Avropadakı erməni diasporunun antisülh planı İŞƏ DÜŞDÜ
Gündəm / Hadisə
Oxunub: 228
4 Ağu 2022 | 11:38
  Avropadakı erməni diasporunun antisülh planı İŞƏ DÜŞDÜ
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və təxribat planlarında Avropadakı erməni diasporunun rolu danılmazdır. capar.info “Yeni Müsavat”a istinadla bildirir ki, son 30 ildə onlar bütün istiqamətlər üzrə güclərini Azərbaycana qarşı səfərbər ediblər. Azərbaycanın Qarabağdakı qələbəsindən sonra sülh müqaviləsinin imzalanmasının yubanmasında da onların müəyyən rolu var.

Daha doğrusu, sülhün baş tutmamasında maraqlı olan güclər bu kartdan da maksimum yararlanmağa çalışırlar. Demək olmaz ki, Ermənistanda hər kəs sülh müqaviləsinin olmasını istəyir və barış əhvalındadır. Ancaq gedən proseslər onu göstərir ki, Ermənistanda müəyyən kəsim Azərbaycanla hesablaşmaqdan başqa yol qalmadığının fərqindədir və bu cür düşünənlərin də sayı artmaqdadır.

Belə iddialar da var ki, Paşinyan hökuməti kommunikasiyaların açılmasında və sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da, revanşist dairələr bunu əngəlləmək üçün hər vasitəyə əl atırlar. Təbii, məsələnin götünməyən tərəfləri də var və dəqiq söyləmək olmaz ki, Ermənistanda sülh, yoxsa antisülh tərəfdarları çoxluq təşkil edir, yaxud da hökumətin mövqeyi konkretdir. Ancaq ortada maraqlı bir detal var: Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan Paşinyana qarşı proses başladıb. O deyib ki, Fransadakı üç fəal erməninin - özünün, Syune Abramyanın və Masis Abramyanın Ermənistana girişi qadağan olunub. Papazyan baş nazir Nikol Paşinyanı Ermənistanı avtoritar dövlətə çevirməkdə ittiham edib. “Demokratiya pozulur, fərdi azadlıqlar məhdudlaşdırılır. Nikol Paşinyan terror mühiti yaradır. Bunu qəbul etmirik və etməyəcəyik. Ermənistanı bu rejimdən azad etmək üçün mübarizə aparacağıq və uğur qazanacağıq”.

Görünən budur ki, Fransadakı ermənilər qismən liberal mövqe tutan Ermənistan hökumətini bu yoldan çəkindirmək üçün onları terrorçu elan etməyə də hazırdırlar. Bir tərəfdən bu yaxşıdır, çünki iki erməni dalaşırsa, buna sevinmək lazımdır. Ancaq digər tərəfdən bu dava sülh prosesini pozmağa yönəlibsə, burada uzaq və əsas hədəf regionda sülhə maneə törətmək cəhdidir. Erməni diasporu niyə radikal mövqedədir? Onlar sülhdən sonra avara qalacaqlarını bilərək özlərinin nüfuz davasını aparır, yoxsa hansısa böyük güclərin sifarişlərini yerinə yetirirlər? Ekspertlərimiz bunun pərdəarxası məqamlarını necə izah edir?

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra nüfuzdan düşən erməni diasporu revanşist mövqe sərgiləyir və bu zərərli ideyanı dünya erməniləri arasında yaymağa çalışır. Baş nazir Nikol Paşinyan iqtidarını məğlubiyyətdə ittiham edən erməni diaspor təşkilatları niyə sülhə qarşı çıxır? Bu sual özlüyündə bir çox məqamları birləşdirir. capar.info -nin məlumatına görə, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, erməni diasporunun şəxsi ambisiyaları var: “Onların Azərbaycana və Türkiyəyə düşmənçilik siyasəti öz maraqlarına xidmət edib, heç də Ermənistan dövlətinə fayda verməyib. Bu gün də onların fəallaşması, nifrət siyasəti, prosesləri alovlandırmaq istəyi göz qabağındadır. Əgər Ankara və Bakı ilə əlaqələr normallaşsa, erməni diasporu sabun köpüyünə çevriləcək, onların varlığı əhəmiyyətsizləşəcək. Misal üçün, Türkiyədən Ermənistana hava yolu açılanda buna qarşı çıxırdılar. Erməni diaspor təşkilatlarının aktivləşməsi Azərbaycanın regionda yaratdığı reallığı görməkdən irəli gəlir. O baxımdan sülh sənədinin imzalanmasına maneçilik törətməyə çalışırlar. Əgər sülh sənədi imzalansa, Türkiyə ilə Ermənistanın münasibətləri normallaşacaq, bu halda dünyadakı erməni diasporu tarixin arxivinə qovuşacaq, necə ki, Minski Qrupu bu taleyi yaşadı”. X.Bəşirovun dediyinə görə, erməni diasporu bundan narahatdır, odu söndürülmüş keçmiş münaqişənin közü ilə oynamağa davam edir: “Erməni diasporu bu məqsədlə xunta rejiminə maliyyə dəstəyi verir, ”status" mövzusunu və Minsk Qrupunu gündəmə gətirirlər. Bu məsələlərin də həllinə şahid olacağıq. Qarabağdakı terrorçu rejimi məhv edəcəyik və erməni diasporunun da beli qırılacaq. Ona görə revanşistlərlə diasporun mövqeyi üst-üstə düşür və Paşinyan hakimiyyəti əleyhinə iş aparırlar".
14-04-2022, 11:08
Rusiyalı politoloq: “Erməni diasporu üçün Azərbaycanla sülh əhəmiyyət kəsb etmir”
4-03-2022, 09:24
Paşinyan YOLA GƏLİR? - Yoxsa ənənəvi erməni hoqqabazlığı...
28-03-2022, 23:04
Ermənistan dərhal Azərbaycanla sülh danışıqlarına başlamağı təklif edib
18-11-2021, 06:48
Sərhəd təxtribatı Paşinyanın “ikibaşlı” planıdır - GƏLİŞMƏ
13-11-2021, 17:24
Erməni terrorçu kimlərin sifarişini icra edib? - "O, Azərbaycan istintaq orqanlarına təhvil verilməlidir"
1-12-2021, 22:04
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyaya sərf etmir” - Görünəni budur...
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı