Arvadını yataqda boğdu: “Elə bildi, yatmışam...” – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI

Sumqayıtda arvadını qətlə yetirməkdə təqsirləndirilən Orxan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Orxan Həsənovun arvadını hansı səbəbdən öldürməsi ictimaiyyətə qaranlıq qalıb.
İttihama görə, hadisə bu il yanvarın 17-də Sumqayıt şəhərində yerləşən istirahət mərkəzinin kortecində baş verib. Orxan qısqanclıq zəminində arvadı Aişə Həsənovanı qətlə yetirib.
Təqsirləndirilən Orxan Həsənov ifadəsində bildirib ki, 2016-cı ildə Dağıstan Humanitar Universitetinin iqtisadiyyat fakültəsini bitirib və iki il sonra Aişə Həsənova ilə ailə qurub:
“Valideynlərimlə birlikdə Sumqayıtda yaşayırdıq. İlk əvvəllər aramızda problem olmurdu. Lakin Aişənin telefonuna mesajlar gəlməyə başladı. Baxdım ki, başqa kişilərlə yazışır. Arvadımın telefonunu əlindən alıb, valideynlərinə göndərdim. Həmin vaxt Aişə hamilə idi. Onu rayona ana və atasının yanına göndərdim. Fikirləşirdim ki, bəlkə qızlarına öyüd-nəsihət verərlər. Amma anası qızını tənbeh etmək əvəzinə bir-iki aydan sonra telefonu yenidən ona ötürdü”.
Orxan Həsənov deyib ki, iki ay sonra qayınatası ona zəng vurub qızının uşaq arabası almaq adı ilə evdən çıxdığını və geri qayıtmadığını deyib:
“Dedi ki, uşaq ağlayır, dayanmır, gəl uşağını apar. Həmin gün atamla birgə Yevlaxa getdik. Ayişəni axtardıq, amma tapa bilmədik. Arvadımın itkin düşdüyünü zənn edib Yevlax Rayon Polis İdarəsinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etdim, körpə övladımı da özümlə gətirdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu hadisədən təxminən 15-20 gün sonra Aişə zəng vuraraq, başqa bir oğlana qoşulub qaçdığını, oğlanın valideynlərinin onu qəbul etmədiklərini, incitdiklərini deyib:
“Sonradan bildim ki, Aişənin başqasına qoşulub qaçdığını valideynləri məndən gizlədiblər. Özü mənə dedi ki, sənin köməyinə ehtiyacım var. Övladımız olduğuna görə bağışlayıb Bakıya gətirdim, qohum evinə yerləşdirdim. Amma yenə dinc dayanmadı, yad kişilərə sevgi mesajları yazırdı. Kirayə mənzil tutub Aişəni oraya köçürdüm. Bir gün də yanında qaldım, uşağına sahib çıxmadığını görüb körpəni özümlə evimizə gətirdim”.
O, qeyd edib ki, Aişəyə valideynləri ilə yanaşı o da mütəmadi olaraq maddi köməklik edib:
“Cəmi iki ay o evdə qaldı. Sonra yenidən yoxa çıxdı. Ev sahibəsinə zəng vurdum, O, mənə Aişəni restoran müdiri saxladığını, onunla görüşdüyünü, yalnız həmin şəxsin vasitəsilə tapa biləcəyini dedi. Həmin adamın işlədiyi restoranı tapıb ora getdim. Əvvəlcə Aişənin əri olduğumu gizlətdim. Belə bir qadın tanımadığını dedi. Aişənin şəklini göstərəndə dedi ki, onu Aysun kimi sosial şəbəkədən tanıdığını, münasibətləri yarandığını dedi. Aişəni tapmaqda köməklik göstərməyi xahiş etdim. O, da razılaşdı. Aişəyə zəng vurdum, “Bravo market”in yanına görüş təyin etdim”.
Arvadı ilə son dəfə münasibətləri aydınlaşdırmaq qərarına gələn Orxan “Bravo market”in qarşısına gələrək orada Aişəni gözlədiyini bildirib:
“Bir saata kimi gözlədikdən sonra Aişə gəldi, ona yaxınlaşdım. Ona birlikdə otelə getməyi, iki gün sonra oğlumuz İlyasın ad gününü qeyd etməyi və boşanma ərizəsi yazmağı təklif etdim. Razılaşdı. Taksi ilə Sumqayıta gəldik. İstirahət mərkəzində kottec götürdük, hisə verilmiş toyuq, sok, çörək, cipsi aldıq, birgə şam etdik. Sonra uzanıb özümü yuxuluğa vurdum. Aişə mənin yatdığımı zənn edib gecə saat 03:00-da kiminləsə pıçıltı ilə görüntülü danışırdı. Sonra gəlib yatağa uzandı, yuxuya getdi. Onun telefonuna səssiz zəng gəldiyini görüb, diqqət edəndə “Müşü” yazıldığını gördüm. Telefonu açanda “Aişə haradasan? Dostumla birgə səninlə görüşmək istəyirik” dedi. Bu sözü eşidəndən sonra yastığı götürdüm, Aişəni yuxudan oyadıb “Müşü”nün kim olduğunu soruşdum. Artıq onun xəyanətlərindən, hərəkətlərindən bezmişdim. Ona görə də yastığı üzünə basıb var gücümlə sıxdım. Öldüyünə əmin olmaq üçün nəbzini yoxladım. Atama zəng vurub Aişəni öldürdüyümü dedim”.
Zərərçəkənin hüquqi varisi Məhərrəm Paşayev ifadəsində bildirib ki, qızının yüngül həyat tərzi keçirməsi ilə bağlı Orxan və onun valideynləri tərəfindən məlumatlandırılıb:
“Aişənin yolunu azması mənə çox pis təsir etdiyindən onunla əlaqəmizi kəsmişdik, maraqlanmırdıq. Bakıda kirayədə qaldığını eşitsəm də, harada yaşadığını, necə dolandığını bilmirdim. Yanvarın 17-də polisdən zəng vurub Ayşənin əri tərəfindən öldürüldüyünü dedilər. Qızımın meyitini gətirib rayonda dəfn elədik”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Həsənov 12 il azadlıqdan məhrum edilib.
31-05-2021, 10:24
Bakıda hakim arvadını qətlə yetirib
9-05-2022, 13:02
Azərbaycanda ər boşanmaq istəyən arvadını öldürüb, qayınanasını bıçaqladı - TƏFƏRRÜAT
8-08-2020, 13:16
Azərbaycanda ailə FACİƏSİ: Arvadını dənizdə boğub öldürdü
7-07-2022, 00:15
Hamilə arvadını bıçaqladı: “Öldürməyən kişi deyil” - Dəhşətli cinayətin TƏFƏRRÜATLARI
18-01-2022, 22:00
Arvadını qətlə yetirən şəxs məhkəmədə feministləri günahlandırıb - TƏFƏRRÜAT
1-09-2021, 15:55
"Qısqanclığa görə öldürdüm" dedi, həqiqət ortaya çıxdı - Bakıdakı qətlin təfərrüatı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı