“Azdrama”nın direktoru tanınmış naşirin tənqidinə dözmədi: - “Qorxaq da odur, iradəsiz də”
Mədəniyyət
Oxunub: 194
6 Haz 2022 | 19:57
“Azdrama”nın direktoru tanınmış naşirin tənqidinə dözmədi: - “Qorxaq da odur, iradəsiz də”
4 ilə yaxındır Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunur.

Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Tamaşanın premyerasından bugünədək səhnə əsəri haqqında, xüsusilə, Müşfiq obrazının təqdim edilməsi barədə səslənən fikirlər birmənalı olmayıb. Dünən Mikayıl Müşfiqin doğum günü münasibətilə nümayiş olunan tamaşada iştirak edən “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu öz feysbuk hesabında tamaşada Müşfiq obrazının olduğu kimi təqdim olunmadığını yazıb:

“Dünən Müşfiqin 110 illiyinə həsr olunmuş "Ah, bu uzun sevda yolu" tamaşasına baxdım. Tamaşanın quruluşçu rejissoru Azər Paşa Nemətovdur. Teatrın bədii rəhbəri isə Azər Paşa Zəfəroğludur. İnanın ki, bunlar iki fərqli insanlardır. Tamaşadan sonra aktyorlardan "necə oldu?" soruşanlara "yaxşı oldu" dedim. Məncə, aktyorlar yeganə peşə sahibləridir ki, onlara yalan danışmaq olar. Amma onları səhnədə insafsızcasına istismar etmək olmaz. Həm də səhnə aktyorun oksigenidir, onunla manipulyasiya edilməz. Bizim bir romantik şairimiz var, nakam şairi gənckən sistem güllələdi. Amma Azər Paşaya görə, Müşfiq Lenini, Stalini tərənnüm etdiyi üçün güllələnib. Müşfiq qorxaq və iradəsiz olub. Təzyiqlərin qarşısında dözməyib, sınıb. Gecə- gündüz ağlayıb, sızlayıb, mərhəmət umub, sona qədər naivcəsinə inanıb ki, partiya onu xilas edəcək...”

Tanınmış naşir aktyorların səhnə geyimini evlərindən gətirdiyini iddia edərək, dekorasiyanın da düzgün qurulmadığını bildirib:

“Nə bir dekorasiya işi, nə də geyim. Aktyorlar gündəlik paltarları ilə səhnəyə çıxırlar. Kompozisiya boyu Dilbər Axundzadə 3 dəfə paltar dəyişir, Müşfiq iki dəfə. Hər ikisini də, məncə, oyunçular evlərindən gətiriblər. Dekorasiya kimi dəxli olmayan budaqlar və qapılar quraşırılıb, səhnə fırlansa da, mənzərə dəyişmir. Aktyorlar səhnənin dərinliyində nə danışırlar eşidilmir, çünki səhnəyə səsötürücü qoyulmayıb. Əsərin ən komik nöqtəsi Prezidentin iki il əvvəl Müşfiqin 110 illiyi ilə bağlı imzaladığı fərmanın oxunması oldu. Yaltaqlığın unikal nümunəsi hesab edərək onu səsləndirmək güman ki, Azər Paşanı xilas etməyəcək”. capar.info xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya danışan Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov yazılanları özlərinə qarşı haqsızlıq hesab edib:

“Mənim üçün heç kəs heç bir söz deyə bilməz. Belə söhbətlər mənə lazım deyil. O ağılsız, gic-gic sözlərdən ötrü mən cavab verməliyəm?! Kimin ağlına nə gəldi yazır, mən ona cavab verməliyəm?! Bizdə hər adamın kostyumu ayrıca tikilir, heç vaxt heç kəsə verilmir, həmişə təmiz və səliqəli saxlanılır. Elə şey olar? Bu, dövlət idarəsidir, uşaq-muşaq idarəsi deyil. Haqsızlıq, ədalətsizlik, vedrə bağlamaq, insanın arxasınca danışmaq, belə şey olar? Bilmədikləri şeydən danışmasınlar”.

Teatr direktoru Şahbaz Xuduoğlunu bilmədiyi məsələlərdən yazmaqda günahlandırıb:

“Deyirsiniz ki, naşirdir. Getsin kitabları ilə məşğul olsun, bir az savadlansın. Olmayan şeyi niyə, necə yazmaq olar? Qorxaq da odur, iradəsiz də. Müşfiqi biz orada kişi kimi göstərmişik”.
28-11-2018, 13:23
“ƏSA” teatrının kollektivi Naxçıvana yola düşüb
15-12-2018, 14:27
“Qəribə adam” İrəvan Teatrının səhnəsində
26-12-2018, 14:11
DTX-nın Mədəniyyət Mərkəzində “Tıq-tıq xanımın saxta babası” adlı uşaq tamaşası nümayiş olunub
7-03-2022, 07:35
Lənkəran teatrında “Haqqın 44 günü” adlı tamaşaya ictimai baxış
23-12-2018, 16:18
Naxçıvan teatrında Hüseyn Cavidin “Xəyyam” dramı tamaşaya qoyulub
28-12-2018, 13:15
Bakıda Müşfiqin abidəsi ucaldıldı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı