Hamilə arvadını bıçaqladı: “Öldürməyən kişi deyil” - Dəhşətli cinayətin TƏFƏRRÜATLARI
Hadisə
Oxunub: 228
7 Tem 2022 | 00:15
Hamilə arvadını bıçaqladı: “Öldürməyən kişi deyil” - Dəhşətli cinayətin TƏFƏRRÜATLARI
Bakıda Pərvin Ağayevin 23 həftəlik hamilə arvadını hansı səbəbdən bıçaqlaması ictimaiyyətə qaranlıq qalıb.

İstintaqla müəyyən edilib ki, hadisə ötən il aprelində Bakının Nizami rayonu, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.
Pərvin Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb.

Dava zamanı Şəbnəm İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarətləri alıb.

Qadın xəstəxanaya yerləşdirilib və onun hamilə olduğu məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən Pərvin Ağayev tutulub.

Məhkəmədə danışan Pərvin Ağayev deyib ki, Şəbnəmlə təxminən 2019-cu ildə təsadüf nəticəsində tanış olub:

“Sonradan aramızda isti münasibət yarandı. 2021-ci ilin aprel ayının 29-dan oktyabr ayının 18-dək qeyri-rəsmi olaraq birlikdə yaşamışıq. Həmin dövrdə şəxsiyyət vəsiqəmi itirdiyimdən Şəbnəmlə rəsmi nikaha daxil ola bilməmişdim. Amma sənədlərimi qaydasına qoydum və oktyabr ayında rəsmi nikaha düşdük. Münasibətlərimiz qaydasında olub. Mən avtoyuma məntəqəsində işləyirdim, Şəbnəm isə çalışmırdı. Birtəhər dolanırdıq”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, bir dəfə evdə olarkən özünə məxsus mobil telefonda “Domino” oyunu oynayarkən tanımadığı qızla oyunda mesajlaşıb:

“Şəbnəm həmin mesajları gördü. Bundan sonra aramızda mübahisələr yarandı. Məni evdən qovdu, dedi birdə üzümü görmək istəmir. Bu sözlərin qarşılığında Şəbnəmdən mənə bir həftə vaxt verməyini, ondan sonra evdən çıxıb gedəcəyimi və ayrılacağımı bildirdim. Bu söhbətlərdən sonra aramız konkret dəymişdi. Həmin vaxt Şəbnəmin anası bizə baş çəkməyə gəldi. O, bizə 80 manat pul verdi ki, qarşıdan yeni il gəlir evə yolka alaq. Sabahı gün qayınanam Şəbnəmlə birlikdə özü bazara gedib yolka aldılar. Lakin Şəbnəm telefonundan zəng edərək “nə üçün mənimlə birlikdə mağazaya gedib yolka seçimində mənə köməklik göstərmədin, pozğun qadınlara vaxt ayıra bilirsən, lakin mənə vaxt ayırmırsan, kişi ol, ə” sözlərini dedi. Dalınca qışqıra-qışqıra nalayiq ifadələr işlətdi. Mən də ona cavabımda söyüşlər söydüm və axşam evə gələndə danışacağıq dedim. Həmin gün, yəni 2021-ci il dekabrın 10-da axşam saat 22 radələrində dostum Orxanla birlikdə evə getdim. Orxanla evə getməkdə məqsədim istilik sisteminin suyunda 1 gün əvvəl yaranmış nasazlıq idi. Həm Orxan istilik sisteminə baxacaqdı, həm biz evdə su olmuş xalçanı avtoyuma məntəqəsinə aparacaqdıq. İşimizi bitirib, xalçanı da götürüb getdik. Sonra avtoyuma məntəqəsinin yaxınlığında oturub çay içməyə başladıq. Həmin vaxt Şəbnəm yenə mənə təhqiredici mesajlar yazmağa başladı. Dalınca mən zəng elədim, telefonda mübahisəmiz yarandı. Şəbnəmə boşanmaq istəyirsə, mən də bu fikri dəstəkləyəcəyimi dedim”.

