Bakının qızıl bazarı: Toy yox, alıcı yox...amma qiymət qalxır
Hələ ki, alıcı yoxdur. Elə boş-boş gəlib gedirik. Toyların olmaması ən çox da bizim işimizə təsir edib”.Bu sözləri uzun illərdir qızıl satışı ilə məşğul olan Hikmət Rüstəmov deyir. Satıcının sözlərinə görə, bu illər ərzində ilk dəfədir ki, belə halla qarşılaşır:
“Qızılı adətən toy-bayramda alırlar. O da yoxdur. Daha Məhərrəmlik ayı da başlayır. Bundan sonra toyun olacağını gözləmək də yersizdir. Düzdür, qızılı doğum günləri, yaxud, elə-belə hədiyyəlik alanlar da olur. Amma indiki vəziyyət üçün bu bir qədər mümkünsüzdür. Camaat neçə aydır işsiz evdə oturub. Pul yoxdur. Necə alsın? Vəziyyət göz qabağında. Özünüz də görürsünüz ki, alıcı yoxdur”.
Təəssüf ki, bu şikayətləri təkcə Hikmət bəyin dilindən deyil, “Moskva” univermağının zərgərlik məmulatları satılan şöbəsində girdiyimiz bütün qızıl mağazalarının satıcılarından eşitdik. Univermaqda qarşımıza satıcılardan savayı kimsə çıxmadı. Satıcılara yaxınlaşıb alverin necə getdiyini soruşduq. Ciddi karantin günlərindən sonra açılan və iki gündür fəaliyyət göstərən mağazalara heç kimin gəlmədiyini dedilər.
Nəzərə alsaq ki, Azərbaycanda ənənəvi olaraq yaz-yay aylarında toylar çox olur, o zaman toy mövsümündən ən çox qazananların da qızıl ticarətçiləri olduğunu deyə bilərik. Amma bu il digərlərindən fərqli oldu. Koronavirus epidemiyası bir çox sahələr kimi qızıl ticarətində də durğunluq yaratdı.
Qızıl bazarındakı durumu və dünya bazarında gedən iqtisadi proseslərin qızılın qiymətinə necə təsir etməsini araşdırdıq. Toyların olmaması qızılın satışına necə təsir edir? Bəs qiymətlərdə dəyişiklik gözlənilirmi?
Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramlı Lent.az -la söhbəti zamanı suallara aydınlıq gətirdi. O bildirdi ki, son bir ildə qızılın qiyməti 36 faiz artıb:
“Ölkəmizdə qızılın qiymətinin qalxması dünya bazarındakı qiymətlərlə bağlıdır. Nəzərə alsaq ki, 1 unsiyanın qiyməti 2000 dollardan bahadır, bu bir qram qızılın 65 dollardan baha satılması anlamına gəlir. Eyni zamanda son bir ildə qızılın qiyməti 36 faiz artıb. Yarım il ərzində dünya bazarında qızılın qiymətində 25 faiz artım müşahidə olunub. Bu baxımdan qızlın qiymətinin artması dünya bazarında invessorların daha çox qızıl bazarına sərmayə qoyuluşu həyata keçirməsi ilə bağlıdır. Azərbaycan qızıla olan tələbin 95 faizindən çoxunu idxal hesabına ödəyir. Azərbaycan əsasən 4 ölkədən qızıl idxal edir - Rusiya, BƏƏ, İtaliya və Türkiyə. Nəticə etibarı ilə dünya bazarında qızılın qiyməti artdıqca, həmin ölkələrdə də qiymətdə artımlar olur. Bu da idxal olunan qızılın qiymətinin yüksəlməsinə gətirib çıxarır”.
Ekspert onu da qeyd etdi ki, Azərbaycan bazarında qiymət artımları müşahidə edilir:
“Baxmayaraq ki, toy mərasimləri keçirilmədiyi üçün qızıla tələb azalıb, amma pandemiya dövründə qızılın qiyməti 20 faizə yaxın bahalaşıb. Bu da təbii ki, idxal olunan qızılın qiymətinin qalxması ilə bağlıdır. Güman ki, Azərbaycan bazarında qızılın qiymətinin azalması yalnız dünya bazarındakı qiymətlərdən asılı olacaq. Dünya bazarında qiymətlər stabilləşərsə, bu bizim ölkədəki qiymətlərə də təsir edəcək. Hələlik pandemiya davam etdiyi üçün qızıla tələbatın artacağı gözlənilir. Qızılın qiymətinin stabilləşməsi yalnız postpandemiya dövründə müşahidə oluna bilər”.
Lamiyə Məmmədova
2-07-2020, 13:03
Maşın almaq istəyənlərə MÜHÜM XƏBƏR: Benzinin bahalaşması...
1-07-2020, 11:35
Nazirlik: Ölkədə tibbi kadr çatışmazlığı problemi yoxdur
18-06-2020, 14:31
“Vəziyyət çox pisdir" - Toysuz qalan müğənnilər indi necə dolanırlar? - SORĞU
30-05-2020, 11:13
İbrahim Məmmədov: İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur
15-12-2018, 14:31
“Bəyin oğurlandığı” məşhur ev illər sonra - VİDEO
3-12-2018, 12:09
Azərbaycanda xurmanın qiyməti iki dəfə UCUZLAŞDI
Dün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Dün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Dün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Dün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Dün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Dün, 11:48
Yağış yağacaq – Bu günün havası
Dün, 11:39
Salah seçimini etdi
Dün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU