Naxçıvan teatrında Hüseyn Cavidin “Xəyyam” dramı tamaşaya qoyulub

Dekabrın 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Xəyyam” dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxıb.
Görkəmli filosof-şair, dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə yeni mərhələnin - mənzum dramın əsasını qoyub. Şərq klassik poeziyasının dahilərindən olan şair-mütəfəkkir Ömər Xəyyamın həyatından bəhs edən “Xəyyam” dramı da ədibin dəyərli yaradıcılıq nümunələrindəndir. Naxçıvan teatrında ilk dəfə səhnələşdirilən tamaşada ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq haqqında fəlsəfi düşüncələri tamaşaçıya çatdırılıb. Tamaşada Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam, ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, Səlcuqlar sülaləsinin hökmdarı Alp Arslan və oğlu Məlikşah Cəlaləddinin də bədii obrazları yaradılıb.
Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Aktyorlardan Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov, Ələsgər Quliyev, Həsən Ağasoy və başqaları obrazların dili ilə əsərin uğurlu səhnə həllinə nail ola biliblər. Tamaşada böyük şair və mütəfəkkir Ömər Xəyyamın simasında dövrünün fövqünə yüksələn romantik qəhrəman canlandırılıb. Xəyyamın həyat eşqi və yaradıcılığı sənətkar və cəmiyyət probleminə münasibətin ifadəsinə çevrilərək tamaşaçılarda müsbət duyğular oyadıb.
Bütün həyatı boyunca həqiqət uğrunda mübarizə aparan, ən böyük xoşbəxtliyin yüksək təhsil və mədəniyyətə çatmaqla mümkün olduğunu qeyd edən böyük mütəfəkkir Hüseyn Cavidin “Xəyyam” pyesinin qəhrəmanları da bu ideyaların daşıyıcısı kimi tamaşanın uğurlu səhnə həllinə nail olublar. Romantik pafos və mütləq həqiqətə çatmağa göstərilən cəhd tamaşanın ədəbi-bədii məramını səciyyələndirən başlıca cəhət kimi ön plana çıxıb.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.
Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib: Naxçıvan teatrında çox dəyərli əsərlər tamaşaya qoyulmuşdur. Bu gün təqdim olunan “Xəyyam” tamaşası da uğurlu alınmışdır. Fəlsəfi dram əsərlərinin səhnəyə qoyulması üçün rejissor işi və aktyor sənəti mühüm amildir. “Xəyyam” tamaşasında da uğurlu və yaradıcı rejissor işi və aktyor sənəti vardır. Aktyorların çox hissəsinin gənc olmasına baxmayaraq səhnədə bunu hiss etmək mümkün deyildi. Rollar məharətlə ifa olunurdu. Bütün bunlar istedadla yanaşı, həm də sənətə olan sevginin nəticəsidir.
Ali Məclisin Sədri deyib: Hüseyn Cavidin əsərləri həyat fəlsəfəsi üzərində qurulubdur. “Xəyyam” dramı da o dövr Şərqinin həyatını əks etdirir. Hüseyn Cavid əsərdə o dövrə xas olan eyş-işrət və xurafatın əksinə olaraq ən böyük həyat amalına elm və mədəniyyətlə çatmağın yolunu göstərmişdir. Tamaşada bu amillər ustalıqla çatdırılırdı.
Ali Məclisin Sədri yaradıcı kollektivə bir daha təşəkkürünü bildirib, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Tamaşanın rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov Naxçıvan teatrının inkişafının göstərilən qayğının və diqqətin nəticəsində mümkün olduğunu bildirib, muxtar respublikanın mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib və qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb.
21-12-2018, 14:53
Vasif Talıbov naziri işdən çıxardı
16-12-2018, 13:30
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ISESCO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
16-12-2018, 13:29
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
11-12-2018, 13:36
Göylər eşqim qədər mənə əzizdir...
1-12-2018, 13:03
ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...