Pərvin Ağayev deyib ki, həmin gün evə gedəndə qaynanası da onlarda olub:

“Şəbnəmin anası Nazilə məni mənzilin digər otağına çəkərək barışmağımı xahiş etdi. Ailəmizin dağılmasını istəmədiyini, mənim getməyimə razı olmadığını dedi. Həmin vaxt Şəbnəm mənzilin qonaq otağından mənə qarşı nalayiq ifadələr işlədirdi və boşanmaq istədiyini bildirirdi. Mən hər dəfə Şəbnəmə söyüş söyməməsini deyirdim. Həmin vaxt əşyalarımı yığıb evdən getmək niyyətində olduğumu bildirdim. Buna baxmayaraq, Şəbnəm mənə söyüş söyməkdə davam etdi. Şəbnəmin sözlərindən əsəbiləşib qonaq otağına keçərək onun yaxasından tutub sakitləşməsini və söyüş söyməməsini tələb etdim. Əks təqdirdə öldürəcəyimi bildirdim. Şəbnəm isə mənə “öldürməyən kişi deyil” deyəndə, otaqda stolun üzərində olan mətbəx bıçağını götürdüm. Şəbnəmə təkrarən əgər səsini kəsməsə, söyüş söyməyə davam etsə, bıçaqla vuracağımla bağlı xəbərdarlıq elədim. Şəbnəm yenə də “vurmayan kişi deyil” deyəndə bıçaqla onun boyun nahiyəsindən vurdum. Bu vaxt Şəbnəm qaçmaq istədi, əl-qol atmağa başladı. Əlimdən qaçmaq istəyəndə saçından tutub, dala çəkərək bir bıçaq zərbəsi də vurdum. Bu zaman Şəbnəm qapıdan çıxıb qonşunun qapısını döydü. Qonşudan iki nəfər oğlan çıxaraq, Şəbnəmi əlimdən aldı, bıçağı da götürdülər. Qonşular Şəbnəmi üzbəüz qonşunun evinə saldı. Mən isə binanın həyətinə düşüb siqaret çəkməyə başladım. Həmin vaxt yaxın ünvanda yaşayan bacanağım Şəhriyar da ora gəldi və mənə Şəbnəmin qanının dayanmadığını bildirdi. Mən evə qayıdanda polis tərəfindən saxlanıldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, onun Şəbnəmi öldürmək niyyəti olmayıb:

“Hadisə zamanı Şəbnəmi otaqda stolun üzərində olan böyük bıçaqla yox, kiçik bıçaqla vurmuşam. Onun hadisə zamanı mənə qarşı işlətdiyi nalayiq ifadələrin təsirindən əsəbiləşmişəm. Bu səbəbdən belə bir hal baş verib. Hadisənin belə bir vəziyyətə çatmasına səbəb Şəbnəmin mənə, valideynlərimə, ailə üzvlərimə söyməsi olub. Bir anlıq özünü idarə edə bilməmişəm. Hamilə olduğundan xəbərdar idim. Törətdiyim əmələ görə peşmanam”.

Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən Şəbnəm İsmayılova ifadə verib. O, sonda bildirib ki, hadisədən sonra onların uşaqları dünyaya gəlib:

“Pərvini uşağımın atası kimi bağışlamışam, onunla barışmışam. Bu səbəbdən şikayətimdən imtina edirəm. Xahiş edirəm ki, bunu nəzərə alın”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Ağayev 11 il 3 ay azadlıqdan məhrum edilib.
12-12-2021, 22:24
Bakıda OLAY - ər hamilə həyat yoldaşına üç bıçaq zərbəsi vurub
28-06-2022, 14:17
Bakıda qadın hoteldə BIÇAQLANDI
3-07-2022, 23:19
Azərbaycanda kişi arvadını bıçaqladı - YENİLƏNİB
3-09-2021, 10:01
Gəncədə hamilə qadın həyat yoldaşı tərəfindən döyülüb
7-04-2022, 08:13
Bakıda yeniyetmə bıçaqlandı
18-12-2018, 13:32
"Şou əhli mənə söz ata-ata gündəmdə saxlayır" - Pərvin
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı