SSRİ respublikaları arasında ən sürətlə inkişaf edən, iqtisadi gücü yetərincə olan, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. Kənd təsərrüfatı, elmi-texniki sənaye, kadr potensialı, neft sahəsində ciddi nailiyyətlər əldə edildi. Xəzər dənizində aparılmış kəşfiyyat işləri Azərbaycanın nəhəng neft yataqlarına sahib olduğunu üzə çıxardı, inşa edilən Dərin Özüllər Zavodu respublikaya bu yataqlardan müstəqil şəkildə faydalanmaq imkanı yaratdı...
1980-ci illərin ortalarında Rusiyadan sonra yalnız Azərbaycan özü-özünü iqtisadi cəhətdən təmin edə bilən hala gəlmişdi. Bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 1980-ci ildə 13,3 min rubl, 1985-ci ildə 17,8 min rubl təşkil edirdisə, Azərbaycanda bu göstəricilər xeyli yüksək idi, müvafiq surətdə 1980-ci ildə 19,5 min rubl, sonrakı illərdə 24,5 min rubla bərabər...
1980-ci illərdə Azərbaycandan ittifaq fonduna ayrılan məhsul respublikaya gətiriləndən hər il orta hesabla 2 milyard rubl, ayrı-ayrı illərdə isə daha çox olmuşdu. Bütün bunlar Heydər Əliyevin yorulmaz fəaliyyəti və Azərbaycan xalqı qarşısında müstəsna və tarixi xidməti idi. O vaxtlar üçün bu nəticə möcüzə sayılırdı, çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki, Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin.
Amma bu iqtisadi potensial artıq hər bir azərbaycanlının şüurunda müstəqil ola bilmək inamı yaratmaqda idi. Azərbaycanın müstəqil ola bilməsinə və müstəqil inkişafına artıq hər kəs inanırdı. 80-ci illərin ortalardan başlayaraq əksər azərbaycanlılarda oxşar fikir formalaşmağa başlamaqdaydı: “Bizim iqtisadiyyatımız zəngindir, zəngin neft ehtiyatlarımız var, özümüz özümüzü təmin edə bilirik. Niyə müstəqil olmayaq?”.
Elmi araşdırmalara görə, xalqların müstəqillik arzuları onların iqtisadi güc və potensialları ilə birbaşa bağlıdır. Bu cəhətdən əminliklə demək olar ki, 80-ci illərin sonunda Azərbaycanda yaranan milli-azadlıq hisslərinin formalaşmasında, “AZADLIQ!” kəlməsinin hayqırtı ilə deyilməsində Heydər Əliyevin və onun yaratdığı iqtisadi potensialın müstəsna və həlledici rolu olub!
Azərbaycan xalqı məhz bu inamla 80-ci illərin sonunda Azadlıq meydanına çıxdı və müstəqilliyini tələb etdi. Onlar məhz bu inamla 20 yanvarda tanklar qarşısında dayandılar və müstəqilliyini əldə etdilər.
Lakin 80-ci illərin sonu və 90-cı illərin əvvəli Azərbaycan iqtisadiyyatı yenidən dağılmağa, iflas olmağa başlamışdı. Azərbaycanın səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində iqtisadiyyatın hər il orta hesabla 20% azalması, 1700%-lik inflyasiya, milli valyutanın 226 dəfəlik devalvasiyası, kənd təsərrüfatı istehsalının iflası və digər amillər müharibə edən ölkəni dağılmaq həddinə gətirib çıxarmış, insanların maddi-rifah halı xeyli pisləşmişdi. Ölkə parçalanmış, dövlət hakimiyyəti və onun atributları yox olmağa başlamışdı. Bu şərait isə azərbaycanlılarda müstəqil ola bilmək imkanına olan inamı azaltmağa başlamışdı.
Belə bir şəraitdə Azərbaycana dönən ulu öndər ilk öncə Naxçıvanda milli bayrağımızı dalğalandırmaqla bu dəfə insanlarda müstəqillik inamını öz şəxsinə olan inamın hesabına gücləndirməyə nail oldu. Daha sonra 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi. Öz müstəqilliyi ilə dostlarımızı sevindirən, rəqiblərimizi çəkindirən, düşmənlərimizi məyus edən bu günkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Dövlət başçısı cənab İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir. Artıq hər kəs bilir və sonsuz olaraq inanır ki, müstəqilliyimiz və azadlığımız əbədidir!




10-05-2020, 12:01
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
10-05-2020, 11:55
Allah ümummilli lider Heydər Əliyevin ruhunu şad etsin!
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
14-01-2019, 14:08
Bu gün SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 89 yaşı tamam olur
11-01-2019, 14:04
Dövlət Dəniz Akademiyasında elmi-texniki konfrans keçiriləcək
16-12-2018, 13:26
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
Dün, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
Dün, 15:40
Bakıda qətl törədildi
Dün, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
Dün, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
Dün, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
Dün, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi